Siyasət

Türkiyə Minsk qrupunun həmsədrlərdən biri olmalıdır

31 Avqust 2017 14:06

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədrinin təyinatı vasitəçilik missiyasını üzərinə götürmüş dövlətlərlə bağlı məsələni gündəmə gətirdi. Artıq siyasi analitiklər həmsədrlik institutunun fəaliyyəti, onun mahiyyəti və modernləşdirilməsi istiqmətində müxtəlif fikirlər səsləndirməkdədirlər.

Erməni silahlı bölmələri avqustda atəşkəsi 4093 dəfə pozub

31 Avqust 2017 13:27

Avqust ayında erməni silahlı bölmələri atəşkəs rejimini 4093 dəfə pozub. Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb. Bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub. Avqust ayında Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü məhv edilib. Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib

31 Avqust 2017 13:22

Avqustun 30-da Berlində Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib. Həmçinin təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycan 58-ci, Ermənistan…

31 Avqust 2017 13:20

Azərbaycan ən güclü orduya malik ölkələr sırasında 58-ci yerdədir. Bu barədə “Global Fire Power” portalının hesabatında deyilir. Azərbaycanla müharibə vəziyyətində olan Ermənistan isə 93-cü yerdə qərarlaşıb. Hesabat tərtib olunarkən yalnız silahların sayı deyil, həmçinin onların müxtəlifliyi, orduda kadrların sayı, ehtiyatda olan kadrların sayı, hərbi sahənin maliyyələşməsi səviyyəsi, ölkənin nəqliyyat infrastrukturu və digər faktorlar əsas götürülüb. Coğrafi yerləşmə, ölkənin təbii resursları da reytinqin nəticələrinə təsir edib.

Politoloq: “Münaqişənin həlli təkliflərdə deyil, əməldə reallaşmalıdır"- MÖVQE

31 Avqust 2017 13:07

“ATƏT-in Minsk qrupu həmsədrlərin dəyişməsi həmsədr dövlətlərdə keçirilən seçkilərlə bağlı idi. Belə ki, ABŞ-da yeni prezidentin seçilməsi, administrasiyanın təzələnməsi həmsədrin də yenilənməsini labüd edirdi”. Bunu  politoloq Rüstəm Məmmədov deyib.

“Kanadalı deputat maddi maraq üçün işğal olunmuş ərazilərimizə gedib"

31 Avqust 2017 12:28

“Kanada parlamentinin üzvü Toni Klemanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri Ermənistanın növbəti siyasi təxribatıdır”.

“Şefer Trampa müraciət etsin ki, prezidentləri görüşdürsün”

31 Avqust 2017 12:23

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şefer Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yenilik gətirə bilər. Onun sələfi Riçard Hoqland da yenilik gətirə bildi. Amma Şeferin gətirəcəyi yeniliyin çərçivəsi ABŞ Dövlət Departamenti tərəfindən müəyyənləşəcək.

Londonda Qubadlının işğalına qarşı etiraz aksiyası erməniləri qəzəbləndirdi

31 Avqust 2017 12:11

Londonun səs-küylü küçələrindən birində musiqiçinin virtuoz şəkildə ifa edilən skripkanın səsi insan fəryadına bənzəyirdi. Yağış və tutqun səma bu kədərli hadisəyə xüsusi ton verirdi. Matəm içində olduğunu bildirmək üçün qaraya bürünmüş skripkaçı Qubadlının işğalı günündə doğma Vətəni Azərbaycanın kədərli musiqisini ifa edirdi. Qubadlı rayonu erməni silahlı qüvvələri tərəfindən 24 il əvvəl 31 avqust tarixində işğal edilib. “Olaylar” bildirir ki, London küçələrində şəxsi mövqeyin dinc ifa edilməsi Böyük Britaniya qanunlarına uyğun olmasına baxmayaraq, Ermənistan səfirliyinin diplomatı musiqiçinin bu hərəkətinə emosional tərzdə reaksiya verib. Erməni diplomatı hətta musiqiçinin əlindən skripkanı almağa belə cəhd göstərib.

İsrailin xarici siyasətində Azərbaycan faktoru- TƏHLİL

31 Avqust 2017 12:10

Məlumdur ki, Azərbaycanla İsrail dövləti arasında olduqca sıx münasibətlər mövcuddur. Hər iki ölkənin lideri vaxtaşırı görüşürlər. Üstəlik yəhudilərin xarici siyasətində Azərbaycanın rolu xüsusi çəkiyə malikdir.

Səmərqənddə keçirilən beynəlxalq konfransda Azərbaycan alimləri də iştirak ediblər

31 Avqust 2017 11:53

Qədim Səmərqənd şəhərində “Dünya sivilizasiyası tarixində Mərkəzi Asiya Renessansı” adlı beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə dünyanın 28 ölkəsindən və nüfuzlu beynəlxalq təşkilatlardan 100-dən artıq nümayəndə iştirak edib.

Musa Quliyev: “Türkiyə həmişə Azərbaycanın yanındadır”

31 Avqust 2017 11:25

“Ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətlərini ən gözəl və yüksək şəkildə Ümummilli Lider Heydər Əliyev “bir millət, iki dövlət” deyərək ifadə etmişdir. Yəni bundan yaxın bir münasibət ola bilməz. Həm də tarixən Azərbaycan müstəqilliyini elan edəndə ilk dəfə bizi tanıyan ən yaxın dostumuz, qardaşımız, strateji partnyorumuz Türkiyə Respublikası olub”. Bunu  millət vəkili Musa Quliyev deyib.

Bakıda Türkiyənin Zəfər bayramı qeyd edildi

30 Avqust 2017 18:39

Bu gün Türkiyə Respublikasının Zəfər bayramı və Türk Silahlı Qüvvələri Günü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul təşkil olunub. Məlumata görə, qəbulda səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, iş adamları, xarici ölkələrin Bakıdakı səfirləri və KİV təmsilçiləri iştirak ediblər.

BQXK: Dağlıq Qarabağ münaqişəsində bir ailənin 28 üzvü itkin düşüb

30 Avqust 2017 18:08

“Silahlı münaqişələr zamanı hərbi və ya mülki şəxs olmasından asılı olmayaraq, bütün itkin düşmüş şəxslərin ailələri əziyyət çəkirlər. Hətta, bu vəziyyət həmin şəxslərin həyatını itirməsi ilə barışmaqdan daha çətindir”.

XİN: Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı təmaslar çoxtərəfli əməkdaşlığın genişlənməsinə səbəb olub

30 Avqust 2017 18:01

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Qazaxıstan xarici işlər naziri Kayrat Abdraxmanov arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.