Siyasət

Ermənistan parlamentinin deputatları Bakıya niyə gəliblər?

21 Sentyabr 2017 22:01

Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan artıq Bakıdadır. Bu barədə Ermənistan parlamentinin rəsmi “Facebook” səhifəsində məlumat qeyd edilib. Xatırladaq ki, erməni deputatlar sentyabrın 22-də Bakıda keçiriləcək “Avronest” Parlament Assambleyasının iclasında iştirak edəcəklər. Erməni nümayəndə heyətinin Azərbaycana səfəri sentyabrın 23-də başa çatacaq. Nümayəndə heyətinin tərkibində Armen Aşotyanın köməkçisi Aram Barseqyan da yer alıb.

Genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub 

21 Sentyabr 2017 17:19

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə,plana müvafiq olaraq bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr yeni silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.Mürəkkəb dağlıq relyef və radioelektron, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirilib, qoşunların və idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.

Qazaxıstan- Azərbaycan gənclər günlərinə star verildi

21 Sentyabr 2017 17:10

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı  Gənclər Forumu çərçivəsində Qazaxstan- Azərbaycan gəncləri günlərinə start verildi. “OLAYLAR”-a GİN-in mətbuat katibliyindən bildirilib ki, Ş. Yesenova adına Xəzər Dövlət Mühəndislik və Texnologiyalar institutunda baş tutan tədbirdə Azərbaycanı  gənclər və idman nazirinin müavini İntiqam Bababyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edirdi. Qazaxıstanın Dini məsələr və vətəndaş cəmiyyəti İnstitutunun gənclər siyasəti üzrə departamentinin direktoru Qabidulla Ospankulov  hər iki ölkənin tarixi köklərə sığınan dostluq, qardaşlıq münasibətlərindən söz açaraq, Azərbaycan nümayəndə heyətinin Qazaxıstanda olmasından məmnunluq hissi duyduğunu bildirib, səmimiyyətlə hər kəsi salamladı. Departament direktoru Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev tərəfindən Xəzəryanı Gənclər Forumunun keçirilməsi ilə bağlı təşəbbüsün irəli sürüldüyünü və bununla da müxtəlif tədbirlərin həyata keçirilməsi qərarının verildiyini bildiridi.

MN-nin kollegiyası: Ali Baş Komandanın BMT-də səsləndirdiyi fikirlər ordumuz üçün əmrdi  

21 Sentyabr 2017 17:07

Müdafiə Nazirliyinin rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Kollegiya iclasında məsul şəxslərin məruzələri dinlənilib. “OLAYLAR”-ın xəbərinə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov “Silahlı Qüvvələrin 2017-ci qış tədris dövründə xidməti döyüş fəaliyyətinin nəticələri” mövzusunda məruzə ilə çıxış edib. Təlimlərin nəticələrini də təhlil edən Müdafiə naziri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlarda keçirilən təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib.

İŞİD-dən xilas edilən uşaqlar Azərbaycana gətiriləcək 

21 Sentyabr 2017 16:47

Bağdadda sığınacağa yerləşdirilmiş azərbaycanlı uşaqların Azərbaycana gətirilməsi istiqamətində iş aparılır. Bunu açıqlamasında Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib.   R.Qafarov bildirib ki, məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş keçirilib: "Uşaqların Azərbaycana qaytarılması üçün işləri davam etdiririk. Bəzi çətinliklərimiz var. İşlər yekunlaşdıqda, ictimaiyyətə məlumat veriləcək".

Arzu Rəhimov Şəkidə vətəndaşları qəbul edib 

21 Sentyabr 2017 15:37

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Şəki şəhərində Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinin qəbulunu həyata keçirib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, qəbulda 30 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, eləcə də övladlarının gələcək xidmət yerinin mü­əy­yən­ləş­dirilməsinə dair olub.

Nazir: Azərbaycan BMT-nin suveren dövlətlərin bərabərliyi, dövlətlərin daxili işlərinə müdaxilə etməmə və qarışmama prinsiplərinə sadiqdir

21 Sentyabr 2017 15:03

“BMT-dən sonra ikinci böyük dövlətlər qrupu olan Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin qorunub-saxlanılmasında və regional təhlükəsizlik, sosial və iqtisadi inkişaf kimi məsələlər də daxil olmaqla, geniş məsələlər dairəsinin müzakirəsində önəmli rol oynayır. Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərdə ədalət və qanunun aliliyinin sadiq müdafiəçisidir. Qoşulmama Hərəkatı beynəlxalq problemlərin müzakirə edilməsində müxtəlif ideologiyaların təqdimatı baxımından səmərəli və dinamik platformadır”. XİN-dən “Olaylar”a verilən məlumata görə, bu fikirləri xarici işlər naziri Elmar Məmmədyarovun “Birtərəfli tədbirlərinin yayılması və tətbiqinin beynəlxalq hüquq və bu tədbirlərə məruz qalan xalqların haqlarını pozması” üzrə Qoşulmama Hərəkatının Nazirlər Görüşündəki çıxışında deyib. Nazir bildirib ki, inkişaf etməkdə olan ölkələrə qarşı istifadə edilmiş birtərəfli məcburetmə tədbirləri beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, dövlətlərarası münasibətlərin sülh yolu ilə uzalaşdırılmasını təmin edən norma və prinsiplərə ziddir və dövlətlər arasında dialoq və siyasi anlaşma ruhuna xələl gətirir.

Dövlətin gənclərə verdiyi önəmin bariz nümunəsi

21 Sentyabr 2017 14:27

Fuad Muradov: “Azərbaycan cəmiyyətində savadlı və ziyalı gənc təbəqəsi formalaşması mühüm amildir” Gənclər hər zaman dövlətin əsas hərəkətverici qüvvəsi hesab edildiyi üçün hər bir sahədə olduğu kimi bu sahədə də müntəzəm olaraq təbrilrə həyata keçirilir, müvafiq sənədlər, dövlət proqramları qəbul olunur, fərman və sərəncamlar imzalanır. Məhz həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, ölkənin ictimai-siyasi həyatında gənclərin iştirak dərəcəsi də artır. Sevindiric hal ondan ibarətdir ki, Azərbaycanda gənclərə diqqət və qayğı davamlı və sistemli xarakter daşıyır. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı sərəncam da bunun əyani sübutudur.

Deputatlardan prezident seçkiləri ilə bağlı çağırış

21 Sentyabr 2017 14:20

“Kimsədən təklif gözləmədən sinəmizi qabağa verib, Azərbaycanı gözləyən təhlükəyə sipər etməliyik” Məlum olduğu kimi gələn il Azərbaycanda növbəti  prezident seçkiləri keçiriləcək. Lakin indidən bu seçkilərə kölgə salmaq üçün bəzi qüvvələr fəallıq nümayiş etdirilər. Azərbaycanı istəməyən yerli və xarici qüvvələr sanki ortaq məxrəcə gələrək ölkəmizə qarşı qarayaxma kampaniyasına start veriblər. Millət vəkili Fəttah Heydərov bildirib ki, bu gün Azərbaycan dünyanın nümunə götürüləcək dövləti qismində çıxış edir və özünü bu formada dünyaya təqdim edə bilib: “Bu gün dünyanın çox qarma-qarışıq dövründə yaşayırıq. Dünya siyasi, iqtisadi, humanitar sahədə ciddi böhranlarla müşahidə olunur. Bu gün dünyada müharibələr, münaqişələr nəticəsində milyonlarla insan köçü yaranıb, dünya humanitar fəlakətlə üz-üzədir. Bu böhranlara baxmayaraq, Azərbaycan öz yolu ilə davam edir. Ölkə başçısı İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan bu böhranlardan kənarda qalıb”.

Qarabag erməni klanı iki təhlūkə arasında qalıb

21 Sentyabr 2017 14:18

İlqar Altay: “Bu Azərbaycandan hūcum ilə Ermənistanda qurulacaq dar agacları qorxusudur” Hazırda həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində əsas müzakirə mövzusu hər iki dövlət başçısının BMT-nin Baş Assambleyasının sessiyasında etdikləri çıxışlardır. İşğalçı Ermənistanın prezidenti həmişəki kimi sərsəm fikirləri ilə bir daha beynəlxalq hüquq və prinsipləri tapdaladığını, heç bir beynəlxalq normalara əməl etmədiyini həyasızcasına BMT kürsüsündən bəyan edib. Təbii ki, işğalçı ölkə başçısının bu fikirləri erməni cəmiyyətində müəyyən mənada Sərkisyana inam hissi formalaşdırıb. Ən azından ona görə ki, separatçı və terrorçu dövlət rəhbərinin dünyaya meydan oxuyan sərsəmləmələrinə sessiyada heç bir reaksiya verilməyib, ona beynəlxalq hüquq və prinsiplər başa salınmayıb. Təbii ki, Azərbaycan Prezidenti istisna olmaqla.

"Avronest" PA-da Dağlıq Qarabağ məsələsi qaldırılacaq

21 Sentyabr 2017 14:15

Sentyabrın 22-də Bakıda "Avronest" Parlament Assamleyasının iclası keçiriləcək. Tədbirdə Avropa Parlamentinin və "Avronest" Parlament Assamleyasına üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqının təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər. Azərbaycanın  "Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri, "Avronest” PA-nın Enerji təhlükəsizliyi komitəsinin həmsədri Fuad Muradov bildirib ki, tədbir iştirakçılarının siyahısında  Ermənistanın "Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyanın da adı var: “Amma onların iclasda iştirak edib-etməyəcəyi ilə bağlı məlumatım yoxdur.