Siyasət
Prezident İlham Əliyev Donald Trampa başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib.
İlham Əliyev Almaniya və Koreya prezidentlərini təbrik etdi
Las-Veqasda atışmada ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmadığı araşdırılır
"ABŞ-ın Las-Veqas şəhərində törədilmiş qanlı və dəhşətli faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, ABŞ hökumətinə və bütün Amerika xalqına dərin hüznlə baş sağlığı veririk. Bu dəhşətli hücum nəticəsində yaralananların tezliklə şəfa tapmasını diləyirik". Bunu açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. "Bu qanlı faciədə həlak olan və yaralananlar sırasında Azərbaycan Respublikası vətəndaşının olub-olmaması ölkəmizin Los Ancelesdəki Baş konsulluğu tərəfindən araşdırılır", - deyə H. Hacıyev bildirib.
Ukrayna xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başlayıb
Ukrayna xarici işlər naziri Pavel Klimkinin Azərbaycana səfəri başlayıb. Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Ukraynalı nazir sabah rəsmi görüşlər keçiriəcək. Xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə iki ölkə arasında əməkdaşlığın gələcək perspektivləri və prezidentlər səviyyəsində tədbirə hazırlıq məsələləri müzakirə olunacaq. Pavel Klimkinin Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü nəzərdə tutulub.
Deputat: "Kataloniyada separatçıların müstəqillik istəməsi düşünülmüş ssenaridir"
"İspaniyanın Kataloniya bölgəsində separatçıların müstəqillik istəməsi düşünülmüş bir ssenaridir". Bunu açıqlamasında millət vəkili Bəxtiyar Əliyev deyib. Onun sözlərinə görə, bu hadisə dünyada gedən proseslərin istiqamətini dəyişmək məqsədi güdür: "Müəyyən dairələr, qüvvələr var ki, separatizmi dəstəkləmək vasitəsilə dünyanın yenidən bölüşdürülməsi və bundan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu da qətiyyən yol verilməsi mümkün olmayan bir məsələdir. Çox təəssüflər olsun ki bu, beynəlxalq qurumların ikili standart siyasətlərinin nəticəsidir. İstər BMT-nin, istər ATƏT-in, istər Avropa İttifaqının, xüsusən də AŞPA-nın ikili yanaşmasının nəticəsidir ki, artıq Avropada biz parçalanmanın, separatizmin şahidi oluruq. Bu proseslər gələcəkdə çox boyük fəlakətlərə gətirib çıxara bilər. Bu proseslərin qarşısı təcili alınmalı və separatistlərə qiymət verilməli, onlara qarşı sanksiya və təzyiqlər tətbiq olunmalıdır".
Qərb “demokratiyası”
Qərb hər zaman özünün “demokratiyası” ilə dünyada “nümunə” rolunu oynayıb. Dünən də belə olub, bu gün də belədir. Yəqin ki sabah da bu dəyişməz olaraq qalacaq. Nə qədər ki, Qərbin baxış bucağı, yanaşma tərzi dəyişməyib.
Prezident gələn ilin anonsunu verdi: maaşlar və pensiyalar artacaq
Prezident İlham Əliyev bu gün Qobustan rayonunda sakinlərlə görüşü zamanı gələn il Azərbaycanda sürətli iqtisadi inkişaf olacağını deyib. Virtualaz.org qeyd edir ki, prezidentin ölkədə iki ildir yaşanan iqtisadi geriləmədən sonra Azərbaycanın yenidən sürətli inkişaf mərhələsinə daxil olacağını anons etməsi sadəcə olaraq proqnoz deyil və mövcud iqtisadi situasiyaya, gələn ilin büdcə layihəsinə əsaslanan möhkəm qənaətdir.
Hərbi Dəniz Qüvvələrində hazırlıq üzrə məşqlər keçirilir
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə qrupunun 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin hazırlıq məşqləri keçirilir. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, məşqlər Hərbi Dəniz Qüvvələrinin 2017-ci il üçün hazırlıq planına uyğun olaraq keçirilir.
Rusiyada ÜAK-ın əvəzinə yeni diaspor strukturu yaradıla bilər
Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi barədə qərar qüvvədə qalarsa, qısa zamanda azərbaycanlıların yeni diaspor strukturu yaradılacaq. Əldə edilən məlumata görə, yeni təşkilat, çox güman, ÜAK-ın bazasında fəaliyyət göstərəcək. Mənbə bildirib ki, yeni struktur yaradılarsa, onun tərkibinə həm ÜAK üzvləri, həm də son illərdə diasporun fəaliyyətində fəal iştirak etmiş yeni simalar daxil olacaq. Yeni təşkilatın strukturu və onun nizamnaməsi ÜAK-dakına bənzər olacaq. Sonuncunun tezliklə diaspor fəallarının ixtiyarına təqdim ediləcək yeni geniş ofis aldığı məlumdur. Yeni təşkilatın fəaliyyətində vaxtilə ÜAK-ı tərk etmiş böyük azərbaycanlı iş adamlarının iştirak edəcəyi gözlənilir.
“Siyasi partiyalar haqqında qanuna dəyişiklik edilməlidir”
Oktyabın 2-də Milli Məclisin payız sessiyasının ilk iclası keçirilib. İclas Azərbaycan himninin səsləndirilməsilə öz işinə başlayıb. MM sədri Oqtay Əsədov bildirib ki, parlamentin yaz sessiyası uğurlu olub. Milli Məclis Konstitusiya ilə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib.
Həmsədrlərin bu həftə regiona səfəri başlayır
ABŞ-ın ATƏT-in Minsk Qrupundakı yeni həmsədri Andrü Şofer bu həftə İrəvan və Bakıya səfər edəcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilir ki, o, yerdə vəziyyətlə tanışdıq məqsədilə rəsmilərlə görüşlər keçirəcək. Məlumatda o bildirilir ki, bölgədə olduğu zaman A.Şofer Minsk Qrupunun digər həmsədrləri ilə yüksək səviyyəli görüşlərdə iştirak edəcək.
Azərbaycana sırınan Madrid prinsipləri indi Madridi təhdid etməkdədir
“İspaniya hüquqi kazusla üzləşib. Katalonlar dünən səsvermələri ilə faktiki müstəqilliklərini elan etdilər”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən VİP sədri Əli Əliyev deyib ki, dünənki referendum yaddaşında bir hadisəni canlandırıb: “Bir neçə il əvvəl yenicə siyasi həyatda sərbəst fəaliyyətə başlamışdım. VİP təmsilçisi olaraq ATƏT-in keçici sədri, o zamankı İspaniya xarici işlər naziri ilə görüşə dəvət almışdım.
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşuldu
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulub. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası"na qoşulmaq barədə" məsələ müzakirəyə çıxarılıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli konvensiyaya qoşulmağın vacibliyini vurğulayıb.
Avropa Şurasının MONEYVAL Komitəsi Azərbaycan hökumətinin fəaliyyətini təqdir edib
2017-ci ilin 26-28 sentyabr tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 54-cü plenar iclası keçirilib. İclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.
Prezident İlham Əliyev və xanımı Pirqulu-Dəmirçi avtomobil yolunun açılışını ediblər
Oktyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əsaslı surətdə yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yolunun açılışında iştirak ediblər.













