Siyasət
Bəxtiyar Sadıqov: "Avropa Şurası Azərbaycanın əsas probleminin həllində hansı addımları atıb?"
Avropa Şurasının baş katibinin Azərbaycana qarşı iddia ilə danışması çox təəssüf və təəccüb doğurur. Bunu millət vəkil Bəxtiyar Sadıqov deyib. Onun sözlərinə görə, Avropa Şurasının konkret cinayət törətdiyi üçün həbs edilən REAL hərəkatının rəhbəri İlqar Məmmədovun azadlığa buraxılmasını tələb etməsi əsassızdır: "Əvvəla, Avropa Şurasının on minlərlə qərarı var ki, bu gün icra olunmur. Hətta bu qurumun Ermənistanla bağlı minlərlə qərarı var və bu gün həmin qərarların heç biri yerinə yetirilməyib. Necə ola bilər ki, on minlərlə qərarının icra olunmadığı Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı bir qərarı ölkənin bu qurumdan kənarlaşdırılması proseduruna start verilməsinə səbəb olsun? Nə üçün digər dövlətlərə qarşı bu cür mövqe nümayiş etdirilmir, amma Azərbaycanla ultimatum dilində danışılır".
"Azərbaycanın "Rəqabətlilik Hesabatı"nda irəliləməsi ölkəmizin inkişafından xəbər verir"
Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması ölkəmizin daim sürətli inkişafda olmasından xəbər verir. Bunu millət vəkili Elman Məmmədov deyib. Deputat bildirib ki, Azərbaycan bütün sahələrdə inkişaf etməkdə davam edir və bu Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir: "Azərbaycan son 15 ildə çox sürətli inkişafa malikdir və bunu beynəlxalq təşkilatlar da görür.
Fransız merin Qarabağda “qardaşlıq” sazişi… - Millət vəkili
Azərbaycan-Fransa münasibətlərinə kölgə salmaq istəyən qüvvələr var. Bu sözləri Fransa-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvü, millət vəkili Rauf Əliyev Fransanın Desin-Şarpio şəhərinin meri Lorans Fotranın Dağlı Qarabağa qanunsuz səfər etməsi və erməni separatçılarının Qarabağda yeni yaratdıqları Çartar şəhəri ilə qardaşlaşmaq barədə müqavilə imzalamasına münasibət bildirərkən deyib.
Türkiyə İraqla sərhədləri bağlayır?
Türkiyə İraqın Kürd Muxtariyyətində keçirilən referendumdan narazı olsa da, İraqla sərhədlərini bağlamağı düşünmür. Məlumata görə, bunu Ərbilin qubernatoru Navzad Hadi deyib. Qubernator deyib: "Türkiyə artıq bəyan edib ki, sərhədləri bağlamağa səbəb yoxdur".
Ekspert: "Azərbaycan qısa zaman kəsimində daha böyük uğurlara imza atmaq gücündədir"
"Azərbaycanın beynəlxalq siyasi-iqtisadi aləmdəki yerinin möhkəmləndirilməsi əsasında dayanan mühüm faktor ilk növbədə ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsidir".
Azərbaycan rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkəyə çevrilib
Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Bununla da dünyanın ən mötəbər reytinq cədvəlində Azərbaycan hətta inkişaf etmiş dünya ölkələrinin hər 4-dən 3-nü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hətta G20-ə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Qlobal rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan 73-cü sırada yer alıb. "2017-2018 Qlobal Rəqabətlilik Hesabatında" Azərbaycanın mövqeyi 12 indikatordan aşağıdakı doqquz indikator üzrə yaxşılaşıb: institutlar (15 pillə irəliləyərək 33-cü yer), infrastruktur (4 pillə irəliləyərək 51-ci yer), səhiyyə və ibtidai təhsil (1 pillə irəliləyərək 74-cü yer), ali təhsil və təlim (10 pillə irəliləyərək 68-ci yer), əmtəə bazarının səmərəliliyi (19 pillə irəliləyərək 31-ci yer), əmək bazarının səmərəliliyi (9 pillə irəliləyərək 17-ci yer), maliyyə bazarının inkişafı (18 pillə irəliləyərək 79-cu yer), biznesin mürəkkəbliyi (20 pillə irəliləyərək 40-cı yer) və innovasiya (11 pillə irəliləyərək 33-cü yer).
NATO Azərbaycanla six inteqrasiyaya maraqlıdır
Azərbaycanın Respublikasının yerləşdiyi coğrafiyada oynadığı mühüm rol, Cənubi Qafqazın lider dövlətinə çevrilməsi, eləcə də beynəlxalq səviyyədə həyata keçirdiyi etibarlı tərəfdaşlıq siyasəti Bakıya olan beynəlxalq marağı getdikcə artırır. Hazırda müşahidə edilən müsbət tendensiya ondan ibarətdir ki, beynəlxalq təşkilat və qurumlar, ayrı-ayrı dövlətlər Cənubi Qafqaz regionunda daha çox Azərbaycanla əməkdaşlığa maraq göstərirlər. Bu maraq NATO tərəfindən də hiss edilməkdədir.
Genişlənməkdə olan Amerika-Azərbaycan münasibətləri
Yeni Ağ Ev rəhbərinin prezident kimi fəaliyyətə başladığı ilk gündən xarici siyasət xəttində müəyyən korrektələr etməsi Azərbaycana da təsirsiz ötüşmədi. Amma sevindirici məqam ondan ibarət idi ki, bu təsir özünü daha çox müsbət istiqamətdə göstərirdi. Belə ki, ABŞ prezidenti Donald Trampın cari ilin may ayında qısa zaman kəsimində iki dəfə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanlamış olduğu məktublar və həmin məktublarda Ağ Ev rəhbərinin rəsmi Bakının regiondakı yeri və rolunu xüsusi qeyd edərək Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı olduğu ifadəsini işlətməsi Vaşinqtonla Bakı arasında münasibətlərdə yeni bir mərhələnin başlayacağından xəbər verirdi.
İİTM: Azərbaycanın iqtisadi inkişafı neft amilinə deyil, Prezident İlham Əliyevin islahatlarına əsaslanır
Dünya İqtisadi Forumunun "2017-2018-ci illər qlobal rəqabətqabiliyyətlilik reytinqi"ndə Azərbaycanın mövqeyinin yaxşılaşması Prezident İlham Əliyev siyasətinin nəticəsidir. Məlumata görə, bunu jurnalistlərə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
MM-in İnsan hüquqları komitəsinə 827 müraciət daxil olub
Milli Məclisin İnsan hüquqları komitəsinin 2017-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə 10 iclası keçirilib. Bu barədə məlumat verən komitə sədri Bahar Muradova bildirib ki, həmin iclaslarda 11 məsələ müzakirə edilib. Bu məsələlərdən yeddisi qanun layihəsi, biri isə ombudsmanın illik məruzəsi olub.
"Azərbaycanın beynəlxalq reytinqlərdə irəliləməsi ölkəmizdə həyata keçirilən uğurlu islahatların göstəricisidir"
Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmizin reytinqdə daha iki pilləyə yüksələrək 35-ci yerdə qərarlaşması möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Görüdüyü kimi, Azərbaycanın sürətli inkişafı təkcə ölkə daxilində deyil, xaricdə də maraqla izlənilir və beynəlxalq hesabatlarda öz əksini tapır.
Türkiyənin müdafiə naziri: “Azərbaycan xalqının istəyi bizim üçün əmrdir”
“Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. Bizim bir-birimizə ehtiyacımız var. Azərbaycan xalqının istəyi bizim üçün əmrdir, lazım olan addımı atırıq”. Məlumata görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.
"Həmsədrlərin yeni təklifləri müzakirə edilir"
“Dağlıq Qarabağ probleminin həlli bu gün beynəlxalq siyasətin gündəliyində duran əsas məsələlərdən biridir. Bu da ilk növbədə Azərbaycanın səyi nəticəsində olub. Bildiyiniz kimi dünyada Dağlıq Qarabağ kimi məsələlər çoxdur. Amma zamanında Ulu Öndər Heydər Əliyev və hazırda Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün beynəlxalq təşkilatlar, böyük dövlətlər gündəlik bu məsələ ilə məşğuldurlar”. Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
"Azərbaycanın inkişafı və nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"
Azərbaycanın inkişafı və nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.














