Musa Qasımlı Azərbaycan-NATO əlaqələrindən danışdı

“Azərbaycan-NATO münasibətləri dövlətimizin çoxtərəfli formatda əməkdaşlığının nümunələrindən biridir”. Bunu millət vəkili Musa Qasımlı deyib. Millət vəkilinin sözlərinə görə, ölkəmiz NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulub, sülhməramlı əməliyyatlarda, təşkilatın parlament qanadında yaxından iştirak edir. Ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev dəfələrlə NATO qərargahında olub, müvafiq sənədələri imzalayıblar.

"Azərbaycan-NATO münasibətləri dövlətimizin çoxtərəfli formatda əməkdaşlığının nümunələrindən biridir". Bunu millət vəkili Musa Qasımlı deyib. Millət vəkilinin sözlərinə görə, ölkəmiz NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulub, sülhməramlı əməliyyatlarda, təşkilatın parlament qanadında yaxından iştirak edir. Ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev dəfələrlə NATO qərargahında olub, müvafiq sənədələri imzalayıblar. NATO baş katibləri də bir neçə dəfə Azərbaycana səfər ediblər. Əməkdaşlığa dair proqramları qəbul edilib və həyata keçirilir. NATO-nun yaradılmasının 50 illik yubileyində Heydər Əliyev iştirak edib. NATO ilə Azərbaycanın əmədaşlığı üçüncü dövlətə və dövlətlər qrupuna qarşı yönəlməyib. Qarşılıqlı münasibətlərin geniş perspektivləri və böyük potensialı vardır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31