Siyasət

AntiAzərbaycan şəbəkəsinin yeni ssenarisi

26 Oktyabr 2017 12:45

Azərbaycanın beynəlxalq nüfuzunun artmasından xofa düşən bir sıra beynəlxalq təşkilatların ölkəmizə qarşı təzyiqləri artmaqda davam edir. Azərbaycana qarşı təzyiq kampaniyasının erməni disporası tərəfindən qaynaqlandığını nəzərə alsaq, Avropa ölkələrinin böyük əksəriyyətində müxtəlif planların cızıldığı qənaətinə gəlmiş olarıq. Deməli, Azərbaycana qarşı həyata keçirilən təzyiq kampaniyasının tərkibində ölkədəki siyasi sabitliyi pozmaq cəhdindən tutmuş terror aktlarının törədilməsinə qədər bütün vasitələrin olması istisna deyil.

Siyasi şərhçi: “Sarkisyan aşağılıq kompleksindən əziyyət çəkir”

26 Oktyabr 2017 12:36

"Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündən sonra Ermənistan prezidenti Serj Sarkisyanın sərsəm bəyanatlar verməsində təəccüblü heç nə yoxdur". Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

AİB vitse-prezidenti: “Biz istəyirik ki, “Şərq tərəfdaşlığı” ölkələrinin gəncləri öz vətənlərində qalsınlar”

26 Oktyabr 2017 12:06

“Avropa İnvestisiya Bankı “Şərq tərəfdaşlığı” ölkələrində, Lvovdan Bakıya kimi, infrastruktur və ətraf mühit layihələrinə dəstək verir”. Məlumata görə, bu sözləri Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak Tallində “Şərq tərəfdaşlığı” ölkələrinin biznes forumunda deyib. O bildirib ki, Avropa İnvestisiya Bankı “Şərq tərəfdaşlığı” ölkələrindəki layihələrə indiyə kimi 8 milyard avro həcmində dəstək verib: “Bu, böyük rəqəmdir. Bizim fəaliyyətimizin bir hissəsi rəqəmli iqtisadiyyatın dəstəklənməsinə yönəlib. Biz istəyirik ki, “Şərq tərəfdaşlığı” ölkələrinin gənc insanları öz ölkələrində qalsınlar və biznes üçün cəlbedici olan ABŞ və ya digər ölkələrə getməsinlər. Bizə zəngin, stabil “Şərq tərəfdaşlığı” ölkələri lazımdır”. 

Türkiyədə yeni siyasi dönəm başlayır

26 Oktyabr 2017 11:01

“Türkiyədə AKP iqtidarı ölkəni on ildən artıqdır ki, idarə edir. CHP və MHP hakim partiya qarşısında dayanaqlı müxalifət missiyasını yerinə yetirə bilmir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə qardaş ölkədə yeni siyasi partiyanın yaradılması xəbərinə münasibət bildirərkən səsləndirib.

XİN: CNN telekanalının şou aparıcısı "qara siyahı"ya düşdü

26 Oktyabr 2017 10:56

CNN telekanalının şou aparıcısı, amerikalı baş aşpaz Entoni Burden Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Sarkisyanın İlham Əliyevlə görüşdən qayıdan kimi atdığı addımın YENİ DETALLARI ÜZƏ ÇIXDI

26 Oktyabr 2017 10:45

Oktyabrın 16-da Cenevrədə Prezident İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edən Ermənistan prezidenti Serj Sarkisyanın ölkəsinə qayıdan kimi baş nazir Karen Karapetyanla razılaşmasının yeni detalları ortaya çıxıb.

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

25 Oktyabr 2017 18:17

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 28-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib. Məlumata görə, BŞİH aksiyanın keçirilməsinə razılıq verib.

Goranboyda avtomobil yolunun tikintisinə 5,7 milyon manat ayrılıb

25 Oktyabr 2017 18:11

Azərbaycan Prezidenti İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Prezidenti avstriyalı həmkarını təbrik edib

25 Oktyabr 2017 18:10

Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb.