Siyasət

Azay Quliyev: "Terrorizmlə mübarizədə bütün dövlətlər səylərini birləşdirməlidirlər"

28 Avqust 2017 12:43

Astanada Elm və Ümumdünya Məsələləri üzrə 62-ci Paqouş konfransı keçirilir. Qazaxıstan parlamenti Senatının və Xarici İşlər Nazirliyinin birgə təşkil etdiyi “Yeni nüvə təhlükələri ilə üz-üzə” mövzusunda konfransda 46 ölkədən 200-ə yaxın nümayəndə iştirak edir.

Mübariz Əhmədoğlu: "Hoqland ermənilərin bütün arzularını puça çıxardı" 

28 Avqust 2017 12:37

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün nəzərdə tutulmuş “çərçivə sazişinin” altı maddəsini açıqladı. Açıqlanan prinsiplərdə Dağlıq Qarabağın danışıqlar prosesində tərəf kimi iştirakına dair heç bir eyham yoxdur. Bütün hallarda iki tərəfdən söhbət gedir.

Azər Həsrət: “Sensasiya dalınca qaçanlar çağırışa məhəl qoymadılar” 

28 Avqust 2017 12:26

Ötən gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verdi. Nəticədə ərazidə partlama müşahidə olundu. Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət  açıqlamasında deyib: "Dünən mən sosial şəbəkələrdə bu haqda yazıb çağırış etdim ki, Müdafiə Nazirliyindən başqa heç bir qurumun açıqlamalarını yaymayaq. Amma təəssüflər olsun ki, sensasiya dalınca qaçanlar bu çağırışa məhəl qoymadılar. Mən özüm də o ərazidən keçmişəm, durumun bir hissəsini görmüşəm, amma heç bir çəkiliş aparmadan, heç bir açıqlama vermədən rəsmi açıqlamanı gözləmişəm.

Ekspert: “Media Nazirliyin verdiyi rəsmi xəbərlər çərçivəsindən çıxmamalıdır”

28 Avqust 2017 12:25

"Son 3 ildə ölkəmizədə hərbi sahədə baş verən proseslərlə bağlı Müdafiə Nazirliyi rəsmi təlimatlar yaydı. İstər 2014-cü il avqust hadisələri, istərsə də 2016-cı il aprel hadisələri zamanı mediada baş verən bəzi neqativ hallarla bağlı ciddi iradlar söylənildi, təlimatlar da verildi. Bu günlərdə silah anbarında baş vermiş partlayışla bağlı bəzi media qurumlarında yanaşma tərzi başadüşülən deyil". Bunu  internet-media eksperti Səbuhi Abbasov deyib.

Silah anbarında yanğınla bağlı hərbi hissənin ərazisində yaradılmış qərargahın toplantısı keçirilib

28 Avqust 2017 12:20

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş vermiş yanğınla bağlı yaradılmış qərargahın toplantısı keçirilib. 

Partlayışa görə təxliyə olunan sakinlər evlərinə qaytarılır

27 Avqust 2017 23:34

Azərbaycan Müdafiə Nazirliyinin N Saylı hərbi hissəsində yanğın və partlayış səbəbindən təxliyə olunan yaşayış məntəqələrinin sakinləri öz evlərinə qaytarılıb. Azərbaycan Respublikası Müdafiə, Fövqəladə Hallar nazirliklərinin və Baş Prokurorluğun birgə bəyanatında hadisə yerində yanğının lokallaşdırıldığı və daha böyük ərazidə partlayışın qarşısı alındığı bildirilir. Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycan müdafiə nazirliyinin n saylı hərbi hissəsində silah-sursat anbarında yanğın baş verib.

CƏBHƏDƏN ƏN SON MƏLUMAT

27 Avqust 2017 17:57

Səfir etimadnaməsini təqdim etdi

26 Avqust 2017 08:30

İqamətgahı Brasiliya şəhərində olan Azərbaycan Respublikasının Surinam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnamələrini Surinam Respublikasının Prezidenti cənab Desire Delano Bouterseye təqdim edib. "Olaylar" bildirir ki, görüş zamanı Prezident Bouterse ölkə rəhbərliyi və Azərbaycan xalqına öz səmimi salamlarını çatdıraraq ölkələr arasında hər bir sahədə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu söyləmiş və səfir Poluxova işində uğurlar arzuladı.

Fəzail Ağamalı “Şöhrət” ordeni ilə təltif edilib

25 Avqust 2017 17:33

Prezident İlham Əliyev Fəzail Ağamalının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.