Siyasət
Radikalların ölkədə xaos yaratmaq niyyəti
Radikal siyasi düşərgə yenə də öz ampluasındadır. Hər zaman olduğu kimi bu dəfə də ölkədə mövcud olan ictimai-siyasi sabitliyi pozmaq, Azərbaycanda xaos, anarxiya yaratmaq radikalların qarşılarına qoyduqları əsas hədəf, məqsəddir. Bu hədəflərin, məqsədlərin arxasında isə onlara dəstək verən xariuci dairələrin əli ilə hakimiyyətə gəlmək dayanır.
“DTX-nın keçirdiyi əməliyyat yüksək peşəkarlığın nümunəsidir”
“Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat yüksək peşəkarlığın nümunəsidir. Əməliyyatla bağlı verilən açıqlamanı şübhəyə atmazdım. Çünki dövlətin təhlükəsizliyinin dayağı olan bir qurum hansısa səbəbə görə, qeyri ciddi bir bəyanat verməz”. Bunu AMİP funksioneri Əli Orucov Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyat və müxalifətin mitinqlərində terror aktı törətməyə hazırlaşan dəstənin ifşa olunmasına münasibət bildirərkən deyib.
Aydın Mirzəzadə: “Əli Kərimli istəyər ki, kütləvi aksiyada hadisə baş versin”
“Bu gün Azərbaycan dövləti sivil dövlətlərdə atılan addımlardan atır. Dövlətin birinci məqsədi vətəndaşının təhlükəsizliyini təmin etməkdir. Kütləvi aksiyalar keçirənlər birlməlidir ki, bu zaman dövlət hakimiyyət orqanının üzərinə böyük yük düşür”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Türkiyədə kimi dəstəkləyək? - AKP, CHP, MHP, “İyi Parti”
Türkiyənin ünlü siyasilərindən olan sabiq daxili işlər naziri, eks vitse-spiker, əski MHP-li Meral Akşənərin liderliyi ilə təsis etdiyi yeni partiya-"İYİ" ("Yaxşı") siyasətçilərin mmüazirə predmetinə çevrilib. Sözügedən partiyanın Azərbaycana qarşı bəlli münasibəti də ölkəmizin siyasi xadimlərini dilə gətirib. Millət Vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Müstafa qeyd edib ki, Türkiyəmizin içində, çölündə olub-bitənlər bizi ya sevindirir, ya da rahatsız edir.
Azərbaycan prezidenti İran iqtisadiyyat və maliyyə nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Azərbaycan prezidenti Avstraliya və Qvatemalanın yeni səfirlərinin etimadnamələrini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark İnnes-Braunun etimadnaməsini qəbul edib. bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Rusiya XİN başçısı: "Regionların xətti ilə Azərbaycanla münasibətlərimiz inkişaf edir"
"Regionların xətti ilə Azərbaycanla münasibətlərimiz inkişaf edir". Məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün XİN yanında Rusiya Federasiyası subyektlərinin başçıları Şurasının iclasında bildirib.
Bakı-Tbilisi-Qars- minilliklər boyu böyük fatehlərin, imperiyaların xəyalını qurduğu planlardan biri
Yaxın günlərdə nəinki Azərbaycanın, eləcə də regionun həyatında daha bir mühüm əhəmiyyətli hadisə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi reallaşacaq. Layihənin əsas iştirakçısı olan hər üç ölkənin-Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçılarının iştirakı ilə baş tutacaq rəsmi açılış mərasimi ilə Bakı-Tbilisi-Qars xətti tam işə düşəcək. Nəzərə alsaq ki, bu layihəyə artıq bir xeyli müddətdir ki, ayrı-ayrı dövlətlər, Avropadan Asiyaya qədər olan ölkələr də xüsusi maraq göstərir, o zaman tam əminliklə deyə bilərik ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti həm də beynəlxalq əhəmiyyətli bir layihədir.
Radikallar müxalifətçilik uğrunda mübarizə aparırlar?
Radikal müxalifət düşərgəsindəki olaylar get-gedə daha açıq müstəviyə çıxmaqla, orada cərəyan edən hadisələr həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, əslində ənənəvi müxalifət partiyaları siyasi cəhətdən zəif durumda olduqlarını anlayırlar və hazırda “hakimiyyətə gəlmək” adı altında müxalifətçilik edirlər. Daha doğrusu, müxalifətçi adını saxlamağa cəhdlər edirlər. Çünki ictimai rəydə əsaslı olaraq belə bir fikir formalaşıb ki, artıq ölkədə müxalifət deyilən amil qalmayıb. Burada əsas günah isə məhz müxalifət “liderlərinin” özlərindədir.
DQ-a qanunsuz səfərlə bağlı qanun layihəsinin hazırlanmasına ehtiyac varmı?
“Dağlıq Qarabağa qanunsuz səfərlərin qarşısı yalnız torpaqlarımız işğaldan azad edildikdən sonra alına bilər. Hazırda torpaqlarımızın 20 faizi düşmən işğalında olduğu üçün Azərbaycan bu ərazilərə qanunsuz səfər edənləri cəzalandırmaqdan başqa heç nə edə bilmir”. Bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Araz Əlizadə: “Əli Kərimli xarici ağaları qarşısında nüfuzunu artırmağa çalışır”
"“Milli Şura” ölü qurumdur. Ölünün də qıdığı gəlməz. Kimsə uğursuz mini aksiyalarda terror aktı törətmək istəyirsə, bu, ancaq bataqlıq içində boğulan Əli Kərimliyə ucuz şöhrət gətirmək məqsədi daşıyır”. Bunu Azərbaycan Sosial Demokratik Partiyasının sədri, millət vəkili Araz Əlizadə deyib.
"Terror törətmək istəyənlərlə Əli Kərimli arasında əlaqə araşdırıla bilər"- ŞƏRH
“Mitinq keçirmək yalnız Əli Kərimlinin özünə, biznesini davam etdirmək və onu himayə, idarə edən qrupların maraqlarını ifadə etmək üçün lazımdır”. Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.
Pakistan səfiri: "Kəşmirdə dövlət terrorizmi baş verir"
"Yetmiş il əvvəl Hindistan ordusu Kəşmirin işğalına başlayıb. Kəşmirlə bağlı qəbul edilmiş BMT qətnamələrinə baxmayaraq, bu gün də işğal davam etdirilir". Bunu Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand 27 oktyabr - Kəşmirin işğal günü ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, 1947-ci ildə baş vermiş bu hadisə ilə əlaqədar hər il Pakistanda 27 oktyabr "qara gün" kimi qeyd edilir.
"Azərbaycan Cammu və Kəşmir məsələsinin sülh yolu ilə həllini dəstəkləyir"
"Azərbaycan BMT-nin məsuliyyətli üzvü kimi təşkilata üzv olarkən üzərinə götürdüyü öhdəliklərini rəhbər tutaraq münaqişələrin həlli və beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyir və bu mövqedən çıxış edir"."Azərbaycan BMT-nin məsuliyyətli üzvü kimi təşkilata üzv olarkən üzərinə götürdüyü öhdəliklərini rəhbər tutaraq münaqişələrin həlli və beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyir və bu mövqedən çıxış edir".














