“Sarkisyan inadkarlıq edirsə, onunla görüşə nə ehtiyac var?”
Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair növbəti görüşü Ermənistan tərəfinin yanaşmasından asılıdır. Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov açıqlamasında deyib.
26 Sentyabr 2017 12:37 SiyasətAzərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair növbəti görüşü Ermənistan tərəfinin yanaşmasından asılıdır. Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov açıqlamasında deyib. O qeyd edib ki, artıq Serj Sarkisyanın prezidentlik müddəti bitir: "Sarkisyan inadkarlıq edirsə, onunla görüşə nə ehtiyac var? Azərbaycan prezidentinin Sarkisyanla görüşə razılıq verib-verməməsi ermənilərin ağıllanmasından asılıdır. Məsələ odur ki, bu görüşdən nə isə gözləməyə dəyər ya yox". Azadinform.az