Siyasət

Nazir: Azərbaycan Rusiyada ÜAK-ın fəaliyyətinin bərpa olunacağına ümid edir

29 Sentyabr 2017 11:33

Azərbaycan Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) fəaliyyətinin bərpa olunacağına ümid edir. Məlumata görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Stavropolda keçirilmiş VIII Rusiya-Azərbaycan Regionlararası Forumunda deyib. Nazir xatırladıb ki, ÜAK 2001-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb. Ş.Mustafayev bildirib ki, Rusiyanın demək olar ki bütün regionlarında çox sayda azərbaycanlı yaşayır, onlar Rusiya cəmiyyətinə inteqrasiya olur və RF-nin inkişafına heç də az töhfə vermirlər.

Prezident beynəlxalq idman təşkilatlarının nümayəndələrini qəbul edib

29 Sentyabr 2017 11:31

Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin 25 illik yubiley tədbirində, Bakıda keçirilən Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin iclasında, MDB, Baltikyanı ölkələr və Gürcüstan Milli Olimpiya komitələrinin regional forumunda iştirak etmək üçün Azərbaycana səfərə gələn Avropa Olimpiya Komitəsinin, beynəlxalq idman təşkilatlarının və xarici Milli Olimpiya komitələrinin rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib. 

Deputat: Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşları Azərbaycan qanunvericiliyinə uyğun cəzalandırılacaqlar

29 Sentyabr 2017 11:29

Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qanunsuz səfər edən və orada antiazərbaycan təbliğatı aparan Türkiyə vətəndaşlarına ziyalı deməyin özü qəbahətdir.

Ankarada Ərdoğan-Putin görüşü oldu

29 Sentyabr 2017 11:03

Sentyabrın 28-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib. Anadolu Agentliyi xəbər verir ki, əvvəlcə prezidentlərin təkbətək görüşü olub. Daha sonra isə görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Separatçılara "fədainlik" edən "türk" arkadaşlar ŞƏRH

29 Sentyabr 2017 11:01

"Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinə hazırlıq gedir. Minsk qrupunun həmsədrləri yenidən regiona gəlirlər. Ancaq bu, hazırlığın sadəcə görünən tərəfidir. Görünməyən tərəfdə isə başqa oyunlar aparılır". Məlumata görə bu sözləri millət vəkili Sahib Alıyev deyib.

Vüsal Qasımlı: "Strateji Yol Xəritəsi öz bəhrəsini verir"

28 Sentyabr 2017 18:29

"Azərbaycanın "Qlobal Rəqabətlilik Hesabatı"nda 2 pillə irəliləyərək 35-ci pillədə qərarlaşması prezident İlham Əliyevin Azərbaycanda apardığı islahatlara verilən qiymətdir". Bunu Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham-Azerbaijan") təşkil etdiyi işgüzar naharda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

"Azərbaycanın AŞ-dan çıxarılmasını istəyənlər təşkilatın nə qazanıb, nə itirəcəyini düşünməlidirlər"

28 Sentyabr 2017 18:19

Azərbaycanın Avropa Şurasından (AŞ) çıxarılmasını istəyənlər təşkilatın nə qazanıb, nə itirəcəyini də düşünməlidirlər.  Bunu Milli Məclisin deputatı Musa Qasımlı Turbyern Yaqlandın Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin 46.4-cü maddəsinin tətbiq olunması istəyinə münasibət bildirərkən deyib.

Beynəlxalq tədbirdə qondarma “Dağlıq Qarabağ Respublikası Ombudsmanı”nın çıxışının qarşısı alınıb

28 Sentyabr 2017 17:52

Ombudsman Elmira Süleymanova Rumıniyanın Buxarest şəhərində üzvü olduğu Avropa Ombudsmanlar İnstitutunun Baş Assembleyasının iclasında iştirak edib. Ombudsman Aparatının mətbuat xidmətindən   verilən məlumata görə, iclasda çıxış edən Ombudsman, BMT tərəfindən 2015-ci ildə qəbul edilən Dayanaqlı İnkişaf Məqsədlərinin icrasında Ombudsman İnstitutlarının və Milli İnsan Hüquqları İnstitutlarının rolununun əhəmiyyətinə diqqət çəkib, bu istiqamətdə Azərbaycan təcrübəsi haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Xüsusilə külli miqdarda əmlak ələ keçirmək məqsədilə quldurluq edənləri 18 il həbs cəzası gözləyir

28 Sentyabr 2017 17:44

Azərbaycanda xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə törədilən quldurluğa görə ayrıca və ağır cəza tətbiq edilə bilər. Məlumata görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin (CM) 181-ci (Quldurluq) maddəsinə yeni 4-cü bəndin əlavə edilməsi təklif olunur.

Prezident Bakıda ticarət festivalının təşkilinə 1 milyon manat ayırıb

28 Sentyabr 2017 17:42

Prezident İlham Əliyev 2017-ci il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində keçiriləcək ticarət festivalı (“shopping festival”) ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Deputat: Azərbaycanı hansısa maraqlara uyğun siyasət aparmağa məcbur etmək heç zaman mümkün olmayacaq

28 Sentyabr 2017 17:24

Heç kim Avropa Şurasının (AŞ) baş katibi Turbyern Yaqlanda təşkilatın hansısa üzvünü bu qurumdan çıxarmaqla bağlı hədələmək hüququ verməyib. Bunu  Milli Məclisin deputatı Aydın Mirzəzadə T.Yaqlandın Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin 46.4-cü maddəsinin tətbiq olunma istəməsinə münasibət bildirərkən deyib.

İlham Əliyev: "Rusiya-Azərbaycan Regionlararası Forumu iki ölkə arasında dialoqun genişləndirilməsinə mühüm töhfə verir"

28 Sentyabr 2017 17:22

Azərbaycanın və Rusiyanın dövlət qurumları rəhbərlərinin, işgüzar dairələrin və aparıcı ekspert ictimaiyyətinin nümayəndələrinin illik görüşləri xoş ənənəyə və ölkələrimizin həyatında əlamətdar hadisəyə çevrilib. Bu barədə Prezident İlham Əliyev Stavropol şəhərində keçirilən VIII Rusiya-Azərbaycan Regionlararası Forumunun iştirakçılarına müraciətində bildirib. Müraciəti Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev oxuyub.

Bəxtiyar Sadıqov: "Avropa Şurası Azərbaycanın əsas probleminin həllində hansı addımları atıb?"

28 Sentyabr 2017 16:23

Avropa Şurasının baş katibinin Azərbaycana qarşı iddia ilə danışması çox təəssüf və təəccüb doğurur. Bunu  millət vəkil Bəxtiyar Sadıqov deyib. Onun sözlərinə görə, Avropa Şurasının konkret cinayət törətdiyi üçün həbs edilən REAL hərəkatının rəhbəri İlqar Məmmədovun azadlığa buraxılmasını tələb etməsi əsassızdır: "Əvvəla, Avropa Şurasının on minlərlə qərarı var ki, bu gün icra olunmur. Hətta bu qurumun Ermənistanla bağlı minlərlə qərarı var və bu gün həmin qərarların heç biri yerinə yetirilməyib. Necə ola bilər ki, on minlərlə qərarının icra olunmadığı Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı bir qərarı ölkənin bu qurumdan kənarlaşdırılması proseduruna start verilməsinə səbəb olsun? Nə üçün digər dövlətlərə qarşı bu cür mövqe nümayiş etdirilmir, amma Azərbaycanla ultimatum dilində danışılır".

"Azərbaycanın "Rəqabətlilik Hesabatı"nda irəliləməsi ölkəmizin inkişafından xəbər verir"

28 Sentyabr 2017 15:58

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması ölkəmizin daim sürətli inkişafda olmasından xəbər verir. Bunu millət vəkili Elman Məmmədov deyib. Deputat bildirib ki, Azərbaycan bütün sahələrdə inkişaf etməkdə davam edir və bu Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir: "Azərbaycan son 15 ildə çox sürətli inkişafa malikdir və bunu beynəlxalq təşkilatlar da görür.