Siyasət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri İran sahillərinə yan aldı

3 Oktyabr 2017 17:05

Azərbaycan və İran hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında Sazişə əsasən oktyabrın 3-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-122 və G-124 gözətçi gəmiləri İran İslam Respublikasına dostluq səfərinə gedib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, oktyabrın 7-dək davam edəcək səfər çərçivəsində hərbi dənizçilərimizin İranın Xəzər dənizindəki hərbi dəniz komandanlığı ilə görüşü, Ənzəli şəhərindəki dəniz bazasına ziyarəti və bir sıra digər tədbirlərdə iştirakı nəzərdə tutulub.

"Ermənistanın manipulyasiya etməsi yolverilməzdir"

3 Oktyabr 2017 16:46

Andorrada ATƏT Parlament Assambleyasının payız sessiyası keçirilir. Sessiyanın əsas mövzusu "ATƏT regionunda təhlükəsizlik: yeni çağırışlar, yeni hədəflər"dir. Bu gün sessiyada Aralıq Dənizi Forumu çərçivəsində müzakirələr başlayıb. Forumda Aralıq dənizi hövzəsində təhlükəsizlik və əməkdaşlığa dəstəklə bağlı məsələlər müzakirə olunub. Forumda çıxış edən Ermənistan nümayəndə heyətinin rəhbəri Ermənistanda Dağlıq Qarabağ münaqişəsi səbəbindən 100 mindən çox qaçqın olduğunu bildirib, habelə Ermənistanın Suriyadan 20 mindən çox erməni qaçqını qəbul etdiyini deyərək bu məsələdə ölkəsinə dəstək verilməsini istəyib.

Musa Quliyev: “Azərbaycanın milli qurtuluş tarixi məhz bu günlə bağlıdır"

3 Oktyabr 2017 16:28

“3 oktyabr 1993-cü il Azərbaycan tarixinin ən şərəfli və həlledici günlərindən biridir. Bütün dövrlər üçün Azərbaycanın dövlətçilik və milli qurtuluş tarixi məhz bu günlə bağlıdır”. Bunu “Səs” qəzetinə açıqlamasında millət vəkili Musa Quliyev bildirib.

“İspanların yerinə biz olsaydıq, indi siyasi sanksiyalar göydə uçuşurdu”

3 Oktyabr 2017 14:59

“İspaniyanın Kataloniya bölgəsində baş verən hadisələr Qərbin məsələlərə hər zaman ikili standartlarla yanaşmasına bariz nümunə oldu. Həmçinin bu hadisə Qərbin müəyyən dairələrinin ikiüzlü siyasətini ortaya qoydu”.

Yaxın Şərqdə Türkiyə-Rusiya müttəfiqliyi

3 Oktyabr 2017 14:27

Ötən həftənin ən yadda qalan hadisələrindən biri də Rusiya və Türkiyə prezidentlərinin yenidən bir araya gəlməsi oldu. Ən son Ərdoğanla Putin Türkiyə prezidentinin şimal qonşumuza səfəri zamanı görüşmüşdü. Düzdür, həmin görüşdə Moskva ilə Ankara arasında məlum təyyarə böhranından sonra yaranan bir çox problemlər həllini tapdı. Amma müəyyən prinsipial məsələlər vardı ki, həmin məsələlərin həlli vaxt tələb edirdi. Və müəyyən bir aradan sonra Ərdoğan və Putin yenidən bir araya gəldi. İki ölkə prezidentlərinin Ankaradakı görüşünün Şimali İraqdakı referendumdan dərhal sonraya təsadüf etməsi də Putin-Ərdoğan görüşünün əhəmiyyətini artırırdı.

Minsk qrupu səlahiyyətində olan təsir rıçaqlarından istifadə etmir

3 Oktyabr 2017 14:16

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamasalınması məqsədilə yaradılmiş ATƏT-in Minsk qrupunun ötən müddət ərzində atdığı addımların heç bir nəticə verməyib. Problemin həlli məqsədilə qurumun irəli sürdüyü təkliflər elə təklif olaraq qalıb. Minsk qrupunun real təsir mexanizmi olmadığından tövsiyyə xarakterli təklifləri münqaişə tərəflərində “söz oyunundan” o tərəfə keçməyib.

Azərbaycan prezidenti Ukrayna xarici işlər nazirini qəbul edib -  YENİLƏNİB

3 Oktyabr 2017 13:49

Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumata görə, dövlət başçısı ölkələrimiz arasında münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edib, Ukrayna prezidenti Petro Poroşenkonun Azərbaycana səfərinin bu münasibətlərin möhkəmləndirilməsi işində mühüm rol oynadığını vurğulayıb.

Həmsədrlər Bakıya oktyabrın 7-də gələcəklər

3 Oktyabr 2017 13:46

ATƏT-in Minsk qrupu həmsədrləri oktyabrın 6-da İrəvana səfər edəcəklər. Məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, vasitəçilər Azərbaycana oktyabrın 7-də gələcəklər.

Ukraynanın xarici işlər naziri: "Azərbaycanın ərazisi işğal olunub"

3 Oktyabr 2017 13:45

"Əsl dostluq mühitinə qayıtmaq xoşdur. İnsanlararası təmaslar münasibətimizi möhkəmləndirir. Hər ölkənin vətəndaşları qarşılıqlı olaraq səfərlər etmək istəyirlər". Məlumata görə, bunu Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Qarabağa qanunsuz səfər edənləri "türk" adlandırmayaq”

3 Oktyabr 2017 13:35

22 sentyabr tarixində bir qrup Türkiyə vətəndaşı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib. Ölkəmizə qarşı açıq-aşkar sayğısızlıq edən Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.

TürkPA-nın 7-ci Plenar iclasına hazırlıqlar başlayıb

3 Oktyabr 2017 13:05

TürkPA üzv parlamentləri dekabr ayının 8-də Assambleyanın Bişkekdə keçirilməsi planlaşdırılan 7-ci Plenar İclasına hazırlıqlara start verib. Təşkilatdan verilən məlumata görə, Qırğızıstan Parlamenti Məclisinin (Aşağı Palata) Sədri, TürkPA-nın Fəaliyyətdə olan sədri Nurlan Niqmatulinin təşəbbüsü ilə TürkPA-nın Baş katibi Jandos Asanov Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Tursunbekov ilə danışıqlar aparıb.

"Kataloniyada baş verənlər Qərbin ikili siyasətini ifşa edəcək” 

3 Oktyabr 2017 12:55

“Qərb demokratik dəyərlərdən insan haqlarından danışarkən bunu özündə deyil, çox zaman başqa ölkələrdə, xüsusilə də sosialist məkanında yenicə müstəqillik yoluna qədəm qoymuş ölkələrdə axtarır. Kataloniya hadisələri göstərdi ki, Qərb bəzi ölkələrin müstəqillik hərəkatına da dözümsüz yanaşır”. Bunu  açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Qarabağa səfər edən Türkiyə vətəndaşları barədə ŞOK MƏLUMAT

3 Oktyabr 2017 12:36

Son günlər Türkiyə Respublikası vətəndaşlarının işğal edilmiş Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsi və bundan peşmanlıq hiss etmələri barədə məlumatlar Azərbaycanın KİV-də geniş olaraq müzakirə edildi.