Siyasət
Bəzi qara qüvvələrin əlinə fürsət düşüb
Onlar xalqı, cəmiyyəti doğru yoldan yayındırmaq istəyirilər Müxalifətin radikal qanadı yenə mitinq eşqinə düşüb. Aldıqları tapşırıq əsasında Milli Şura adlanan qurum sentyabrın 23-də paytaxtdakı “Məhsul” stadionunda aksiya keçirməyi qərarlaşdırıb. Ənənəvi olaraq hər mitinq öncəsi olduğu kimi bu dəfə də Əli Kərimlinin “facebook qəhrəmanları” sosial şəbəkələrdə mitinqə çağırışlar edirlər. Yenə hədəf Azərbaycan dövlətçiliyi, hakimiyyət, mövcud iqtidardır. Sivil siyasi mübarizə yolundan tamamilə uzaq olan bu qüvvələrin aksiyaları kimi ona çağırış müraciətləri də qeyri-etik, siyasi mübarizə metodlarına ziddiyyət təşkil edir. Bu kimi çağırışlarda radikalların əsas hədəfi isə ölkə başçısı olur. Sosial şəbəkələrdə dövlət başçısının ünvanına qeyri-etik ifadələr səsləndirən “facebook qəhrəmanları” bununla bir daha özlərinin siyasi mədəniyyətdən kənar, siyasi mübarizə üsulundan uzaq biri olduqlarını sərgiləyirlər.
Prezidentin BMT-nin ali kürsüsündən dünyaya xəbərdarlığı
Azərbaycanın mesajından nəticə çıxarmağın zamanı yetişib Bu günlərdə Birləşmiş Ştatlarda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirib, Nyu-Yorkda baş tutan BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında iştirak edib. Səfər zamanı ən yadda qalan hadisələrdən biri də dövlət başçısının BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxışı olub. Çıxışında Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının fəal üzvü olduğunu diqqətə çatdıran Azərbaycan Prezidenti ölkədə demokratiyanın inkişaf etdirilməsi istiqamətində atılan addımlardan ölkəmizdə mövcud olan tolerantlıq ənənələrindən danışıb.
Beynəlxalq aləm və işğalçı dövlət növbəti Aprelə hazırlaşmalıdır
Əgər işğalçıya qarşı ciddi tədbir görülməsə Bu günlərdə keçirilən BMT-nin Baş Assambleyasının növbəti sessiyası və orada səsləndirilən çıxışlar dünyanın diqqət mərkəzində olan başlıca mövzulardan biridir. Xüsusilə, dünya mediası sessiyada qətiyyətli çıxış edən və dünya dövlətlərinə vacib ismarıclar göndərən dövlət başçılarının fikirlərini geniş və əhatəli şəkildə şərh edirlər. Təbii ki, ayrı-ayrı dövlət başçılarının çıxışları sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliytevin geniş və əhatəli, məzmunlu çıxışı daha yadda qalan oldu. Ümumiyyətlə isə, BMT-nin hər ilin sentyabr ayında keçirdiyi açılış sessiyaları mühüm əhəmiyyət kəsb edir. Həmin sessiyaya qatılan dövlət başçıları dünyanın əsas problemlərindən danışır və beynəlxalq aləmə çıxış yolları göstərirlər. ABŞ gücünün bir hissəsini itirməsinə rəğmən dünyanın super dövləti olaraq qalır.
Ermənilər mövqelərimizə mərmi atdı
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da (1 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
MSK sədri Rusiyaya səfər edib
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Moskvada keçirilən beynəlxalq konfransda iştirak etmək məqsədilə Rusiya Federasiyasına səfər edib. MSK-dan “Olaylar”a verilən məlumata görə, “Çoxqütblü dünya şəraitində müasir seçki tendensiyaları” mövzusunda keçirilən və seçki idarəetmə qurumlarının, beynəlxalq təşkilatların rəhbərlərinin də qatıldığı tədbir bütövlükdə seçkilərlə əlaqədar bır sıra müxtəlif məsələlərin və ölkələrin əldə etdiyi yaxşı təcrübələrin müzakirəsinə həsr olunub.
BMT-nin Davamlı İnkişaf Məqsədləri çərçivəsində beynəlxalq elmi konfrans keçiriləcək
Xəzərin hüquqi statusu Tehranda müzakirə ediləcək
Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun növbəti görüşü oktyabrda Tehranda keçiriləcək. “Olaylar” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Nazir müavini bildirib ki, görüşün dəqiq tarixi dəqiqləşdirmə mərhələsindədir: “Ola bilsin ki, ilin sonuna kimi nazirlərin görüşü məsələsi gündəmə gəldi. Lakin bu məsələlər hələlik müzakirə olunur.













