Siyasət

Cəbhədə gərgin gecə

1 Sentyabr 2017 10:43

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub. Bu barədə məlumat Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytında cümə günü, sentyabrın 1-də yerləşdirilib. MəlumataErmənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu və Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Xızıda 45 ədəd partlamamış hərbi sursat tapıldı

1 Sentyabr 2017 10:40

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir. ANAMA-dan verilən məlumata görə, avqustun 31-də hərbi hissənin ətrafına, 12 evin həyatyanı sahəsinə, 1 su stansiyasının yaxınlığına, 1 ferma ərazisinə, 2 otlaq sahəsinə və eko-turizmin həyətinə baxış keçirilib, 45 ədəd partlamamış hərbi sursat (PHS), 12 ədəd partlamış-yanmış raketin qalıqları, 108 kq yandırma aşkar olunaraq götürülmüş, nəticə etibarilə 547 800 kv.m (54.78 ha) əraziyə yoxlanılıb.

Zaxarova: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü barədə məlumatımız yoxdur”

31 Avqust 2017 17:48

Rusiya XİN-in sözçüsü Ermənistan tərəfinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq zamanı atəşkəsin pozulması ilə bağlı yaydıqları məlumata münasibət bildirib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistandan olan jurnalistin bu barədə sualını cavablandırıb. O bildirib ki, ekspertlər baş verən hadisəni öyrənməli və öz qiymətini verməlidir. M. Zaxarova Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə məlumatının olmadığını da söyləyib: “Bu barədə məlumat olan kimi, bildirəcəyik”.

Daha 3 yaşayış məntəqəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına maliyyə vəsaiti ayrıldı

31 Avqust 2017 17:36

Prezident İlham Əliyev Bakı şəhəri Binəqədi rayonunun 28 May qəsəbəsində, Abşeron rayonunun Pirəkəşkül və Qobustan kəndlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan prezidenti slovakiyalı həmkarını təbrik etdi

31 Avqust 2017 17:15

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Andrey Kiskaya təbrik məktubu göndərib.

Deputatlarımız AŞPA-nın büro və komitə iclaslarında iştirak edəcək

31 Avqust 2017 17:11

Sentyabrın 4-dən 7-dək Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Hüquqi məsələlər və insan hüquqları, Siyasi işlər və demokratiya, həmçinin Monitorinq komitələrinin iclasları keçiriləcək.

Mariya Zaxarova: "Hoqlandın bəyanatında yenilik yoxdur"

31 Avqust 2017 17:10

"Amerikalı həmsədr Riçard Hoqlandın bəyanatında heç bir yenilik yoxdur. Həmin fikirlərə Rusiya, ABŞ və Fransa prezidentləri Daölıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz birgə bəyanatlarında dəfələrlə istinad ediblər". Bu sözləri keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

XİN-dən Ermənistanın yalanına cavab: "Məqsəd gərginlik fonu yaratmaqdır"

31 Avqust 2017 16:34

Azərbaycan Respublikası Müdafiə nazirliyi tərəfindən məlumat verildiyi kimi, Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq aparılarkən atəşkəsin pozulması barədə Ermənistan Xarici İşlər Nazirliyinin twitter vasitəsilə yaydığı xəbər ucuz dezinformasiyadır.

ATƏT-in Yerevan ofisi fəaliyyətini dayandırdı

31 Avqust 2017 16:08

ATƏT-in Yerevandakı ofisi bu gün fəaliyyətini dayandırıb. 17 illik fəaliyyətdən sonra ofis bağlanıb və bina üzərindəki bayraq endirilib.

Politoloq: “Bu dövlətlərin xarici siyasətində münaqişənin həlli ilə bağlı bir addım görmürəm”

31 Avqust 2017 16:03

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şeferden Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni bir şey gözləmirəm. Bu fikri politoloq Rüstəm Məmmədov bildirib.

Nazir: "Azərbaycan Aİ ilə strateji tərəfdaşlıq sazişinin yekunlaşdırılmasında maraqlıdır"

31 Avqust 2017 14:43

“Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və təşkilatın üzvləri arasında strateji tərəfdaşlarının sayını artırır”. XİN-dən “Olaylar”a bildirilib ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Viseqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.

Yeni həmsədr Ermənistanın müqavimətini qıra biləcəkmi?

31 Avqust 2017 14:39

ATƏT-in Minsk qrupunun yeni təyin edilmiş həmsədri Endryu Şofer vəzifəsinin icrasına başlayıb. Ancaq yeni təyinatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı töhvə verəc biləcəyi məsələsi barədə ziddiyyətli fikirlər səslənməkdədir. Məsələ orasındadır ki, ATƏT-in Minsk qrupu yalnız təkilflər paketi hazırlamaqla məşğuldur. O da məlumdur ki, ortada mövcud olan təkliflərin heç biri tərəfləri yüz faiz razı sala bilməz. Bu halda beynəlxalq təşkilatların təzyiq mexanizmi işə düşməli, münaqişənin ədalətli həllinə səy göstərilməlidir.

MN: Monitorinq zamanı Azərbaycan tərəfinin atəşkəsi pozması barədə məlumat dezinformasiyadır

31 Avqust 2017 14:23

Müdafiə Nazirliyi monitorinq zamanı Azərbaycan tərəfinin guya atəşkəs rejimini pozması barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayanın yaydığı məlumata cavab verib.