Siyasət

Minsk qrupu formatı tükənib

29 Sentyabr 2017 15:25

Yaxın bölgəmizdə yaşanan proseslər, özü də bu proseslərin arzuedilməz məcraya yönəlmnəsi Cənubi Qafqazda mövcud olan münaqişələrin həllini arxa plana keçirir. Hər halda dünyanın super güclərinin regiona olan maraqlarında bu aydın şəkildə özünü büruzə verir. Düzdür, müəyyən beynəlxalq təşkilatlar, supergüclər Cənubi Qafqazda möhkəmlənmək, regionda öz maraqlarını qorumaq planları barədə düşünürlər. Ancaq məyusedici məqam ondan ibarətdir ki, həmin güc mərkəzləri regionda maraqlarının təmin olunmasına mövcud şərtlər daxilində çalışırlar.

Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaq cəhdi alınmayacaq

29 Sentyabr 2017 15:23

Şimali İraqda “müstəqillik” referendumu təşkil etməklə bölgəni, xüsusilə də Türkiyəni ciddi təhlükə altında qoyan Qərb dairələri, böyük güclər, eləcə də onların əlinə oynayan erməni lobbisi paralel olaraq Ankaranın öz yaxın qonşuları ilə münasibətlərinə də zərbə vurmaq, ikitərəfli əlaqələrdə sərinlik yaratmaq istiqamətindı ciddi cəhdlə çalışırlar. Bu xüsusda Türkiyə-Azərbaycan əlaqələrinə zərbə vurmaq cəhdi daha çox diqqət çəkir.

Kürdlərin özünü müstəqil elan etməsi seperatizmi gücləndirə bilər

29 Sentyabr 2017 15:21

İraqın Kürdüstan regionunda müstəqilliyə dair referendumun keçirilməsi təkcə region dövlətlərinin deyil, eləcə də dünyanın aparıcı dövlətlərinin siyasi gəzişmələrinə səbəb olub. Hazırda söz sahibi olan dəvlətlər regionda maraqlarının təmin olunması istiqamətində leqal və qeyri-leqal fəaliyyətlərini davam etdirilr. Maraqlıdır, baş verən proseslərin qonşu dövlətlərə təsiri nədən ibarət ola bilər? 

Avropa Şurası ənənəvi təxribatını davam etdirir

29 Sentyabr 2017 15:09

Avropa Şurasının Baş Katibi Turbyern Yaqlandın Azərbaycan məhkəməsinin qərarına əsasən məhkum olunmuş "REAL" təşkilatının rəhbəri İlqar Məmmədovu azadlığa buraxılmadığına görə Azərbaycanın qurumdan kənarlaşdırılmaq ehtimalının olduəunu dilə gətirməsi ölkə ictimaiyyətinin hiddətinə səbəb olub. Əslində təkcə Avropa Şurası deyil, eləcə də bir sıra beynəlxalq təşkilatlar tərəfindən analoji bəyənatların veriləcəyi gözlənilən idi. Azərbaycanın beynəlxalq nüfuzuzun artması, beynəlxalq reytinq cədvəlində irəliləyərək inkişaf etmiş ölkələri belə geridə qoyması, ən əsası isə qarşıdan gələn prezident seçkiləri bu tipli addımların atılma ehtimalını artırırdı. Budur, Avropa Şurasının rəsmisi heç bir sərhəd gözləmədən ölkəmizə qarşı ikili siyasətini ortaya qoymaqla “irəli düşdü”.    

Erməni sevgisi, yoxsa arxadan vurulan zərbə?

29 Sentyabr 2017 15:03

Qardaş Türkiyə vətəndaşlarının Ermənistandan keçməklə Dağlıq Qarabağa səfər etmələri Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb. Xatırladaq ki, sentyabrın 22-də Türkiyədən olan bir qrup ziyalı - Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili “Yaşıllar və Sol Gələcək Partiyası”nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlu “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa qeyri-qanuni səfər edib, qrup üzvləri anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndiriblər.

Azərbaycan prezidentinə Beynəlxalq Cüdo Federasiyasının ən yüksək mükafatı təqdim olunub 

29 Sentyabr 2017 14:48

Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib. Məlumata görə, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər. Yubiley mərasiminin iştirakçıları prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı hərarətlə qarşılayıblar. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevmərasimdə nitq söyləyib.

XİN-dən referendum açıqlaması

29 Sentyabr 2017 14:40

"Azərbaycan Respublikası İraq Respublikasının ərazi bütövlüyü və suverenliyini tanıyır və tam şəkildə dəstəkləyir". “Olaylar” xəbər verir ki, bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İraq Respublikasının Kürdüstan regional vilayətində keçirilmiş referendum və bu xüsusda İraqda hadisələrin inkişafı ilə əlaqədar deyib.

XİN: ABŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır

29 Sentyabr 2017 13:45

"ABŞ-ın xarici siyasəti federal hökumət tərəfindən müəyyən olunur. ABŞ hökuməti üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir".

“Türkiyə Ermənistanla gizli danışıqlar...”

29 Sentyabr 2017 13:35

Sentyabrın 22-də Türkiyədən olan bir qrup "ziyalı" “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa səfər edərək anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndiriblər. Bu səfəri şərh edən politoloq Qabil Hüseynli  açıqlamasında bildirib ki, sözügedən qrupda yer alan insanlar ermənilərin hansı çirkin niyyətlərinin olduğunu çox yaxşı bilirlər.

Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik ediləcək

29 Sentyabr 2017 13:25

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi 1999-cu ildə qəbul olunan Cinayət Məcəlləsindən sonra ən böyük qanun layihəsi hesab oluna bilər”.

Azərbaycanda ÜDM-in artacağı proqnozlaşdırlır

29 Sentyabr 2017 12:54

“S&P Global Ratings nüfuzlu beynəlxalq reytinq agenliyi Azərbaycanda Ümumdaxili Məhsulun həcminin 2018-ci ildə 2%, 2019-cu ildə 3.5%, 2020-ci ildə 3.5% artacağını proqnozlaşdırır”. Bu barədə Milli Məclisin iqtisadi siayasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkilişi bildirib.

Prezident İlham Əliyev Lütfi Zadənin vida mərasimində iştirak edir

29 Sentyabr 2017 12:42

Sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə vida mərasimi keçirilir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vida mərasimində iştirak edir. 

Siyasətçilər Ermənistanın Azərbaycanın tərkibinə qaytarılmasını da əsaslandıra bilər

29 Sentyabr 2017 12:24

Dağlıq Qarabağın təhlükəsizliyinə xətər törətməyən bəzi ərazilər Azərbaycana qaytarıla bilər. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Deputat: "İnanırıq ki, Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşları tezliklə Azərbaycana təhvil veriləcəklər"

29 Sentyabr 2017 12:10

Bir qrup Türkiyə vətəndaşının Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərinə səfər edərək oradan Azərbaycana qarşı bəyanatlar səsləndirmələri həm də Türkiyənin özü üçün təhqirdir.

Azərbaycana girişi qadağan olan şəxslər

29 Sentyabr 2017 12:02

Bir sıra xarici ölkə vətəndaşlarına Azərbaycan Respublikasına daxil olmağa rəsmən qadağa qoyulub. Buna səbəb isə Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlı Qarabağa qanunsuz səfər etmələrdir. Azərbaycana girişi qadağan olunan xarici ölkə vətəndaşları barədə araşdırma aparılıb.