Amerikalı aktyorlar Mir Cəlalın hekayəsində
Azərbaycanın görkəmli yazıçısı Mir Cəlalın ingilis dilinə tərcümə edilmiş qısa hekayələrindən ibarət kitab Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə təqdim edilib. ADA Universiteti tərəfindən bu il nəşr edilən kitabın ABŞ-da ilk təqdimatı olub. Olaylar.az bildirir ki, təqdimatda xarici ölkələrin baş konsulları, beyin mərkəzlərinin, ali təhsil ocaqlarının, ədəbiyyat və mədəniyyət təsisatlarının nümayəndələri, din xadimləri, jurnalistlər, müxtəlif icmaların üzvləri və digər şəxslər iştirak ediblər.
20 Noyabr 2017 10:57 SiyasətAzərbaycanın görkəmli yazıçısı Mir Cəlalın ingilis dilinə tərcümə edilmiş qısa hekayələrindən ibarət kitab Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə təqdim edilib. ADA Universiteti tərəfindən bu il nəşr edilən kitabın ABŞ-da ilk təqdimatı olub. Olaylar.az bildirir ki, təqdimatda xarici ölkələrin baş konsulları, beyin mərkəzlərinin, ali təhsil ocaqlarının, ədəbiyyat və mədəniyyət təsisatlarının nümayəndələri, din xadimləri, jurnalistlər, müxtəlif icmaların üzvləri və digər şəxslər iştirak ediblər.
Tədbiri açan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Mir Cəlalın həyatı, yaradıcılğı və pedaqoji fəaliyyəti haqda qonaqlara məlumat verərərək, yazıçının Azərbaycan elmi, ədəbiyyatı və təhsilinin inkişafındakı xidmətlərindən danışıb.
Daha sonra Baş Konsulluq tərəfindən hazırlanmış, Mir Cəlalın həyat və yaradıcılığına həsr olunmuş qısa video-çarx nümayiş etdirilib. Sonra Mir Cəlalın ingilis dilinə tərcümə edilmiş qısa hekayələrindən ibarət kitabın amerikalı redaktoru Betti Bleyer (Betty Blair) çıxış edərək, kitabın ərsəyə gəlməsi üçün görülən işlərdən danışıb. O, Mir Cəlalın öz hekayələrində satiradan geniş istifadə edərək, Sovet sisteminin eybəcərliklərini məharətlə ifşa etdiyini, bu kimi mənfiliklərin hər bir cəmiyyətin inkişafını geri saldığını göstərdiyini qeyd edib.
Çıxışların ardınca amerikalı aktyorlar Mark Ceykobson, Kristina Gerla və Kris Agilanın təqdimatında Mir Cəlalın "Anket Anketov", "İclas qurusu" və "Söyüd kölgəsi" hekayələri nümayiş etdirilib. Əsərlər tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Tamaşadan sonra Los Ancelesdə yaşayan Azərbaycan icmasının gənc üzvləri skripkaçı Elvina Qurbanova və vokalist Nail Qurbanovun ifalarında Azərbaycan musiqisinin nümunələri səsləndirilib. Musiqi proqramı tədbir iştirakçılarının böyük rəğbətinə səbəb olub.