Politoloq: “Rusiyanın tərəf kimi iştirakını istisna etmirəm”
“Dağlıq Qarabağda 2017-ci ildə baş verə biləcək müharibə 1989-94 ci ilərdəki kimi olmayacaq. Əgər müharibə alovlanarsda fəsadların daha böyük dağıdıcı güclə müşaiyət olunması ehtimalı danılmaz faktdır. Əməliyyatların aktiv hərbi toqquşma fazasına keçdiyi təqdirdə Rusiyanın tərəf kimi iştirakını istisna etmirəm. Azərbaycan da keçmiş zamanlarda olduğu kimi bu dəfə tərəfsiz qalmayacaq”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
21 Noyabr 2017 13:10 Siyasət"Dağlıq Qarabağda 2017-ci ildə baş verə biləcək müharibə 1989-94 ci ilərdəki kimi olmayacaq. Əgər müharibə alovlanarsda fəsadların daha böyük dağıdıcı güclə müşaiyət olunması ehtimalı danılmaz faktdır. Əməliyyatların aktiv hərbi toqquşma fazasına keçdiyi təqdirdə Rusiyanın tərəf kimi iştirakını istisna etmirəm. Azərbaycan da keçmiş zamanlarda olduğu kimi bu dəfə tərəfsiz qalmayacaq". Bunu politoloq Vasif Əfəndiyev deyib.
O hesab edir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya gəlişinin əsas səbəbi protokol qaydalarına görə ilin sonunda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü göstərilsə, əslində rus XİN nümayəndəsinin məqsədi Azərbaycanı aktiv hərbi əməliyyatlar aparmaqdan çəkindirməkdir. Bu günlərdə Putin-Ərdoğan görüşündə Qarabağ məsələsinin müzakirəsi zamanı Rusiya prezidentinin "problemin həli variantını görmürəm" bəyanatı dediklərimə əyani sübutdur. Görüş öncəsi Türkiyə prezidenti Ərdoğan bildirmişdi ki, əgər Rusiya istərsə münaqişə ədalətli həllini tapar. Bu ümidlə də cənab Ərdoğan Putinlə görüşə gəlmişdi. Putin isə bütün diplomatik qaydaları və nəzakət prinsiplərini pozaraq kobud şəkildə öz mövqeyini ortaya qoydu. Bununla da o, Azərbaycana çatdırdı ki, bu münaqişənin həlli variantını yalnız mən diqtə edə bilərəm. Görüş öncəsi mətbuatda hallanan və əsasən də ictimai rəyə hesablanan 5 rayonun müəyyən ağır şərtlər daxilində qaytarılması versiyası dövriyyəyə buraxılmışdı.
Hesab edirəm ki, Lavrov Azərbaycan hakimiyyətinə təzyiq edərək onların irəli sürdükləri təklifi qəbul etdirməyə çalışacaq. Azərbaycanın tərəfi isə suverenlik, dövlət müstəqilliyimiz və ərazimizin bir hissəsini itirmək bahasına əmələ gələn avanturist razılaşmaya qol qoymayacaq. Lavrov da bundan istifadə edərək, guya Rusiyanın ideal planını qəbul etməməyimizi bəyan edəcək".