Siyasət

Avropa Şurasının MONEYVAL Komitəsi Azərbaycan hökumətinin fəaliyyətini təqdir edib

2 Oktyabr 2017 15:22

2017-ci ilin 26-28 sentyabr tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 54-cü plenar iclası keçirilib. İclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.

Prezident İlham Əliyev və xanımı Pirqulu-Dəmirçi avtomobil yolunun açılışını ediblər

2 Oktyabr 2017 15:17

Oktyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əsaslı surətdə yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yolunun açılışında iştirak ediblər.

“Yaqland körpüləri yandırmağa çalışır”

2 Oktyabr 2017 14:26

“Avropa Şurasının baş katibi Yaqland təşkilatın statusundan istifadə edərək Azərbaycana qarşı kampaniya aparır. O, artıq öz səlahiyyətlərinin çərçivəsini aşır”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Aydın Mirzəzadə deyib.

Azərbaycan Əfqanıstana 1 milyon dollar yardım edib

2 Oktyabr 2017 14:25

Azərbaycan indiyə qədər Əfqanıstana 1 milyon ABŞ dolları həcmində hərbi yardım edib. “Olaylar” xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında" Sazişin ratifikasiyası zamanı bildirib.

Azərbaycanın müstəqil siyasət kursu Avropada bəzi dairələri narahat edir

2 Oktyabr 2017 14:00

Azərbaycan hər dəfə uğurlu bir layihəyə imza atanda, regionda mövqelərini möhkəmləndirəndə dərhal ona qarşı beynəlxalq səviyyədə təxribat xarakterli kampaniyaya start verilir. Hazırda da belə bir mənfi tendensiya müşahidə edilməkdədir. “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair yeni bir müqavilənin imzalanmasından sonra bu hal daha çox müşahidə edilməyə başlayıb.

QHT-lər Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa səfərinə etiraz edir- BƏYANAT

2 Oktyabr 2017 13:55

22 sentyabr tarixində bir qrup Türkiyə vətəndaşı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib. Ölkəmizə qarşı açıq-aşkar sayğısızlıq edən Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.

Prezident İlham Əliyev: “Azərbaycan sabitlik, inkişaf adasıdır”

2 Oktyabr 2017 13:51

“Bu il neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz valyuta ehtiyatlarımızı artıra bilmişik. Bu, onu deyir ki, biz hətta çətin illərdə də düzgün siyasət apararaq nəinki ehtiyatlarımızı xərcləməmişik, əksinə, biz əlavə pul qazanmışıq. Bu pul ölkəmizin, xalqımızın maraqlarına xidmət göstərir. Bu pulla biz məktəblər, xəstəxanalar tikirik, yollar, su xətləri çəkirik, ölkəmizin müdafiə qüdrətini gücləndiririk”. Məlumata görə, bunu prezident İlham Əliyev Qobustan şəhərinə içməli suyun verilməsi mərasimində çıxışı zamanı deyib.

Azərbaycan prezidenti: “Gələn il sürətli iqtisadi inkişaf ili olacaq”

2 Oktyabr 2017 13:49

“Gələn il sürətli iqtisadi inkişaf ili olacaq”. Məlumata görə, bunu prezident İlham Əliyev Qobustan şəhərinə içməli suyun verilməsi mərasimində çıxışı zamanı deyib. O qeyd edib ki, iqtisadi sahədə əldə edilən nailiyyətlər həm bizim statistik göstəricilərdə, eyni zamanda, mötəbər beynəlxalq iqtisadi qurumların hesabatlarında da öz əksini tapır: “Yəqin ki, siz eşitmişiniz, bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Biz iki pillə qabağa getdik, artıq 37-ci yerdən 35-ci yerə layiq görüldük.

Dağlıq Qarabağa qanunsuz səfər edənlər hansı ölkənin vətəndaşlarıdır?

2 Oktyabr 2017 13:32

 “Azərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı “Qara siyahı”sında 649 şəxsin adı var. Lakin burada ən təssüfedici məqam həmin şəxslərin çoxunun ATƏT-in Minsk qrupuna aid olan ölkə vətəndaşının olmasıdır”. “Olaylar” ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin payız sessiyasının ilk plenar iclasında çıxış edərkən deyib.

Siyavuş Novruzov: “Azərbaycana göstəriş vermək lazım deyil”

2 Oktyabr 2017 13:04

Millət vəkili Siyavuş Novruzov Avropa Şurası ilə bağlı məsələyə münasibət bildirib. “Olaylar” xəbər verir ki, millət vəkili qeyd edib ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Avropa Şurasının öhdəliklərini tam yerinə yetirir. Elə ölkələri var ki, 10 illərdir, öhdəlikləri yerinə yetirmir: “Bu ölkələrlə bağlı tədbir görülmür.

Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri başlayıb

2 Oktyabr 2017 11:53

Azərbaycan prezidenti İlham ƏliyevŞamaxı rayonuna səfərə gəlib. Məlumata görə, dövlət başçısı Şamaxı şəhərinin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə prezident İlham Əliyevə məlumat verib.

XİN-dən Kataloniya hadisələrinə MÜNASİBƏT

2 Oktyabr 2017 11:11

Azərbaycan İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan mövcud vəziyyətin İspaniyanın konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıdır.

İlham Əliyev Qobustana getdi

2 Oktyabr 2017 10:58

Gürcüstan insan hüquqları prizmasından Dağlıq Qarabağ tənzimlənməsinin modelini hazırlaya bilər

2 Oktyabr 2017 10:54

“Dağlıq Qarabağ məsələsi insan hüquqları məsələsidir”. Ermənistan prezidenti S.Sərkisyan BMT Baş Assambleyasında bu bəyanatı ilə Dağlıq Qarabağ tənzimlənməsində insan hüquqlarını prioritet elan etdi. O, insan hüquqlarının əsas elementi kimi xalqların öz müqəddəratını təyinetmə prinsipini göstərdi. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.