Siyasət

Azərbaycanda siyasi partiyalarla bağlı təkliflər hazırlanıb

27 Oktyabr 2017 11:48

"Siyasi partiyalar haqqında" qanuna dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Milli.Az bildirir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Atəşkəs rejimi 118 dəfə pozulub

27 Oktyabr 2017 11:31

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub. 

Azərbaycan Beynəlxalq Filateliya sərgisində

26 Oktyabr 2017 20:00

 Oktyabrın 26- 29 -da Braziliya Federativ Respublikasının Brazilia şəhərində Braziliya Poçt və Teleqraf Şirkəti (Empresa Brasileira de Correios e Telégrafos) tərəfindən təşkil olunmuş beynəlxalq filateliya sərgisində Səfirliyin təşəbbüsü və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Azərbaycana, Qazaxıstana və Türkiyəyə aid poçt markalarından ibarət güşə təşkil edilib. Olaylar bildirir ki, fond tərəfindən təqdim edilən markalar hər üç ölkənin zəngin filatelist ənənələrini sərgi iştiakçılarına nümayiş etdirir. Braziliyada səfərdə olan, Fondun Prezidenti, Səfir Günay Əfəndiyeva güşəni ziyarət edərək, ziyarətçilərə bölgənin filatelistika tarixi və ənənələrindən danışmış və çoxsaylı sualları cavablandırıb.

İstehlakçıların suölçən cihazlarla təmin edilməsi üçün 15 milyon manat ayrılıb

26 Oktyabr 2017 18:18

Prezident İlham Əliyev istehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev: Azərbaycanla Türkmənistanı dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir

26 Oktyabr 2017 18:17

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

Əli Həsənov: Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqa, dövlətə xidməti fəaliyyətinin əsas xətti kimi qəbul edib

26 Oktyabr 2017 18:05

"Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrindən olan insanları öz ətrafında birləşdirib”. Bu fikri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov bu gün YAP Nəsimi rayon təşkilatının X konfransında çıxışı zamanı deyib.

Fazil Mustafa: “DTX-nin sonuncu əməliyyatı ölkədə iğtişaşın qarşısını aldı”

26 Oktyabr 2017 17:39

Bu günlərdə keçiriləcək mitinqdə terror aktı törətmək istəyənlərin məqsədinin Azərbaycan hakimiyyətini zərbə altında qoymaq olması mümkündür”. Bu barədə  Milli Məclisin deputatı Fazil Mustafa Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyatı şərh edərkən deyib.

Millət vəkili AŞPA-nın seminarına sədrlik edəcək

26 Oktyabr 2017 17:10

Oktyabrın 27-də Parisdə AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin Avropa Sosial Xartiyasının departamenti və Parlament Assambleyasının parlament layihələrinə dəstək şöbəsi ilə birlikdə “İş, təlim və bərabər imkanlar: hamı üçün ədalətli rəftar və inteqrasiyanı necə təmin etməli” mövzusunda parlament seminarı keçiriləcək. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Avropa Sosial Xartiyası üzrə alt komitənin sədri Sevinc Fətəliyeva seminara sədrlik edəcək.

“Bakıda terror törətmək istəyən şəxslərin neytrallaşdırılması DTX-nin uğurudur”

26 Oktyabr 2017 16:58

“Hesab edirəm ki, oktyabrın 28-də  keçiriləcək mitinq zamanı terror törətmək istəyən qrupun əsas məqsədi hansısa siyasi qüvvəyə yaxın olmaq deyil. Onların əsas məqsədi ölkədə iğtişaş yaratmaq, sabitliyi pozmaq, qüvvələri bir-biri toqquşdurmaq və bundan faydalanmaqdır”.

Əli Kərimli terrorçularla da əməkdaşlığa hazırdır

26 Oktyabr 2017 16:55

Bəlli olduğu kimi, qabaqcadan əlbir olan bir qrup şəxsin partlayıcı maddələr əldə edib dini ekstremizm zəminində Azərbaycan Respublikası ərazisində terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) daxil olmuş məlumatın ardınca təxirəsalınmaz tədbirlər görülüb və ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs keçirilən əməliyyat tədbiri zamanı silahlı müqavimət göstərdiklərinə görə məhv ediliblər.