Siyasət

Polşa və Ermənistan prezidentləri Qarabağı müzakirə etdi

20 Sentyabr 2017 15:43

"Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər". Bunu Polşa prezidenti Anjey Duda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı deyib. “Polşanın bu məsələdə mövqeyi dəyişməyib. Münaqişə sülh yolu və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir”, - deyə o vurğulayıb.

Qarabağın həlli üçün fürsət yaranıb – Politoloq

20 Sentyabr 2017 15:24

BMT-nin Baş Məclisində bir çox ölkələrin prezidentlərinin çıxışı, o cümlədən, Prezident İlham Əliyevin bugünkü çıxışı Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına güclü töhfə verəcək. Bu sözləri  BMT-də Dağlıq Qarabağ məsələsinin əsas müzakirə mövzularından biri olmasına münasibət bildirən politoloq Qabil Hüseynli deyib. O bildirib ki, BMT Baş Assambleyasında çox ciddi məsələlər müzakirə olunur:

Ordumuzun aprel sınağı: yeni qəhrəmanlıq salnaməsi

20 Sentyabr 2017 14:35

Məkirli və hiyləgər əməlləri ilə Azərbaycanı daim təxribatlara sürükləməyə   cəhd edən Ermənistan cari ilin aprel ayında da öz ənənəsinə sadiq qaldı. Belə ki, 2016-cı ilin 2 aprel tarixində səhər erkən saatlardan başlayaraq Ermənistan münaqişə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə   və bəşəriyyət əleyhinə cinayətlərə bərabər tutulan çoxsaylı aktlar törətdi. Bu müddət ərzində Ermənistan tərəfi təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar etdi. Nəticədə 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı. Hücumlar nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı.

Nalbadyanın açıqlaması növbəti sabotajdır

20 Sentyabr 2017 13:41

Ermənistanın Xarici işlər nazirinin Yerevanda "Diaspora forumunda" Dağlıq Qarabağ ətrafında beş rayonun azad olunması mümkünlüyü barədə açıqlamaları, Lavrov planın tərkib hissəsidir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib: “Qeyd edim ki, BMT -nin Baş Assambleyası forumu çərçivəsində "Minsk qrupunun" həmsədrlərinin iştirakı ilə keçiriləcək Xarici işlər nazirlərinin görüşü öncəsi Nalbadyanın bu açıqlamaları, sabiq həmsədr Hoqlandın bir müddət bundan əvvəl elan etdiyi "altı bəndlik" mərhələli planı özündə ehtiva edən prinsiplərinin əleyhinədir.

Rusiyadakı antiAzərbaycan qüvvələrin Azərbaycan üzərində “qələbəsi”

20 Sentyabr 2017 13:01

Yaxud ÜAK-ın qeydiyyatının ləğvi qərarı Görünür Rusiyadakı bəzi antiAzərbaycan qüvvələrin sözü hələ də keçərlidir və onları zərərsizləşdirmək, Moskva-Bakı münasibətlərinə zərbə vurmaq üçün oynadıqları oyunu pozmaq üçün Kreml o qədər də qətiyyətli deyil. Əks halda Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qərar qüvvədə saxlanılmaz, onun dəyişdirilməsi reallaşardı. Düzü Azərbaycanda buna çox ümidlər vardı və ehtimal olunurdu ki, Rusiyanın rəsmi dairələri Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə “yaşıl işıq” yandırmayacaq. Buna səbəb isə bir neçə amil vardı. Birincisi, Rusiya ilə Azərbaycan arasında mövcud olan dostluq, strateji tərəfdaşlıq münasibətləri. İki ölkə arasında münasibətlər bu gün ən yüksək səviyyədədir və bu əməkdaşlıq müxtəlif sahələri əhatə edir.

“Ermənistanla ümumi əməkdaşlıq məhdudlaşdırılmalıdır”

20 Sentyabr 2017 12:24

Nazir: Ermənistanın təcavüzünə son qoymaq üçün lazımi siyasi və iqtisadi tədbirlər həyata keçirilməlidir  “Çox təəssüf hissi ilə bildirirəm ki, Kontakt qrupunun sonuncu görüşündən sonra Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərində münaqişənin tənzimlənməsi istiqamətində vəziyyət nəinki dəyişməz qalır, hətta cəbhə xəttində toqquşmaların intensivləşməsi və cəbhə xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin qəsdən öldürməsi halları daha da artıb”. Bunu xarici işlər naziri Elmar Məmmədyarov İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı Kontakt Qrupunun ikinci iclasında çıxış zamanı deyib. Nazir əlavə edib ki,  Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində Azərbaycan əraziləri, Dağlıq Qarabağ daxil olmaqla yeddi ətraf rayon işğal edilib, on minlərlə insan həyatını itirib, 1 milyondan çox azərbaycanlı öz ev və mülkiyyətlərindən didərgin olub, minlərlə insan itkin düşüb.

Dövlət Bayrağı Meydanının bayrağı niyə yerinə asılmır?.. - AÇIQLAMA

20 Sentyabr 2017 11:51

2007-ci ölkə prezidentinin sərəncamı ilə yaradılan Dövlət Bayrağı Meydanındakı bayraq 10 il sonra səbəbi müəmmalı qalan səbəblərdən sökülüb. Əksəriyyət ərazinin sürüşmə zonası olduğunu, meydanda çatlar əmələ gəldiyini bildirsə də, rəsmi qurum bununla qətiyyən razılaşmır. İki aya yaxındır ki, meydan bayraqsız qalıb.  Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov modern.az-a hələlik texniki baxışın yekunlaşmadığını açıqlayıb: "Hazırda Bayraq Meydanındakı dirəyin üst hissəsi sökülüb. Onun altında olan mexanizm yoxlanılır, alt hissəyə texniki baxış keçirilir".

Nazir: Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir və Fələstin xalqının yanındadır

20 Sentyabr 2017 11:41

Xarici işlər naziri Elmar Məmmədyarovun Qoşulmama Hərakatının Fələstin üzrə Nazirlər Komitəsinin iclasında çıxış edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazir bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin digər üzvləri kimi dünyanın müxtəlif yerlərində baş verən, bəzi regionlarda siyasi qeyri-sabitliyə, irimiqyaslı yerdəyişmələrə və misligörülməmiş humanitar böhranlara yol açan müharibə və silahlı münaqişələrlə bağlı ciddi narahatdır. İsrail-Fələstin münaqişəsinin həll edilməməsi yalnız bu regiona deyil, beynəlxalq təhlükəsizliyə də təhdid yaradır. Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir və Fələstin xalqının yanındadır. Azərbaycan Fələstin münaqişəsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini dəstəkləyir. Bu xüsusda, qardaş Fələstin xalqının sülh, sabitlik və inkişaf uğrunda mübarizəsinə Azərbaycanın tam dəstəyini bir daha bəyan etmək istərdim.

İlham Əliyev bu gün BMT-də çıxış edəcək

20 Sentyabr 2017 11:36

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının sessiyası çərçivəsində çıxışı gözlənilir. Ölkə başçısının çıxışı Bakı vaxtı ilə axşam saatlarında baş tutacaq.

Siyasi qərar, yoxsa Azərbaycana təzyiq vasitəsi?

20 Sentyabr 2017 11:25

ÜAK-ın ləğvi barədə qərar iki dövlət və xalq arasında ənənəvi dostluq münasibətlərinə kölgə salır Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası ÜAK-ın apelyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Xatırladaq ki, Rusiya Ədliyyə Nazirliyinin məlumatına görə, ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu müəyyən edilib. Rusiya Ədliyyə Nazirliyindən "İctimai təşkilatlar haqqında" qanunu əsas götürülərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün martın 9-da Ali Məhkəməyə müraciət edib.

Hərbi hissədə dini maarifləndirmə tədbiri keçirilib 

20 Sentyabr 2017 10:50

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birgə təşkilatçılığı ilə Daxili Qoşunların Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində “Dini radikalizmlə mübarizənin əhəmiyyəti” mövzusunda maarifləndirici seminar-treninq keçirilib. “OLAYLAR”-ın DQİDK-yə istinadən verdiyi xəbərə görə, seminar-treninqi giriş sözü ilə açan hərbi hissənin komandiri polkovnik-leytenant Seymur Şahmuradov tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. Natiq çıxışında dini radikalizmin törətdiyi fəsadlardan və bununla bağlı hərbçilərin də maarifləndirilməsinin önəmindən bəhs edib.

İlham Əliyev Trampın və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 10:41

Sentyabrın 19-da Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və xanımının adından BMT-nin Baş Assambleyasının 72-ci sessiyası ilə əlaqədar qəbul təşkil olunub.

Müdafiə naziri ön cəbhədə 

19 Sentyabr 2017 16:27

Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrin cəbhəboyu zonada yerləşən hərbi hissələrinin döyüş qabiliyyəti, şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı, həmçinin mülki əhalinin təhlükəsizliyinin təmin olunması şəraitini yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətindəki bölmələrdə olub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttindəki bölmələrdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənova mövcud vəziyyət barədə məruzə edilib. Dövlət sərhədinin etibarlı müdafiəsinin, dayanıqlığının düzgün təşkil olunmasını yoxlayan Müdafiə naziri şəxsi heyətin hazırlığını yüksək qiymətləndirib. General-polkovnik Z.Həsənov dövlət sərhədi istiqamətində üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.