Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək

Suriya probleminin həlli üzrə Soçidə Rusiya, İran və Türkiyə prezidentləri bir araya gələcək. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, bu ərəfədə Suriya prezidenti Bəşər Əsəd Soçidə Putinlə görüşüb və ikitərəfli münasibətlərin bundan sonra inkişafı üçün geniş müzakirələr aparılıb: "Əsədin Soçiyə gəlməsi və üç ölkə başçısının Suriya ilə bağlı görüşü, Qərbin Yaxın Şərqdə siysasətinə böyük zərbədir.

Suriya probleminin həlli üzrə Soçidə Rusiya, İran və Türkiyə prezidentləri bir araya gələcək. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, bu ərəfədə Suriya prezidenti Bəşər Əsəd Soçidə Putinlə görüşüb və ikitərəfli münasibətlərin bundan sonra inkişafı üçün geniş müzakirələr aparılıb: "Əsədin Soçiyə gəlməsi və üç ölkə başçısının Suriya ilə bağlı görüşü, Qərbin Yaxın Şərqdə siysasətinə böyük zərbədir. Bu arada ABŞ prezidenti D. Tramp Suriya üzrə gözlənilən görüş qabağı Putinə zəng edib və bir saat telefon danışıqları aparıb. Görünür, ABŞ Putinin Suriya üzrə apardığı siyasətdən narahatdır". Politoloq deyib ki, ABŞ-ın bundan sonra, Suriya üzrə aparılan danışıqlarda hansı mövqe tutacağı irəliləyəcək aylarda məlum olacaq: "Qeyd edim ki, ABŞ Suriya münaqişəsində əsas tərəfdi. Çünki Şimali Suriyada faktiki hərbi baza formalaşdırıb və Suriyanın bir hissəsinə nəzarət edir. Putin mütləq ABŞ -la razılaşmalı olacaq. Çünki, ABŞ-sız Suriyada sülh mümkün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31