Türk jurnalist Dövlət Departamentinin sözçüsünü ağlatdı
25 Oktyabr 2017 10:07 SiyasətABŞ Dövlət Departamentinin sözçüsü Heter Nauret media brifinqini ağlayaraq tərk edib.
Publika.az xəbər verir ki, sözçü türk jurnalistlə mübahisə etdikdən sonra əsəbiləşib və ağlayıb.
Bu barədə "Amerikanın Səsi" saytının Vaşinqtondakı müxbiri Mehmet Sümer paylaşım edib. O, spikeri ağladan jurnalistin "Daily Morning" saytının müxbiri Raqıp Soylu olduğunu qeyd edib.
Raqıp Soylu isə tvitter hesabından açıqlama verib:
"ABŞ Xarici İşlər Nazirliyi sözçüsü YPG ilə bağlı soruşduğum suala dövlət-özəl ortaqlığı olan bir media qurumunda işlədiyimi söyləyərək cavab verdi. Sözçüyə işlədiyim şirkətin özəl olduğunu bildirdiyimdə isə qurumun hökumət tərəfindən dəstəkləndiyini dedi. Çoxmu əlaqəli? Yox".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31