Siyasət

"Əsrin müqaviləsi" bizə güc, nəfəs verdi

8 Noyabr 2017 16:28

1994-cü il, sentybarın 20-də Bakıda “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycanın neft sənayesində yeni bir mərhələ başladı. Qısa müddətdə bu sahədə əldə edilən nailiyyətlər, qazanılan uğurlar Azərbaycanı neft ölkəsinə çevirdi. Uğurlu neft strategiyası, bu istiqamətdə atılan məqsədyönlü və düşünülmüş addımlar sonrakı mərhələdə regional və beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilib istifadəyə verilməsinə yol açdı.

Deputat: “Böyük qardaş” rolunu oynamaq cəhdi yolverilməzdir

8 Noyabr 2017 15:06

Milli Məclisdə Azərbaycan parlamentinin Avropa qurumlarındakı nümayəndə heyətlərinin rəhbərləri ölkəmizdə səfərdə olan Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyəti ilə görüş keçiriblər. MM-dən “Olaylar”a verilən məlumata görə, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Şərq Tərəfdaşlığı Sammiti ərəfəsində Azərbaycana gələn qonaqlara ölkəmizdə həyata keçirilən qlobal layihələrdən və islahatlardan söz açıb.

Azərbaycan prezidenti: "1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" bizə güc, nəfəs verdi"

8 Noyabr 2017 15:02

"Neftçilər bütün dövrlərdə Azərbaycan dövlətinə və xalqına ləyaqətlə xidmət ediblər. Onların zəhməti hesabına ölkəmizin böyük iqtisadi potensialı yaranıb. 1971-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1 milyardıncı ton neftin çıxarılmasına dair təntənəli mərasim keçirilib. Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası bu gün ölkənin inkişafının təmin edilməsində mühüm rol oynayır. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" bizə güc, nəfəs verdi. Ölkəmizə investisiya gətirdi, Azərbaycanı tanıda bildi və dünyada Azərbaycana maraq artdı. Məhz bu müqavilənin icrası nəticəsində ölkəmizdə infrastruktur layihələri icra edilib".

Prezident: “Neft-qaz sektoru Azərbaycanın inkişafı üçün əsas sahə olacaq”

8 Noyabr 2017 14:59

“Ölkənin kifayət qədər neft və qaz ehtiyatları var. Azərbaycanın maliyyə vəziyyəti bir çox ölkələr üçün nümunədir”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə çıxış edərkən deyib.

Vüqar Əliyev: "Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi dövlətin media siyasətinin başlıca istiqamətləridir"

8 Noyabr 2017 13:51

Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi, KİV-lərin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması, onların maddi-texniki bazasının gücləndirilməsi Azərbaycan dövlətinin, ictimaiyyətinin mövqeyini ifadə edən və onun haqq səsini dünyaya çatdıran medianın formalaşdırılması və inkişafına hərtərəfli dəstək göstərilməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətin media siyasətinin başlıca istiqamətləridir. Məlumata görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bu gün Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə “Mediada kriminal hadisələrin işiqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda keçirilən dəyirmi masada deyib.

Prezident: “Bakı metrosunun şəbəkəsi genişləndiriləcək”

8 Noyabr 2017 13:03

Prezident İlham Əliyev Bakı metropoliteninin 50 illik yubileyinə həsr olunmuş mərasim iştirakçılarına təbrik məktubu ünvanlayıb. Məktubu ölkə başçısının iqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Əsədov oxuyub.

Deputat diplomatların maaşının artırılmasını təklif edib

8 Noyabr 2017 12:48

“Diplomatik fəaliyyət haqqında” qanuna ediləcək yeni dəyişikliklər nəticəsində Xarici İşlər Nazirliyininin maliyyəsi təkmilləşdiriləcək”. “Olaylar”ın məlumatına görə, bunu 2018-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Elmar Məmmədyarov Efiopiyaya səfər edib

8 Noyabr 2017 12:04

Xarici işlər naziri Elmar Məmmədyarov 8-9 noyabr tarixlərində Efiopiya Federativ Demokratik Respublikasında rəsmi səfərdə olacaq. XİN-in mətbuat xidmətindən “Olaylar”a bildirilib ki, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Efiopiya Federativ Demokratik Respublikasının xarici işlər naziri Vorkene Qebeyehu və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Prezident İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasilatı münasibətilə keçirilən mərasimdə iştirak edib

8 Noyabr 2017 11:47

Noyabrın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Ermənilər 130 dəfə atəşkəs rejimini pozub

8 Noyabr 2017 11:02

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub.

Rusiya Dövlət Dumasının deputatları Azərbaycana gələcək

7 Noyabr 2017 18:16

Rusiya Dövlət Dumasının nümayəndə heyəti ilin sonunadək Azərbaycana səfər edəcək.