Mədət Quliyev: "Özümə arzum ən əsası İlham Əliyevin etimadını doğrultmaqdır"
27 Sentyabr 2017 18:12 SiyasətBu gün Dövlət Təhlükəsizliyi Xidməti rəisi, Milli Qəhrəman Mədət Quliyev 59 yaşını qeyd edir.
Sfera.az-ın əməkdaşı doğum günü münasibəti ilə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevi təbrik edib.
Təbriklərə qoşulan Mədət Quliyev də öz təəsüratlarını Sfera.az-la bölüşüb:
"Bu gün doğum günüm olsa da, əsas odur xidmət başındayam. Elə adam var ki, ömrünü boşa yaşayır, yaşadığı ömrün keyfiyyəti olmur. Ancaq az da olsa, hər günümüzü dəyərləndirib yaşayaq. Mən hər birinizə uzun və keyfiyyətli ömür yaşamağı arzu edirəm. Özümə arzum isə ən əsası Dövlət Başçısı İlham Əliyevin etimadını və etibarını doğrultmaqdır"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31