Putinə sui-qəsd xəbəri - Peskov danışdı

Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburq səfəri zamanı, onun avtomobil karvanının keçəcəyi yola 50 ədəd bomba yerləşdirilməsi xəbəri yayılıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu xəbərə Kremlin mətbuat xidməti Dmitriy Peskov münasibət bildirib.

Peskov qeyd edib ki, telefon terrorçuları çox böyük "zarafat" ediblər. Belə ki, daxil olan zənglərdə Putinin gəzəcəyi bütün yerlərə bomba qoyulduğu bildirilib.

Peskov zəng edən şəxslərin kimliyinin müəyyənləşdirilmədiyini və çox güman ki, başqa ölkələrdən olduqlarını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31