Siyasət
Ermənistan özünü satışa çıxardı
Payızda Ermənistan Avropa Birliyi ilə genişmiqyaslı tərəfdaşlıqla bağlı anlaşma imzalayacaq. Bu müqaviləni imzalamamaq üçün heç bir səbəbimiz yoxdur. Ermənistan prezidenti Serj Sarkisyan ilk baxışdan "sensasiyalı" sayılacaq bəyanatla çıxış edib. Gekarkunikk vilayətində "Yerkarapa" Könüllülər İttifaqının təlim-məşq sanatoriya kompleksi "Gənc Yerkrapa"ya baş çəkən S.Sarkisyan "Baze" Ümumerməni Gənclər Toplantısına qatılıb.
Münaqişənin həlli yolları ilə bağlı Azərbaycanın mövqeyi dəyişməzdir
“Ermənistanın bütün təxribatlarına baxmayaraq, Azərbaycan tərəfinin. Bu mövqe Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilib”. Bu fikri Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Sarkisyan: "Putinlə Qarabağ barədə müzakirə aparmadıq”
Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə görüşündə Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi məsələsini müzakirə etməyib. Bu barədə Sarkisyan erməni gənclərlə görüşündə deyib. "Biz, ümumiyyətlə, Qarabağ problemi barədə müzakirə aparmadıq. Mən sadəcə olaraq hazırda təmas xəttində mövcud vəziyyətlə bağlı situasiyanı təqdim etdim və qonşumuzun niyyətləri barədə öz baxışlarımı çatdırdım. Bu qədər. Biz bu cür məsələ müzakirə etmədik", - deyə Sarkisyan bildirib.
PA: Türkiyə Azərbaycanla bütün sahələrdə münasibətləri möhkəmləndirməyə davam edəcək
Rəsmi Ankara Bakını dəstəkləməyə və Azərbaycanla bütün sahələrdə münasibətləri möhkəmləndirməyə davam edəcək. BunuTürkiyə Prezidenti Administrasiyasından deyiblər.
Oleq Kuznetsov: “Dağlıq Qarabağda Azərbaycanın suveren hüquqları bərpa edilməlidir” MÖVQE - VİDEO
Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün Azərbaycanın prioritet məsələsidir. Azərbaycan 1988-ci ildən başlayan erməni təcavüzünün qarşısını almaq, sonrakı illərdə isə Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu qaytarmaq üçün beynəlxalq təşkilatların vasitəçiliyi ilə iş aparsa da hələlik bu öz bəhrəsini vermir. Niyə?
Yeni həmsədr vəzifəsinin icrasına başladı
ABŞ Endryu Şoferin ATƏT-in Minsk qrupunun həmsədri təyin olunmasını alqışlayır. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Heder Nouertin bəyanatında bildirilir. Bəyanatda vurğulanır ki, E.Şofer Avropa və beynəlxalq təşkilatlarla zəngin iş təcrübəsinə malikdir. "ABŞ beynəlxalq hüquqa, o cümlədən Helsinki Yekun Aktında əksini tapmış güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını müəyyən etmə prinsiplərinə əsaslanan ədalətli həll yollarının axtarılması üçün səy göstərəcək", - deyə sözçünün bəyanatında qeyd olunur.
Prezidentdən hücum xəbərdarlığı – “ Zərbə endirilərsə…”
Putin istirahət etdiyi villanın görüntülərini paylaşdı - FOTOLAR
Vasif Talıbovdan sərəncam : Bu kitabları oxuyun – Siyahı
Nazirlik Ququşun fikirlərinə münasibət bildirib
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda konsertinin təşkil olunmasına icazə verilməməsi barədə müğənni Ququşun (Faiqə Atəşin) adından yayılan açıqlamaya münasibət bildirib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müğənninin Azərbaycanda konsertinin təşkil olunması ilə bağlı Nazirliyə müraciət daxil olmayıb: "İlk növbədə onu qeyd etmək istəyirik ki, Mədəniyyət və Turizm Nazirliyi, mərkəzi icra hakimiyyəti orqanı olaraq ölkəmizdə kommersiya məqsədilə keçirilən konsert proqramlarının təşkilatçısı qismində çıxış etmir.
Prezident Astarada yol tikintisinə 8,5 milyon manat ayırdı
Prezident İlham Əliyev Astara rayonunun Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Natiq Əmirov "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi
Prezident İlham Əliyev Natiq Əmirovun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Portuqaliyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb
“Portuqaliya parlamentinin üzvü Rubini Berardinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-nə dəvət olunub, məsələ ilə bağlı Azərbaycanın narahatlığı ifadə olunub”. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev portuqaliyalı parlamentarın bu ayın ortalarında Dağlıq Qarabağa qanunsuz səfəri etməsi və görüşlər keçirməsini şərh edərkən deyib.
Jalə Əliyeva: Türk xalqları arasında birliyin güclənməsi tarixi zərurətə çevrilib
“Türk xalqları arasında birliyin güclənməsi tarixi bir zərurətə çevrilib. Xüsusilə, dünyanın qloballaşdığı şəraitdə bu birlik öz əhəmiyyətini daha da aktuallaşdırır”. Bu fikirləri Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Jalə Əliyeva deyib.
Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini qismən bərpa edib
Macarıstanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi viza alınması üçün sənəd qəbulunu qismən bərpa edib. Bu barədə səfirlikdən məlumat verilib. Konsulluq şöbəsi ötən həftə texniki qüsurlarla əlaqədar sənəd qəbulunu dayandırmışdı.














