Siyasət
Türkiyə səfiri: İkinci Şopinq Festivalın keçirilməsi, ilk festivalın öz hədəfinə çatdığını göstərir
İkinci Şopinq Festivalın keçirilməsi, ilk festivalın öz hədəfinə çatdığını göstərir. Məlumata görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakı Şopinq Festivalın saytına müsahibəsində bildirib.
Kriminal ailənin “demokrat uşaqları”
Sosial şəbəkələrdə yayılan məlumata görə, Almaniyada yaşayan bir qrup həmyerlimiz oktyabrın 28-də növbəti mitinq keçirəcəkdir. Maraqlı olanlar üçün dərhal bildiririk ki, bu aksiya heç də Dağlıq Qarabağla bağlı olmayacaq. Aksiyanın təşkilatçıları “Korrupsiyaya yox de” səhifəsinin idarəçiləri kimi tanınan Elmir və Emin Şirəliyev qardaşlarıdır. Şüarlar da “Dağlıq Qarabağa azadlıq” deyil, “Siyasi məhbuslara azadlıq”, “Diktaturaya son” və s-dir.
Siyavuş Novruzov: YAP-da hesabat-seçki konfransları yekunlaşmaq üzrədir
Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatlarının hesabat-seçki konfransları yekunlaşmaq üzrədir. Bunu YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
Türkmənistan diplomatı: “İran-Türkmənistan-Qazaxıstan dəmir yolu xətti ciddi geosiyasi amildir”
Türkmənistanın Azərbaycandakı səfirliyində "Türkmənistan-əzəmət və xoşbəxtlik dövründə Böyük İpək yolunun ürəyi" mövzusunda mətbuat konfransı keçirilib.
Azərbaycanın səfirlik və konsulluqlarına gələn il 56 milyon manatdan çox vəsait ayrılacaq
Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarına 2018-ci ildə büdcədən ayrılacaq vəsait müəyyənləşib. Məlumata görə, bu, “Azərbaycan Respublikasının 2018-ci il üzrə büdcə layihəsi”ndə əksini tapıb.
Pakistanlı general: “Ermənistan Azərbaycan torpaqlarını azad etməlidir”
Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Bunu Pakistan ordusunun ehtiyatda olan general-leytenantı Tariq Xan bildirib. Generalın sözlərinə görə, Ermənistan işğal olunan Azərbaycan torpaqlarını azad etməli və münaqişə zonasından öz qoşunlarını çıxarmalıdır. “Dünya birliyi Yerevanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsi üçün Ermənistana təzyiq etməlidir. Qarabağ məsələsində Pakistan həmişə Azərbaycanın yanında olmalıdır”, - deyə pakistanlı general bildirib.
Politoloq: "Ermənistana qarşı diplomatiyamız daha hücumedici olmalıdır"
"Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündən sonra düşmən ölkə tərəfindən sələnən ifadələr onların sülh prosesinə hazır olmadıqlarını göstərir. Hazırki vəziyyət Ermənistan üçün qane edicidir. Çünki onların əsas məqsədləri də məhz münaqişənin həll edilməməsidir”. Bunu politoloq Fikrət Sadıqov deyib.
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır
"Müasir dövrdə mürəkkəb beynəlxalq münasibətlər sistemi və qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması bir sıra strateji faktorlardan asılıdır. Bu sırada ən mühüm amil isə həyata keçirilən daxili və xarici siyasətin milli maraqlara, qlobal çağırışlara və reallıqlara nə qədər adekvat olmasıdır”.
Nəcməddin Sadıkov baş qərargah rəsilərinin toplantısında iştirak edib
Birləşmiş Ştatların paytaxtı Vaşinqton şəhərində Baş Qərargah rəisləri səviyyəsində “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda görüş keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da iştirak edib.
Radikalların müxalifətçilik uğrunda mübarizəsi
Seçki yaxınlaşdıqca ölkə müxalifətində bir-birindən maraqlı proseslər cərəyan edir. Daha doğrusu hər seçki ərəfəsində olduğu kimi radikal müxalif düşərgədə təmsil olunan partiyalar və onların liderləri bir-birini gözdən salmaqla önə çıxmaq, müxalifətin vahid namizədinə çevrilmək yarışına giriblər. Hazırda müxalifət düşərgəsaində cərəyan edən proseslərlə bağlı Çağdaş Strateji Araşdırma Mərkəzi təhlil aparıb. Mərkəzin apardığı təhlil əsasında hazırlanmış materialda qeyd edilir ki, radikal müxalifət düşərgəsindəki olaylar get-gedə daha açıq müstəviyə çıxmaqla, orada cərəyan edən hadisələr həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, əslində ənənəvi müxalifət partiyaları siyasi cəhətdən zəif durumda olduqlarını anlayırlar və hazırda “hakimiyyətə gəlmək” adı altında müxalifətçilik edirlər.
Sərkisyan özünü sığortalamağa çalışır
Son günlər cəbhə xəttində yaşanan xoşagəlməz olaylar, erməni hərbiçilərinin törətdikləri növbəti təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir hərbiçisinin şəhid olması Azərbaycan və Ermənistan Prezidentlərinin Cenevrə danışıqlarının bir daha nəticəsiz və heç bir perspektivi olmayan bir görüş olduğu reallığını ortaya qoydu. Cenevrə danışıqları bitər-bitməz işğalçı ölkə prezidentinin yenidən Azərbaycanla təhdid dilində danışması, azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə bir söz deyib, elə həmin görüşün üzərindən heç 1 saat keçməmiş İsveçrədəki Ermənistan səfirliyində diaspor nümayəndələri ilə keçirdiyi görüşdə Dağlıq Qarabağdan heç vaxt vaz keçməyəcəklərini açıqca söyləməsi cəbhədə yeni gərginliyin yaşanacağından xəbər verirdi.
Novruz Məmmədov Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən danışdı
“Bu ilin oktyabrın 30-da açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avropa ilə Asiyanı birləşdirməsindən, bir-birinə yaxınlaşdırmasından başqa böyük bir missiyası, vəzifəsi ola bilməz”. Bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri Novruz Məmmədov deyib.
Ekspert: “Ermənistan "vorzakon"ların yuvasına çevrilib”
“Ümumiyyətlə danışıqların qısa xronologiyasına baxsaq görərik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən bütün proseslərdə pozuculuq missiyasını Sarkisyan yerinə yetirib. Bunun da hər kəs üçün bəlli olan səbəbləri var. Əvvəla Ermənistan danışıqlar masasınada nə deyə bilər? Hansı arqumentləri gətirə bilər? Yəni BMT, ATƏT və digər mötəbər təşkilatlar Ermənistanı işğalçı kimi tanıyıb, Azərbaycanın ərazi bütövlüyünü qəbul edib”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.
Əli Həsənovun Xocalı soyqırımı haqqında elmi məqaləsi nüfuzlu "Science and world" jurnalında dərc edilib
Rusiyada çap olunan nüfuzlu “Science and world” jurnalında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı elmi məqaləsi ingilis dilində dərc edilib.
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib
Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Si Cinpinə təbrik məktubu göndərib.














