Siyasət
Putin iki emissar göndərdi: birini İrəvana, birini Qarabağa
Artur Rasizadə kimləri yola salır? - Siyahı
Nazirlər Kabinetində mühüm ixtisarlar - 8 şöbə müdiri işdən çıxarıldı
SON DƏQİQƏ! Səhər-səhər Azərbaycan xalqına AĞIR İTKİ: O da haqqın rəhmətinə qovuşdu
Mingəçevirdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 10 milyon manata yaxın vəsait ayrıldı
Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi
Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
Elmar Məmmədyarov Tacikistanın yeni səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Tacikistan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Soli Rüstəmi qəbul edib. XİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, görüşdə səfir etimadnaməsinin surətini nazirə təqdim etdi.
"Siyasi partiyalar haqqında” qanun dəyişdirilir?
Bir müddət əvvəl “Siyasi partiyalar haqqında” qanuna əlavə də dəyişikliklərin edilməsi gündəmə gəlmişdi. Belə ki, siyasi partiyanın maliyyələşməsi, fəaliyyətinə xitamla bağlı maddələrdə düzəlişlər ediləcəkdi. Yaxın zamanlarda “Siyasi partiyalar haqqında” qanuna əlavə də dəyişikliklərin edilməsi gözlənilirmi?
Azərbaycan XİN ”Amnesty Press”in müxbirini “arzuolunmaz şəxslər” siyahısına sala bilər
“”Amnesty Press”in müxbiri İzabella Rozenqrinin Dağlıq Qarabağa səfəri qanunsuzdur”. Bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Amnesty International” təşkilatına bağlı media orqanı olan “Amnesty Press”də avqustun 15-də Dağlıq Qarabağ münaqişəsinə dair yayımlanmış məqaləni və onun müəllifinin Dağlıq Qarabağa səfərini şərh edərkən deyib. O bildirib ki, bu səfərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət olunmayıb.
Deputat: “Myanmada baş verənlər insanlıqdan uzaq hərəkətlərdir”
“Myanmada baş verən hadisələr insanlığa xas olmayan hərəkətlərdir. Ancaq müsəlman olduqlarına görə insanları qətlə yetirmək, soyqırımı törətmək, yaşayış yerlərindən didərgin salmaq bəşəriyyətin ən böyük faciəsidir”. Bunu millət vəkili Azər Badamov deyib.
Əliməmməd Nuriyev: “Dünyaya müsəlmanların həyatı maraqlı deyil”
“Ümumiyyətlə, dünya birliyində nə hadisə olursa, onun hansı qitədə olmasından asılı olmayaraq dərhal reaksiya verilməlidir. Amma nədənsə bu hadisələr (terror, sui-qəsd və s.) bəzi ölkələrdə Əfqanıstanda, Türkiyədə baş verəndə adi qarşılanır”. Bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.
Yeni həmsədr Qarabağ”düyününün” açılmasına töhvə verə biləcəkmi?
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri artıq vəzifəsinin icrasına başlayıb. ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert Endrü Şoferin ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri təyin edilməsi ilə əlaqədar bəyanatla çıxış edib. Bəyanatda deyilir: “Cənab Şofer Avropada və beynəlxalq təşkilatlarda qazandığı böyük iş təcrübəsini özü ilə birlikdə bu vəzifəyə gətirəcək”. Bəyanatda qeyd edilir ki, Birləşmiş Ştatlar əvvəlki kimi qəti şəkildə Minsk qrupu prosesinə və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və davamlı nizamlanmasına müvəffəq olmaqda tərəflərə kömək göstərməyə tərəfdardır.
Helsinki Yekun Aktı hansı prinsiplərə əsaslanır?
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri vəzifəsinin icrasına başlayar-başlamaz bu ölkənin Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert bəyənatla çıxış edib. H.Noyert təsdiq edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn, o cümlədən Helsinki Yekun Aktının norma və prinsipləri əsasında ədalətli həllini dəstəkləyir. Maraqlıdır, Helsinki Yekun Aktı hansı prinsiplərə əsaslanır və bu prinsiplər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin ədalətli həllinə uyğundurmu?
Siyasi şərhçi yeni həmsədrdən danışdı
“Ümumiyyətlə ATƏT-in Minsk qrupu həmsədrlərinin dəyişməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına xidmət etməli deyil. Çünki həmsədrlər sadəcə icraçılardır. Yəni onlar sadəcə qarşılarına qoyulan tapşırıqları icra edən adamlardır”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.














