Siyasət

Elşən Musayev: “Bəlkə elə o terrorist Əli Kərimlinin adamıdır?”

26 Oktyabr 2017 16:53

“Ümumiyyətlə, Milli Şuraya xoş olan, hətta onların xeyrinə də olan hər şeydən imtina ediblər və bəyənməyiblər. Milli Şura ölkədə baş verən heç bir pozitiv hadisəni, mövqeni, durumu bəyənməyib və bu gün də öz amplualarına sadiqdirlər. Sadəcə məsələ burasındadır ki, Azərbaycan polisi nə müxalifəti, nə də iqtidarı ölkə vətəndaşının siyasi və qeyri-siyasi fərqinə baxmadan hamının təhlükəsizliyini təmin edir”. Bunu açıqlamasında millət vəkili Elşən Musayev deyib.

“Bu onu göstərir ki, Azərbaycan nə qədər çətin və ikiüzlü tərəflə üzbəüzdür”

26 Oktyabr 2017 16:29

Ermənistan prezidenti Serj Sarkisyan hər zaman olduğu kimi bu dəfə də ziddiyyətli açıqlaması ilə vətəndaşlarını aldatmaq istəyib. Məlumata görə, o, Müdafiə Nazirliyinin Milli Təhqiqat və Təhlükəsizlik Universtitetindəki çıxışı zamanı prezidentlərin Cenevrə görüşündən sonra razılaşdırılmış məqamlardan əlavə heç bir bəyənat verilməməklə bağlı öhdəliyə sadiq olduğunu iddia edib. Ancaq bütün dünyaya məlumdur ki, 16 oktyabrda CenevrədəAzərbaycan və Ermənistan prezidentlərinin görüşündən qısa müddət sonra Sarkisyan eməni lobbisi ilə görüşüb və görüşün mahiyyətinə uyğun olmayan açıqlamar verib. Sarkisyan İsveçrənin erməni icması ilə görüşündə Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkibində qalmağına dair razılığa imza atmayacağını bildirmişdi.

“Bütün dünyada qəbul olunan terminlərə toxunmaq lazım deyil” - Elçin Mirzəbəyli

26 Oktyabr 2017 16:27

Politoloq Elçin Mirzəbəyli, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının təklif etdiyi sözlərə münasibət bildirib. Məlumata görə, E.Mirzəbəyli bildirib ki, Terminologiya Komissiyasının bəzi sözlərin, terminlərin Azərbaycan dilində qarşılığını müəyyənləşdirilməsinə çox müsbət yanaşır: “Amma mənə elə gəlir ki, bütün dünyada qəbul olunmuş siyasi, iqtisadi və s. terminlərə toxunmaq lazım deyil. Məsələn, “Embarqo” iqtisadi-siyasi termindir. Terminologiya Komissiyasının təqdim etdiyi “qadağa” sözü isə “embarqo” termininin daşıdığı yükü tam anlamıyla əhatə etmir.

Səfir: "Deputatların Dağlıq Qarabağa səfəri Meksika hökumətinin mövqeyini əks etdirmir"

26 Oktyabr 2017 15:55

“Meksikalı diplomatların Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə səfəri Meksika hökumətinin Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi mövqeyini əks etdirmir”. Bunu Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores deyib.

AŞPA-nın Azərbaycana qərəzli mövqeyi Türkiyə mətbuatında

26 Oktyabr 2017 15:52

Türkiyənin “Anadolu” qəzetinin köşə yazarı, Qazi Universitetinin professoru, həmyerlimiz Əflatun Nemətzadə növbəti yazısını oktyabrın 15-də AŞPA-da Azərbaycana qarşı qəbul edilən qərarlara həsr edib.

Novruz Məmmədovdan “Euronews” telekanalına irad

26 Oktyabr 2017 15:46

“Euronews” bir neçə gün bundan öncə Myanmada baş verən hadisələri “müasir zamanın ən böyük qaçqın böhranı” adlandırdı. Bu, çox yaxşıdır və düzdür". Məlumata görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb.

İlham Əliyev İrana gedir

26 Oktyabr 2017 15:34

Gələn həftə Azərbaycan Prezidenti İlham Əliyev İrana səfər edəcək. Bunu jurnalistlərə açıqlamasında İranın Maliyyə naziri Məsud Karbasian (Masoud Karbasian) deyib.

Həbslər çoxaldıqca Əli Kərimlinin biznesi genişlənir

26 Oktyabr 2017 15:20

Milli Şura yaxın günlərdə növbəti mitinq keçirməyə hazırlaşır. BŞİH-nin razılıq verdiyi mitinq üçün əsasən sosial şəbəkələrdə AXCP sədri və partiya üzvləri, Milli Şuranın funksionerləri tərəfindən təbliğat işləri aparılır, hakimiyyət əleyhinə əsassız, süni populizmə hesablanmış şüarlar səsləndirilir, uydurma “faktlar” tirajlanır. Bütün bunlar Kərimli və onun komandasının ənənəvi strategiyası olduğu üçün ictimaiyyət tərəfindən təəccüblə qarşılanmır.

"DTX-nın keçirdiyi əməliyyat təqdir olunmalıdır” -  Zahid Oruc

26 Oktyabr 2017 15:02

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti ölkəmizdə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə 2017-ci il oktyabrın 28-də Bakı şəhərində keçiriləcək mitinqdə terror aktı törətmək istəyən şəxsləri zərərsizləşdirib.

Milli Şuranın mitinqi ilə bağlı 100-ə yaxın şəxs polis bölmələrinə çağırılıb

26 Oktyabr 2017 14:52

Aidiyyəti orqanlar Milli Şuranın oktyabrın 28-nə təyin etdiyi mitinqdə iştirak edə biləcək şəxslərin müəyyənləşdirilməsi və onlarla müvafiq iş aparılması istiqamətində səylərini davam etdirirlər.

Rusiyadan Azərbaycan və Ermənistana çağırış

26 Oktyabr 2017 14:40

Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündə danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görmək və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa dair razılaşmasını alqışlayırıq.

Türk Dünyası Bələdiyyələr Birliyində Azərbaycanı kim təmsil edəcək?

26 Oktyabr 2017 14:19

Türkiyə Respublikasının Qaziantəpə şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) Direktorlar Şurasının İclası keçirilib. Bu barədə “Olaylara”a Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasından məlumat daxil olub. Bildirlib ki, iclasın gündəliyındə duran bir sıra məsələlərlə yanaşı, eyni zamanda TDBB-nin İdarə Heyətində təmsil olunacaq Azərbayçan nümayəndəsi - Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Bakı şəhəri Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev TDBB-nin və Kocaeli Böyükşəhər bələdiyyəsinin sədri İbrahim Karaosmanoğlu tərəfindən təqdim edilib.

AXCP və Müsavatın özünü xaricə təqdim etmək yarışı

26 Oktyabr 2017 14:17

Azərbaycanda hər seçki ərəfəsində müşahidə edilən tendensiya təkrarlanır. Müxalifətin, daha doğrusu bu düşərgəni təmsil edən radikal qanadın ənənəvi, perspektivsiz və daxili auditoriya, seçicilər deyil, xaricə hesablanmış fəaliyyəti.

“İYİ PARTİ”si Türkiyəyə “iyi” gələcəkmi?

26 Oktyabr 2017 13:00

Türkiyənin nüfuzlu və çəkili siyasilərindən olan sabiq daxili işlər naziri, eks vitse-spiker, əski MHP-li Meral Akşənərin liderliyi ilə yeni partiya-“İYİ” (“Yaxşı”) Patiyası təsis və elan olunub. Yeni partiyada- “Qurucular Heyəti”ndə Tükiyə cəmiyyətində böyük nüfuza malik olan, eləcə də Türk dünyasında, Azərbaycanda yaxından tanınan, xüsusilə, Azərbaycana böyük rəğbətləri və dəstəkləri ilə seçilən isimlər-Yusif Halaçoğlu, Əhəd Əndican, Ümid Özdağ və sair kimi tanınmış simalar var. Bu yerdə qeyd edək ki, M. Akşənərin özü də Türkiyə siyasətçiləri arasında hər zaman Azərbaycana yaxınlığı, sevgisi və rəğbəti ilə seçilən siyasətçilərdəndir.

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

26 Oktyabr 2017 12:51

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.