Siyasət

Bayrağımız-qürur mənbəyimiz

9 Noyabr 2017 08:00

Bu günlər hər bir azərbaycanlının qürur mənbəyi sayılan Dövlət Bayrağı Günü qeyd edilir.  Artıq bir neçə ildir ki, rəsmi bayram günü kimi tarixə düşən bu gün bayrağa olan sevgimizi, məhəbbətimizi açıq şəkildə tərənnüm etdirir, ortaya qoyur. Bu gün ərəfəsində paytaxt və bölgələrdə keçirilən silsilə tədbirlər bir bayram ovaqatı yaratmaqla yanaşı, milli atributumuza olan hörməti, sevgini özündə əks etdirir.

Prezident: “Şahmatçılarımız Azərbaycan xalqının intellektual potensialını dünyaya bir daha nümayiş etdirdilər” -  YENİLƏNİB

8 Noyabr 2017 18:24

Azərbaycan prezidenti İlham Əliyev şahmat üzrə Avropa komanda çempionatının qaliblərindən ibarət nümayəndə heyətini qəbul edib. Məlumata görə, dövlət başçısı qeyd edib ki, Azərbaycan növbəti böyük uğura imza atıb: “Bu dəfə idmanın şahmat növündə, intellektual idman növündə qazanılmış qələbə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan komandası Avropa çempionatında birinci yer tutub və çempion olub. Bu möhtəşəm qələbə münasibətilə şahmatçıları, məşqçiləri, federasiyanı ürəkdən təbrik edirəm. Bu, bütün Azərbaycan xalqını sevindirən qələbədir.

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

8 Noyabr 2017 18:09

Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Kralı Norodom Sihamoniyə təbrik məktubu göndərib.

Azərbaycan Şahmat Federasiyasına 1 milyon manat ayrılıb

8 Noyabr 2017 17:57

Prezident İlham Əliyev Azərbaycan şahmatçılarının Avropa komanda çempionatında qalib olması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycanın kişi şahmatçılardan ibarət yığması Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə Avropa komanda çempionatında ölkəni layiqincə təmsil edərək qələbə qazanmışdır.

Prezident İlham Əliyev: “Maliyyə vəziyyətimiz çox sabitdir, heç bir problemimiz yoxdur”

8 Noyabr 2017 17:43

“Bizim maliyyə vəziyyətimiz çox sabitdir, çox müsbətdir. Heç bir problemimiz yoxdur. Bu məsələdə də bədhaqlar bizi gözdən salmağa çalışırlar ki, guya Azərbaycanın maliyyə vəziyyəti yaxşı deyil. Bizim maliyyə vəziyyətimiz bir çox ölkələr üçün nümunə ola bilər. Biz ancaq bu ilin doqquz ayında valyuta ehtiyatlarımızı 4,5 milyard dollar artırmışıq. İlin sonunadək hələ nə qədər artacaq. Bizim xarici borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edir. Bu, bir çox ölkələr üçün arzuolunan, möcüzə kimi səslənən bir rəqəmdir. Bizim iqtisadi uğurlarımızı aparıcı iqtisadi Forum olan Davos qiymətləndirir. Dünya miqyasında 35-ci yerdəyik. Bizim heç bir maliyyə problemimiz, çətinliyimiz yoxdur. Neft sənayesinə gələn il də böyük vəsait ayrılacaq. Əlbəttə, Dövlət Neft Şirkəti özü də pul qazanır. Ancaq dövlət həmişə bu şirkəti dəstəkləyir və dəstəkləməlidir. Çünki bu, bizim strateji aktivimizdir, strateji sərvətimizdir”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham ƏliyevAzərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə çıxış edərkən deyib.

Dövlət başçısı: "Müstəqilliyimizin ilk illərində ölkəni idarə edənlər məsuliyyətlərini dərk edə bilmədilər"

8 Noyabr 2017 17:41

"1971-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Azərbaycanda 1 milyardıncı ton neftin hasilatının qeyd edildiyi təntənəli mərasim keçirilib. 1970-1980-ci illərdə Heydər Əliyev Azərbaycanın ümumi inkişafına çox böyük töhfə verib, o cümlədən neft sənayesinin inkişafı üçün çox böyük addımlar atılıb. O vaxt neft hasilatının artırılması, yeni qurğuların işə düşməsi, dərin özüllər zavodunun məhz Azərbaycanda tikilməsi, neftayırma zavodunun rekonstruksiyası və digər önəmli hadisələr Azərbaycanın neft potensialını böyük dərəcədə möhkəmləndirib. O illərdə yaradılmış potensial, xüsusilə dərin özüllər zavodunun fəaliyyəti bu gün də bizim neft potensialımızı gücləndirir. Əgər vaxtilə bu zavod Azərbaycanda yox, başqa bir yerdə tikilsəydi, o zaman bizim müstəqillik dövründə xarici tərəfdaşlarla işlərimiz ləng gedə bilərdi. Dərin özüllər zavodu bugünkü bizim neft strategiyamızın həyata keçirilməsində xüsusi rol oynayır".

Prezident: “Əsrin kontraktı”nın nəticələri sadəcə Neft Fonduna gələn gəlirlərlə ölçülmür”

8 Noyabr 2017 17:39

“Azərbaycan dünyada neft və qaz hasil edən ölkə kimi tanınır. Bizim dünyadakı rolumuz, gücümüz artır və bunun təməlində Heydər Əliyev neft strategiyası dayanır”. Bunu Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə prezident İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, 1990-cı illərdə neft sənayesi ilə bağlı bir çox tarixi hadisə baş verib: “Mən xüsusilə,Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsini qeyd etməliyəm. Ulu öndər Heydər Əliyev öz əlləri ilə bu kəmərin təməlini qoydu və 2006-cı ildə biz bu kəməri istifadəyə verdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşdü ki, bu gün bizim qaz ixracımızın əsas infrastruktur layihəsidir və bu kəmər əsasında bu gün Cənubi Qafqaz, Cənub Qaz Dəhlizi layihələri icra edilir. 1990-cı illərdə Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərlərinin biri təmir olundu, digəri yenidən tikildi. Yəni, o vaxt neft infrastrukturunun əsası qoyuldu və 2000-ci illərdə də bu proses davam etdirildi”.

Azərbaycan prezidenti: “Şahdəniz” yatağı minimum 100 il bundan sonra fəaliyyət göstərəcək”

8 Noyabr 2017 17:38

“Bu il “Əsrin kontraktı”nın uzadılması ilə bağlı yeni saziş imzalanıb. Bu da tarixi hadisədir. 2050-ci ilə qədər daha yaxşı şərtlərlə kontrakt imzalanıb. Bu kontraktın icrası nəticəsində Azərbaycana 3,6 milyard dollar sadəcə olaraq bonus şəklində veriləcək. Dövlət Neft Şirkətinin payı 11 faizdən 25 faizə qaldırılıb. SOCAR, eyni zamanda, operator funksiyasını daşıyacaq və mənfəət neftinin 75 faizi 2050-ci ilə qədər, yəni, kontraktın bütün müddəti ərzində Azərbaycana qalacaq”.

Cenevrədə multikulturalizm və tolerantlığın Azərbaycan modelinə dair beynəlxalq konfrans

8 Noyabr 2017 17:31

İsveçrənin Cenevrə şəhərində geniş qeyd olunan “Sülh həftəsi” çərçivəsində “Palais des Nations” sarayında yerləşən BMT ofisində keçirilən konfransda mədəniyyətlərarası və dinlərarası dialoqun Azərbaycan modeli digər ölkələr üçün nümunə kimi göstərilib. Tədbir Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisi, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Cenevrədə yerləşən Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən təşkil edilib. “Mədəniyyətlərarası dialoq yolu ilə münaqişələrin həlli, Azərbaycanın təcrübəsi" adlı konfransa müxtəlif diplomatik nümayəndəliklərin, QHT-lərin, elmi-tədqiqat qurumlarının və beynəlxalq təşkilatların təmsilçiləri ilə birlikdə 70-dən artıq iştirakçı qatılıb.

Dünya ayıldı - bundan sonra erməniləri sözlərindən tutmaq lazımdır

8 Noyabr 2017 17:22

Ümid etmək olar ki, İspaniya Kataloniyası və İraq Kürdüstanındakı proseslər həddən artıq liberal olan Qərb ictimaiyyətini ayıltmalıdır. Separatizm və irredentizm sülhə və stabilliyə təhlükədir və Avropanın müharibədən sonra çətinliklə qurulmuş arxitekturasını silkələdə bilər. Güman edirəm ki, bundan sonra Azərbaycanın Ermənistanın təcavüzü və ərazilərimizi  işğal etməsi ilə bağlı arqumentləri daha yaxşı qəbul ediləcək.

“Deyirlər, biri özünü öldürdü, biri isə istefa verdi”

8 Noyabr 2017 16:54

“Beynəlxalq aləmdə yeni geosiyasi aktorlarla bağlı mövqeyimi bildirmişəm. Bir daha təkrar etmək istəyirəm ki, artıq “CNN”, “BBC”, “New York Times”, “Washington Post” və bu kimi digər nüfuzlu KİV-lər, C.Soros kimi şəxslər də geosiyasi aktorlardır”. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Feysbuk səhifəsində yazıb. N.Məmmədov geosiyasi aktorlar siyahısına “Hollywood”un da daxil olduğunu qeyd edib. 

Azərbaycan-Aİ danışıqlarının vaxtı dəyişdirildi

8 Noyabr 2017 16:45

Azərbaycan və Avropa İttifaqı arasında imzalanacaq yeni sazişin siyasi mərhələsi üzrə müzakirələrin vaxtı dəyişib. Bu barədə  Aİ-nin Siyasi, iqtisadi və informasiya şöbəsinin rəhbəri Denis Danilidis məlumat verib. O bildirib ki, görüşün noyabrın 27-28-də Brüsseldə keçirilməsi nəzərdə tutulur. D. Danilidis qeyd edib ki, müzakirələrin vaxtı tərəflərin sıx qrafiki ilə əlaqədar dəyişdirilib.

Rusiya XİN: Həmsədrlər ilin sonunadək Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etməyi planlaşdırır

8 Noyabr 2017 16:38

"ATƏT-in Minsk qrupunun həmsədrləri bu ilin sonuna kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar". 

“Əsgər Ailəsi Cəmiyyəti”nin 25 illiyi qeyd olundu

8 Noyabr 2017 16:29

Noyabrın 7 – də “Əsgər Ailəsi Cəmiyyəti”nin yaradılmasının 25 illiyini qeyd edilib. Olaylar.az bildirir ki,  tədbirdə QHT nümayəndələri, ehtiyyatda olan zabitlər, gazilər və şəhid ailələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Emin Həsənli “Əsgər Ailəsi Cəmiyyəti”nin 25 ildə gördüyü işlərdən, cəmiyyətin  nailiyyətlərindən, bu təşkilatın Respublikada Vətənpərvərliyin yüksək səviyyədə təbliğ etməsindən danışıb. Ehtiyyatda olan General Sarıyev, Polkovnik Həsən Əmirov, Aprel döyüşçülərindən Ülfət Həsənov və Natiq Mehdiyev çıxış edərək, “Əsgər Ailəsi Cəmiyyəti”nin sədri Roza Əliqızının 25 ildə bu təşkilat vasitəsi ilə xalqımza xidmətindən danışıblar.