Siyasət
"Kataloniyada baş verənlər Qərbin ikili siyasətini ifşa edəcək”
“Qərb demokratik dəyərlərdən insan haqlarından danışarkən bunu özündə deyil, çox zaman başqa ölkələrdə, xüsusilə də sosialist məkanında yenicə müstəqillik yoluna qədəm qoymuş ölkələrdə axtarır. Kataloniya hadisələri göstərdi ki, Qərb bəzi ölkələrin müstəqillik hərəkatına da dözümsüz yanaşır”. Bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Qarabağa səfər edən Türkiyə vətəndaşları barədə ŞOK MƏLUMAT
Son günlər Türkiyə Respublikası vətəndaşlarının işğal edilmiş Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsi və bundan peşmanlıq hiss etmələri barədə məlumatlar Azərbaycanın KİV-də geniş olaraq müzakirə edildi.
Ordudan tərxis olunan hərbi qulluqçuların yola salınması mərasimi keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq sərəncamının icrası Silahlı Qüvvələrdə davam edir.
Viktoriya Nulandı daha betəri əvəzlədi: Azərbaycanla bağlı nə planlaşdırır...
Sentyabrın sonlarında ABŞ Senatı dövlət katibinin Avropa və Avrasiya işləri üzrə yeni köməkçisinin namizədliyini təsdiq edib. Virtualaz.org xəbər verir ki, bu postda məşhur Viktoriya Nulandı Ues Mitçell əvəzləyib. Bəs ABŞ-ın o cümlədən Azərbaycanla münasibətlərini formalaşdıracaq bu adam kimdir və hansı mövqenin sahibidir? Onun “rəngli inqilabların xaç anası” kimi tanınmış xanım Nulandın yerinə təyinatından nə gözlənilir?
Dağlıq Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşları həbs edilib Azərbaycana verilə bilər?
Milli.Az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin üzvü Vüsal Hüseynov Ermənistan ordusunun işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş Türkiyə vətəndaşlarının məsuliyyətə cəlb edilməsi və Azərbaycana verilməsi ilə bağlı hüquqi məsələlərə aydınlıq gətirib.
"Həmsədrlərin regiona səfərindən heç nə gözləmirəm"
“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərindən müsbət heç nə gözləmirəm. Çünki, həmsədr dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikili standart mövqeyi hər kəsə məlumdur. Minsk qrupu həmsədrləri 20 ildən çoxdur ki, münaqişənin həli ilə bağlı regiona gəlib, boş bəyanatlar verməklə məşğuldurlar”. Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Xarici İşlər Nazirliyi bəyanat verdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkdilli Dövlətlərin Əməkdaşlıq günü ilə bağlı bəyanat yayıb. XİN-nin mətbuat xidmətindən “Olaylar”a verilən bəyanatda deyilir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan 2009-cu il Naxçıvan Razılaşmasının imzalanmasından etibarən 3 oktyabr tarixi Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir.
Ermənilər 102 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 102 dəfə pozub.
Deputat: Bu, AŞ PA-da "Yaqland yeniliyi" kimi tarixə düşə bilər
Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqlandın Azərbaycana qeyri-obyektiv münasibəti bu vəzifədə olmamışdan da müşahidə edilib. Bunu açıqlamasında millət vəkili Bəxtiyar Əliyev deyib.
"Kataloniyadakı qanunsuz referendum göstərir ki, dünyada separatizmə qarşı vahid münasibət formalaşdırılmalıdır"
Kataloniya bölgəsində separatçı qüvvələrin müstəqillik istəməsi yolverilməzdir. Bunu açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. Millət vəkili bildirib ki, Kataloniyadakı qanunsuz referendum göstərir ki, dünyada separatizmə qarşı vahid münasibət formalaşdırılmalıdır. "Bütün dövlətlərin Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış əraziləri var. Bu gün həmin sərhədlər dəyişilməzdir, toxunulmazdır. Hər bir dövlətin sərhədləri daxilində muxtariyyət ola bilər, amma orada dövlətin suverenliyinə qarşı hər hansı separatçı addımın atılması yolverilməzdir. Kataloniya bölgəsində də separatçıların müstəqillik istəməsi qəbuledilməzdir. İspaniyanın ərazi bütövlüyü qorunmalı, ərazilərdə İspaniya qanunları hakim olmalıdır".
Prezident İlham Əliyev qadın voleybolçulardan ibarət milli komandamızın heyətini qəbul edib
Oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyev qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini qəbul edib.














