Siyasət

Bu gündən həqiqi hərbi xidmətə çağırış başlayıb

1 Oktyabr 2017 10:48

Bu gündən – oktyabrın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.  Azərbaycan prezidenti İlham Əliyevin  5 sentyabr 2017-ci il tarixli sərəncamına əsasən 1999-cu ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1982-1998-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan yeni layihələr Avropanın enerji xəritəsini dəyişir

29 Sentyabr 2017 18:11

"Müstəqil Azərbaycanın sosial və iqtisadi sahələrdə dinamik inkişafı prosesində Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı neft strategiyasının uğurla həyata keçirilməsinin müstəsna əhəmiyytə kəsb edir”

Ukraynanın xarici işlər naziri Azərbaycana gələcək

29 Sentyabr 2017 17:46

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin 2-3 oktyabrda Azərbaycanda rəsmi səfərdə olacaq. Azərbaycan Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, səfər çərçivəsində nazir Pavlo Klimkinin xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Cahangir Hacıyev cərimə kamerasına salındı

29 Sentyabr 2017 17:44

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş sədri Cahangir Hacıyev saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salınıb. Bu barədə onun vəkili Aqil Layıc məlumat verib. Vəkil bildirib ki, C. Hacıyev iki gündür, cərimə kamerasında saxlanılır. A. Layıc bildirib ki, C. Hacıyev mətbuatda fikirləri yayıldıqdan sonra cəzalandırılıb. Vəkil müvəkkili ilə görüşə bilmədiklərini, bununla bağlı lazimi qurumlara müraciət etdiklərini deyib. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov açıqlamasında bildirib ki, hər hansı məhkum daxili nizam-intizam qaydalarını pozursa, cərimə kamerasına salına bilər. M. Sadıqov bu cür məsələlərin xidmət tərəfindən şərh edilmədiyini bildirib.

Deputat: "Azərbaycan Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı Türkiyə hökumətindən ciddi tədbirlər gözləyir"

29 Sentyabr 2017 17:29

"Azərbaycan dövlətinin razılığı olmadan onun sərhədlərini pozan istənilən şəxs haqqında cinayət işi başlanmalıdır". Bunu  Milli Məclisin deputatı Çingiz Qənizadə bir neçə Türkiyə vətəndaşının Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsinə münasibət bildirərkən deyib.

Azay Quliyev: “İnanıram ki, Türkiyə onları cəzalandırmaq üçün Azərbaycana təhvil verəcək”

29 Sentyabr 2017 17:22

“Türkiyə vətəndaşlarının Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfəri ölkə ictimaiyyəti tərəfindən çox mənfi qarşılandı. Hər hansı bir ölkənin vətəndaşı digər dövlətin ərazilərinə daxil olan zaman həmin dövlətin qanunlarına mütləq hörmət etməlidir. Bu hörmət hamı tərəfindən məcburidir. Çox təəssüflər olsun ki, belə hallar baş verir. Biz bunu pisləyirik və qınayırıq”.

Türkiyədən Qarabağa səfər edənlər cəzalanmalıdır

29 Sentyabr 2017 17:22

“Türkiyənin bəzi jurnalist və siyasətçilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri qəbuledilməz bir faktdır. Türkiyədə erməni lobbisi var, həmin lobbi boş oturmayıb. Zamanla çalışırlar ki, Türkiyə-Azərbaycan qardaşlığına qarşı kölgə salsınlar”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.

Prezident İlham Əliyev: "Azərbaycan xalqı, onun iradəsi bizim siyasətimizi şərtləndirir"

29 Sentyabr 2017 17:10

"Azərbaycan xalqı, onun iradəsi bizim siyasətimizi şərtləndirir". Bunu Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib.

Türkiyə Ədliyyə Nazirliyi: "Vətəndaşlarımızın Dağlıq Qarabağa getməsi məsələsi araşdırılır"

29 Sentyabr 2017 17:09

Türkiyə vətəndaşlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Dağlıq Qarabağa getməsi məsələsini araşdırır. Bu barədə Türkiyə Ədliyyə Nazirliyindən verilən açıqlamada bildirilib. Nazirlikdən bildiriblər ki, məsələyə tam aydınlıq gətirildikdən sonra Azərbaycan tərəfinə bu barədə ətraflı məlumat veriləcək.

Prezident İlham Əliyev: "Avropa və İslam oyunlarının keçirilməsi sivilizasiyalararası dialoqa növbəti töhfəmiz kimi qəbul edilməlidir"

29 Sentyabr 2017 16:32

Azərbaycanın iqtisadiyyatın rəqabətqabiliyyətlilik indeksində irəliləməsi düşünülmüş siyasət hesabına mümkün olub. Məlumata görə, bunu Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib.

İlham Əliyev: "Azərbaycanın iqtisadiyyatın rəqabətqabiliyyətlilik indeksində irəliləməsi düşünülmüş siyasət hesabına mümkün olub"

29 Sentyabr 2017 16:27

"Azərbaycanın iqtisadiyyatın rəqabətqabiliyyətlilik indeksində irəliləməsi düşünülmüş siyasət hesabına mümkün olub". Bunu Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib.

Deputat: "Türkiyə vətəndaşlarının Qarabağa səfər etməsinə qarşı ciddi tədbirlər görməlidir"

29 Sentyabr 2017 15:49

Türkiyə dövləti bir qrup vətəndaşının Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə qarşı ciddi tədbirlər görməlidir. Bu barədə  açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib. Millət vəkili bidirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı bütün beynəlxalq təşkilatların qərarlarında yer alıb: "Ufuq Urasın, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun işğal altında qalan Xankəndinə gedərək separatçı rejimin nümayəndələri ilə görüşmələri açıq şəkildə düşmənə dəstək kimi dəyərləndirilməlidir. Onların işğalçılara bu formada dəstək vermələrinin səbəbləri ciddi şəkildə araşdırılmalı və Türkiyə dövləti tərəfindən bu məslə ilə bağlı ciddi tədbirlər görülməlidir. Ufuq Urasın erməni sevgisinin tarixi kökləri, irsi bağlılığı araşdırılmalıdır. Bu şəxsin uzun illərdir Azərbaycanla Türkiyənin mövqelərinə zidd çıxaraq davamlı şəkildə ermənilərə dəstək verməsi təsadüfi ola bilməz".