"Şərq tərəfdaşlığı" proqramının növbəti sammiti keçiriləcək
Noyabrın 24-də Brüsseldə "Şərq tərəfdaşlığı" proqramının növbəti sammiti keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, Aİ-nin üzv dövlətləri və altı Şərq tərəfdaş ölkənin dövlət və ya hökumət başçıları gələcək əməkdaşlığı müzakirə edəcəklər.
22 Noyabr 2017 11:41 SiyasətNoyabrın 24-də Brüsseldə "Şərq tərəfdaşlığı" proqramının növbəti sammiti keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, Aİ-nin üzv dövlətləri və altı Şərq tərəfdaş ölkənin dövlət və ya hökumət başçıları gələcək əməkdaşlığı müzakirə edəcəklər. Onlar həmçinin, Şərq tərəfdaş ölkələrinin vətəndaşlarına təsirli faydaların verilməsinə xüsusi diqqət yetirərək, ötən il Riqada keçirilən sammitdən sonrakı nailiyyətləri qiymətləndirəcəklər. Sammitə qatılacaq Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib ki, Azərbaycan prezidenti İlham Əliyev də noyabrın 24-də Brüsseldə keçiriləcək V "Şərq Tərəfdaşlığı" sammitinə qatılacaq: "Sammitdə "Şərq Tərəfdaşlığı" proqramına daxil olan digər ölkələrdən Ermənistan, Ukrayna prezidentləri, Gürcüstan və Moldovanın baş nazir iştirak edəcək. Şərq Tərəfdaşlığına doğru nəticələrə yönəlmiş yanaşmanı dəstəkləmək üçün Aİ 2020-ci ilə kimi əldə olunacaq 20 əsas nəticəni müəyyənləşdirib. Əsas mərhələlər isə məhz Brüsseldə keçirilən sammitdə müəyyənləşdiriləcək. Bu hədəflərə nail olmaq üçün Şərq Tərəfdaşlığının 2015-ci il Riqa sammitində razılaşdırılmış dörd prioritet sahədə əməkdaşlıq həyata keçirilir". ASGA rəhbəri deyib ki, sammitdə, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin geniş müstəvidə müzakirəsi gözlənilir: "Ümid edirəm ötən Sammitdə ədalətsiz yanaşma bu dəfə təkrarlanmayacaq".
Məlumat üçün qeyd edək ki, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov Sammitdə Gənclər və idmn Nazirliyinin dəstəyi ilə iştirak edir.