Vasitəçilərin növbəti Qarabağ oyunu

Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamılanması məqsədi daşıyan region səfəri başa çatdı. Səfər başa çatsa da, lakin hələ də Rusiya xarici siyasət idarəsi rəhbərinin istər Bakıda, istərsə də İrəvanda apardıqları danışıqlar və mətbuata açıqlanan fikirlər ətrafında müzakirələr davam edir. Ümumi gəlinən nəticə isə ondan ibarətdir ki, Lavrovun regiona səfəri problemin həllinə hər hansı formada müsbət təsir göstərməyə hesablanmayıb. Sadəcə bu səfər regionda münaqişənin yenidən alovlanmasına qarşı yönəlib.

Bu oyun Ermənistanın qələbəsinə hesablanıb?

Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamılanması məqsədi daşıyan region səfəri başa çatdı. Səfər başa çatsa da, lakin hələ də Rusiya xarici siyasət idarəsi rəhbərinin istər Bakıda, istərsə də İrəvanda apardıqları danışıqlar və mətbuata açıqlanan fikirlər ətrafında müzakirələr davam edir. Ümumi gəlinən nəticə isə ondan ibarətdir ki, Lavrovun regiona səfəri problemin həllinə hər hansı formada müsbət təsir göstərməyə hesablanmayıb. Sadəcə bu səfər regionda münaqişənin yenidən alovlanmasına qarşı yönəlib. Çünki hazırkı situasiyada, ümumiyyətlə, Kreml üçün bütün variantlarda Dağlıq Qarabağda yenidən hərbi əməliyyatların aloblanması qəbul edilən deyil. Ona görə də Rusiya təşəbbüsünün nəticəsiz olduğunu bildiyi halda belə, mövcud sabitliyi qoruyub saxlamaq üçün diplomatik təşəbbüsləri artırıb. Baxmayaraq ki, bu təşəbbüslərin nəticəsizliyi Rusiya rəsmiləri, elə Kremlin özünə də bəllidir Elə Rusiya xarici siyasət idarəsi rəhbərinin İrəvanda Dağlıq Qarabağ problemini həll etməyin o qədər də asan olmadığı barədə verdiyi açıqlama belə deməyə əsas verir. Gəlinən nəticə ondan ibarətdir ki, bundan sonra daha bir neçə dəfə Rusiyanın vasitəçiliyi ilə nəticəsiz görüşlər, müzakirələr keçiriləcək. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Eyni zamanda analitiklər onu da vurğulayırlar ki, Rusiyanın problemin həlli ilə bağlı tərəflərə təqdim etdiyi hansısa həll variantı müəyyən mənada Azərbaycanın maraqları zərbə altında qoyacaq. Müstəqil ekspert Rövşən Məmmədli də bu qənaətdədir: "Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda həmkarı Edvard Nalbandyanla keçirdiyi birgə brifinqdə Dağlıq Qarabağ münaqişəsinə toxunaraq deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin sülh təklifləri masa üzərinə tam şəkildə qoyulub: "Təkliflər paket halında tərtib olunub, onların birini və ya ikisini razılaşmaya əsas kimi ayrıca təqdim etmək mümkün deyil, çünki bu halda digər komponentlər qıraqda qalır, balans itir və nəticə əldə etmək mümkün olmur". Hamı bilir ki, Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. Bu prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını. Dağlıq Qarabağa aralıq statusunun verilməsini, Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını, gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini, bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur. Amma düşünürəm ki, Madrid sənədi Dağlıq Qarabağın Ermənistana verilməsinə tam xidmət edən bir sənəddir. Dağlıq Qarabağa aralıq statusu verilməsi kimi əndrabadi hal haradan çıxıb anlamaq olmur. Çünki, beynəlxalq hüquqda belə alçaldıcı bir şey yoxdur. Bundan əlavə olan alçaldıcı və aldadıcısı isə Ermənistanla Qarabağı birləşdirən "Laçın dəhlizi" məsələsidir. Necə yəni bir dövlətin ərazisini ver başqa dövlətə, sonra da belə bir dəhliz yarat. Əgər bu dəhliz məsələsində erməni və həmsədrlər səmimidirlərsə, bütün dünyada necədir, bu məsələdə də elə olmalıdır. Yəni Dağlıq Qarabağ ermənisinə kimsə deyə bilmir ki, kefi nə qədər istəyir Gorusa gedib-gəlsin. Necə biz indi Tiflisə, Tehrana, İstanbula gedirik. ermənilər də elə etsinlər. Deməli bu "dəhliz" hiylədir. Həm Qarabağı bizdən "alırlar", həm də onlara dəhliz yaradırlar". Rövşən Məmmədli deyir ki, ən hiyləgər düşünüləni isə referendium məsələsidir: "Bu da aydındır ki, hamı bilir yüz faiz ermənilər İrəvana birləşməyi istəyəcəklər. Odur ki, hansı axmaq xalq belə şeyə gedər. Burada bir məsələ də qoyublar hiyləgərcəsinə. Bütün məcburi köçkünlər və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ var. Çox gülünc və ələsalıcıdır. Yəni kim istəsə yurduna dönə bilər. Biz bu erməni hiyləgərliyinin İrəvanda, Zəngəzurda, Göyçədə gördük. İrəvan ermənilərə paytaxt kimi icarəyə veriləndə o vaxt ki, daşnak hakimiyyəti irəvanlı azərbaycanlılara divan tutdular, böyük əksəriyyətini oradan qovdular. 1924-cü ildə Zəngəzur, Göyçəni Ermənistana verəndə erməni hakimiyyəti öz öhdəsinə götürmüşdü ki, orada yaşayan azərbaycanlıların hüquqlarını dövlət səviyyəsində qoruyacaq. Necə qoruduqlarını gördük. İndi Xankəndində, ya Əsgəranda, Xocalıda, Ağdərə, Xocavənddə yaşamış azərbaycanlı Madrid sənədinin hansı bəndinə güvənib təkrar ora qayıtsın. Təbii ki, heç kim qorxusundan oraya qayıtmaz. Madrid sənədi "baş tutsa" zənglilanlı, qubaddılı, laçınlı, kəlbəcərli də ora qayıtmaz. Axmaq deyillər ki, gedib yenidən erməni quyusuna düşsünlər". Ekspert hesab edir ki, Madrid sənədinin ən böyük hiyləgərliyi isə beynəlxalq təminatdır: "Yəni "Referendiumdan sonra" Dağlıq Qarabağın əldən getdiyini görən azərbaycanlılar yenidən ayağa qalxarlarsa, qabağımız alınsın. Madrid sənədi nə Azərbaycanın Konstitusiyasına, nə də beynəlxalq hüquqa uyğun deyil. Bunu hiyləgər ermənilər və vasitəçilər də yaxşı bilirlər. Bilirlər ki, beynəlxalq hüquqla hərəkət etsələr, Dağlıq Qarabağ qayıtmalıdır Azərbaycana və Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. Bunun baş verməməsi üçün hiyləgərliklə Madrid sənədini hazırlayıb bizi tələyə salmaq istəyirlər. Çalışırlar ki, ona razılıq verək və bundan sonra Dağlıq Qarabağı elə öz əlimizlə Ermənistana təhfil verık. Odur ki, bu sənədin müzakirəsində iştirak çox böyük yanlışlıqdır. Bu yanlışı aradan qaldırmaq üçün Madrid sənədindən gecikmədən imtina etməli, bu başabəla mərhələli həlli bir kənara qoyub məsələnin beynəlxalq hüquq normaları əsasında birdəfəlik Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb etməlidir. Əgər bu baş verməzsə, Ordumuza torpaqlarımızı erməni faşizminin işğalından qurtarmaq əmrini vermək lazımdır".

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay isə deyir ki, son dövrlər Qarabağ məsələsi böyük gündəmdə, böyük güclərarası çəkişmə nöqtəsindədir: "Rusiya kütləvi informasiya vasitələrində aktiv olan siyasi şərhçi Stanislav Tarasovun bu barədə maraqlı bir analitik yazısı gedib. Məqalədə əsasən vurgu ona yönəlib ki, Kremlin Qarabağ ətrafı siyasəti nəticə etibarı ilə Pusiya Federasiyası rəhbərliyi reputasiyasına qarşı yönəlir. Yazıda qeyd edilir: "Əsas nəticə. Lavrov tərəfindən səslənən (Bakı-İrəvan səfərində) Qarabağ məsələsinin həlli üzrə "maraqlı təkliflər" hər cür yozulur, amma artıq, Rusiya XİN rəhbərliyi və prezident Putinin siyasi diskreditasiyası addımı şəklində. Hər dəfə deyirlər ki, Azərbaycan və Ermənistan prezidentlərinin "konstruktiv şəraitdə" görüşləri kecdi, sonra isə hansısa tərəfin "qəbuledilməzdir" deyimi kimi qiymətləndirməsi görünür. Dağlıq-Qarabağ məsələsinin həlli üzrə danışıqlar prosesinin illər boyu belə məxviliyi diplomatiyanı heçə verir, onu informasiya müharibəsinin girovuna çevirir, hansı ki, bu gün həm Azərbaycan, həm Ermənistanda siyasi əhval yaratmaqla prosesdən yüksək ya mənfi gözlənti yarada bilir. Bu axı, kimə sərfəlidir? Azərbaycanlılarda belə bir misal var: mus-mus deməkdənsə, bir dəfəlik Mustafa de. Lavrova çoxdan lazımdır ki, bu cür də etsin". İlqar Altay onu da bildirib ki, artıq Qarabağ kartını açıq oynamağın vaxtı yetişib: "Сənab Putin nəhayət açıq desin görək bu məsələdə fikri, dərdi-səri nədir, nəyi, hansı variantı istəyir. Və yaxud istəyirmi ki, ūmumiyyətlə Qarabağ problemi həllini tapsın?".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31