Siyasət
Prezident İlham Əliyev Almazbek Atambayevi təbrik edib
Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə təbrik məktubu göndərib.
Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına maliyyə vəsaiti ayrılıb
Prezident İlham Əliyev Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Malayziyanın dövlət başçısını təbrik etdi
Prezident İlham Əliyev Malayziyanın XV Ali Başçısı Sultan V Məhəmmədə təbrik məktubu göndərib.
Gürcüstanın Baş naziri Azərbaycan Prezidentinə minnətdarlıq edib
Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili yanğınların söndürülməsində Azərbaycanın göstərdiyi növbəti yardıma görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, bu barədə Türkmənistana səfəri zamanı jurnalistlərə deyib.
Təxminən 30 il əvvəl Kataloniyada olduğu kimi, Azərbaycanda da ruhani özünü partladıb
Təxminən 30 il əvvəl Kataloniyada olduğu kimi, Azərbaycanda da ruhani özünü partladıb. O, daha əvvəl bütün ermənilərin katolikosunun xahişi ilə Vəzirov tərəfindən azadlığa buraxılmışdı.
Bakıda Avronest PA çərçivəsində beynəlxalq konfrans keçiriləcək
Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin təşəbbüsü ilə Avronest Parlament Assambleyası çərçivəsində sentyabrın 22-də Azərbaycanda “3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” mövzusunda konfrans keçiriləcək.
Azərbaycana S-400, Ermənistana S-350?
Aydın Mirzəzadə: “Vətənpərvərlik xalqımıza xas olan xüsusiyyətdir”
“Hesab edirəm ki, istənilən dövlətin strateji və gündəlik fəaliyyətində vətənpərvərlik vacib istiqamətlərdən biridir. Bununla bağlı proqramlar qəbul edilir, vaxtaşırı ictimai diskussiyalar keçirilir və daha yaxşı metodlar axtarılır. Vətənpərvərlik ilk növbədə cəmiyyətin içindən gəlməlidir”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
“İran Ermənistana qarşı yeni siyasi konsepsiya üzrə davranır”
İranla münasibətlər Ermənistan rəhbərliyi üçün həmişə reallıqdan daha çox piar resursu oynamışdı. Bu fikrin təsdiqi üçün hədsiz çox misal gətirmək olar. Amma bircəciyi kifayətdir.
Elmar Məmmədyarov nazirlərin toplantısına qatılacaq
Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana səfər edəcək. Bu barədə XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, səfərin məqsədi avqustun 31-də Budapeşt şəhərində keçiriləcək Vişeqrad qrupu (Polşa, Çexiya, Slovakiya və Macarıstan) və Şərq Tərəfdaşlığı ölkələri Xarici İşlər Nazirlərinin toplantısında iştirak etməkdir. E. Məmmədyarovun tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
Ərdoğanın Azərbaycana səfəri təxirə salındı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib. Diplomat səfərin yaxın vaxtlarda baş tutacağını qeyd edib.
DTX-dan açıqlama: "Terrorçuluğun..."
Terrorçuluğun əsas maliyyə mənbəyindən olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qətiyyətli mübarizə aparılır. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, cinayətkarlığın təhlükəli növlərindən olan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə qətiyyətli mübarizə beynəlxalq birliyin qarşısında duran ən mühüm məsələlərdəndir.
"Nazirlərin üçtərəfli görüşü sentyabrın 6-da Bakıda keçiriləcək"
Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşü sentyabrın 6-da Bakıda keçiriləcək. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sentyabrın 5-də Bakıya gələcək.














