Siyasət
Rəsmi Yerevan və Tehranın İranla Ermənistan arasında enerji və nəqliyyat layihələrinə münasibətləri kəskin fərqlənir
Ermənistanın baş naziri Karen Karapetyanın İrana səfəri İran-Ermənistan münasibətlərinə dair ənənəvi mövzuları yenidən aktuallaşdırdı. Amma ermənilərin indiki informasiya bolluğu fonunda bəzi məsələləri görməməsi yaranmış vəziyyətdə ancaq təəccüb doğurur. Erməni siyasiləri Gürcüstan-İran münasibətlərində baş verənləri də görmək istəmir. Yaxınlarda İranın korporasiya və əmək naziri, İran-Gürcüstan hökumətlərarası komissiyanın həmsədri Əli Rəbii Gürcüstanda idi. Tbilisidə bir çox iqtisadi tədbirlər, biznes forum keçirdi və müzakirə olunan məsələlərdən biri də İranla Gürcüstan arasında enerji, kommunikasiya məsələləri idi. İranlı nazir Ə.Rəbii açıq şəkildə bildirdi ki, Fars körfəzi və Qara dəniz (oxu: İranla Gürcüstan) arasında olan əlaqələr Azərbaycan Respublikası ərazisi vasitəsilə qurulacaqdır.
Prezident seçkilərinə ayrılan vəsait bəlli odu
Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərinin keçirilməsinə ayrılacaq vəsaitin məbləği məlum olub. Bu barədə məlumat Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsində əksini tapıb. Layihədə seçkilərin keçirilməsi üçün 55 136 429 manat vəsait nəzərdə tutulduğu qeyd olunub.
Nazir: İtaliya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım edəcək səyləri dəstəkləyəcək
“İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım edəcək səyləri dəstəkləyəcək”. XİN-dən “Olaylar”a verilən məlumata görə, bunu 24-25 oktyabr tarixlərində Palermoda keçirilən ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə deyib.
Rusiyada həyəcan: Sibirdə ekstremizm getdikcə artır
Erməni saytı ordumuza və media qrupumuza qarşı təxribat törətdi
Uğursuzların yeni mitinq ağrısı: ziyanlı ilə yalançının davası
Siyasətçinin ən önəmli məcazlarından biri səhvlərdən nəticə çıxarmaq, həmin səhvləri təkrarlamamaq bacarığıdır. Əgər siyasətçi səhvləri sıralayırsa və ən pisi, onları təkrarlayırsa, bu, primitiv düşüncənin, hədsiz ambisiyaların və gerçəyi anlamamağın, şərtlərin diqtəsinin başa düşməməyin, marazm həddinə yüksəlmiş ambisiyalarla natamamlıq kompleksinin göstəricisidir.
Braziliyada türk və Latın Amerikası mədəniyyəti bir arada
Braziliyada Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY-un dəstəyi, Azərbaycan, Türkiyə və Qazaxıstanın Braziliyadakı səfirliklərinin, Braziliya Federativ Respublikasının Milli Konqresinin Federal Senatının təşkilatçılığı ilə "Türk və Latın Amerikası mədəniyyəti, tarixi və ənənələrinə kontinental, regional, elmi yanaşma" mövzusunda konfrans keçirilib.
Azərbaycan-İran İşçi Qrupunun ilk iclası keçirilib
Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İran İslam Respublikası Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi arasında hərbi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk görüşü keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, tərəflər hərbi, hərbi-texniki, hərbi tibb və səhiyyə, mədəni və idman tədbirləri, o cümlədən hərbi-mülki əməkdaşlıq və digər istiqamətləri əhatə edən sahələri müzakirə edəcəklər.
Ermənilər mövqelərimizə mərmi atdı
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (3 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 96 dəfə pozub.
İranla hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək nazirinin müavini, ikitərəfli hərbi əlaqələr və hərbi-texniki əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun İran tərəfindən rəhbəri, general-mayor Höccətullah Qoreyşinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bakı İrəvanın 100 milyonluq silah kreditini heç elədi - ilginc gəlişmə
Türk jurnalist Dövlət Departamentinin sözçüsünü ağlatdı
Lənkəran sakinlərinə şad xəbər - Prezident İlham Əliyev 2,1 milyon manat ayırdı
Prezident İlham Əliyev Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
XİN: meksikalı deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri araşdırılır
Meksika parlamentində Ermənistanla dostluq qrupun rəhbəri Cuata Dominqez Blanca Marqarita, həmin qrupun üzvü Garcia Bravo Maria Cristina Teresa və onları müşayiət edən digər şəxsin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır.
Ermənistan İran ərazisində ekoloji fəlakət törədir
Ermənistan Araz çayına ağır maddələr, kimyəvi məhlullar axıtmaqla İranda ekoloji fəlakətə yol açır. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy deyib ki, Araz çayının çirkləndirilməsi İranda xərçəng xəstəliyinin artmasına səbəb olur: “Xüsusilə bu mənfi tendensiya İranın Parsabad əyalətində açıq şəkildə hiss olunur.














