İrəvanda Dağlıq Qarabağ danışıqları başladı

İrəvanda Rusiya və Ermənistan Xarici İşlər Nazirliyinin başçıları - Sergey Lavrov və Edvard Nalbandyan arasında görüş başlanıb. Görüş mətbuat üçün qapalı formatda keçirilir. İkitərəfli danışıqların gündəliyinə Rusiya və Ermənistanın Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və MDB çərçivəsində münasibətləri, BMT çərçivəsində mövqelərin koordinasiyası və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi daxildir.

Xatırladaq ki, Rusiya xarici siyasət idarəsinin başçısı 19-20 noyabr tarixlərində Bakıda səfərdə olub. Lavrov Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31