Siyasət
Deputat: Sarkisyanın BMT-də çıxışı teatr tamaşasını xatırladırdı
"Sarkisyanın fikirləri cəfəngiyyatdan başqa bir şey deyil"
"Təəssüf ki, Sarkisyan kimi cinayətkarlara BMT tribunasında söz verilir"
BMT-də zavallı təlxəyin şousu: Sarkisyan qarabağlı erməniləri yoxa çıxardı
XİN: Qarabağa gedən konqresmen erməni lobbisindən asılıdır
ABŞ Konqresinin nümayəndələr palatasının üzvləri Frənk Pallone və Tulsi Qebrdin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, araşdırma yekunlaşdıqdan sonra onlara münasibətdə müvafiq zəruri addımlar atılacaq:
Sarkisyan ABŞ prezidentinə qarşı çıxdı - BMT-də zidd fikirlər
Sarkisyan ABŞ prezidentinə qarşı çıxdı - BMT-də zidd fikirlər
Bu mövqe əvvəl-axır müharibəyə gətirib çıxaracaq. "Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş Assambleyasında dediyi sözlər ondan qabaq orada çıxış edən ABŞ prezidenti Donald Trampın fikirləri ilə tam ziddiyyət təşkil edir. Çünki D.Tramp dövlətlərin müstəqilliyini və ərazi bütövlüyünü önə çəkib. Cənab Tramp öz müqəddəratını təyinetmə bəhanəsi ilə dövlətlərin sərhədlərinin pozulmasını qəbulolunmaz hesab edir. O getsin öz cılız təbliğatı və yalanlarını erməniləri himayə edənlərin qarşısında danışsın".
Ziyad Səmədzadə: Yeni Saziş ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir
“Azəri”, “Çıraq” və “Günəşli” yataqlarına dair yeni Sazişin imzalanması tarixi hadisədir. Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Z.Səmədzadə bildirib ki, imzalanmış kontrakt ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir: “Kontrakta əsasən, adı çəkilən yataqların işlənilməsi 2050-ci ilə qədər uzadılır. Sazişdə Azərbaycan üçün daha əlverişli şərtlər nəzərdə tutulub. Bu, Azərbaycan xalqının həyatında yeni mərhələnin başlanması deməkdir. Kontrakt ölkəmizin iqtisadi qüdrətinin güclənməsi, maliyyə imkanlarının genişləndirilməsi baxımından çox əhəmiyyətlidir”. .
Komitə sədri: Bələdiyyələr daim diqqətdə saxlanılır
“Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun vacib sənəddir. Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib. A.Rəhimzadə bildirib ki, bu qanun yerli özünüidarəetmə orqanlarının və bələdiyyə üzvlərinin nüfuzunun yüksəlməsinə, vətəndaşların bələdiyyə üzvlərinə inamının artırılmasına və bələdiyyə üzvlərinin qanunla müəyyən edilmiş vəzifələrinin icrası ilə bağlı məsuliyyətinin güclənməsinə təminat verir. Onun sözlərinə görə, ötən sessiyada “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyə qulluğu haqqında” qanunlarda da vacib dəyişikliklər edilib: “Azərbaycanda bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi daim diqqətdə saxlanılaraq çoxsaylı tədbirlər həyata keçirilib, bu yöndə bir sıra normativ hüquqi aktlar qəbul edilib. Təkcə 2016-cı ildə inzibati nəzarət qaydasında baxılması üçün 62 min 228 bələdiyyə aktı daxil olub ki, bu da 2015-ci ildəkindən 5,6 faiz çoxdur. Daxil olmuş aktlardan 58 min 923-ü qanunvericiliyə uyğun hesab edilib, 3 min 87 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün müvafiq bələdiyyələrə müraciət olunub.
Deputat: "Prezidentin ABŞ-a səfəri böyük əhəmiyyətə malikdir"
"Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri və BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirakı ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi və Azərbaycanın qazandığı nailiyyətlərin beynəlxalq miqyasda təqdim olunması baxımından böyük əhəmiyyətə malikdir". Bu fikri Avropa Şurası Parlament Assambleyasının komitə sədri, Milli Məclisin deputatı Sahibə Qafarova deyib. Onun sözlərinə görə, Azərbaycan müstəqil xarici siyasət həyata keçirən, özünün milli maraqlarını qətiyyətlə müdafiə etməyi bacaran, regionun inkişafında və bölgədə təhlükəsizliyin təmin olunmasında mühüm rolu olan beynəlxalq münasibətlərin güclü aktorudur: "Bu gün Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihə həyata keçirmək mümkün deyil.
Avropa İttifaqının 30 diplomatı Bakıya gələcək
Avropa İttifaqının (Aİ) siyasət və təhlükəsizlik məsələləri üzrə nümayəndə heyəti Bakıya səfər edəcək.Bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskas deyib. 30 nəfərdən ibarət olan, o cümlədən 28 ölkənin səfirinin daxil olduğu nümayəndə heyətinin Bakıya oktyabrın 3-də gələcəyi gözlənilir. K.Yankauskasın sözlərinə görə, səfər zamanı əsas diqqət Aİ ilə Azərbaycan arasında siyasət və təhlükəsizlik sahələrində əməkdaşlığa yönələcək.
Polşa və Ermənistan prezidentləri Qarabağı müzakirə etdi
"Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər". Bunu Polşa prezidenti Anjey Duda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı deyib. “Polşanın bu məsələdə mövqeyi dəyişməyib. Münaqişə sülh yolu və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir”, - deyə o vurğulayıb.
Qarabağın həlli üçün fürsət yaranıb – Politoloq
BMT-nin Baş Məclisində bir çox ölkələrin prezidentlərinin çıxışı, o cümlədən, Prezident İlham Əliyevin bugünkü çıxışı Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına güclü töhfə verəcək. Bu sözləri BMT-də Dağlıq Qarabağ məsələsinin əsas müzakirə mövzularından biri olmasına münasibət bildirən politoloq Qabil Hüseynli deyib. O bildirib ki, BMT Baş Assambleyasında çox ciddi məsələlər müzakirə olunur:













