Siyasət
Avronest PA-nın komitə iclasında erməni deputat təxribata əl atıb
Azərbaycan parlament nümayəndə heyəti Avronest PA-nın növbəti sessiyasında iştirak etmək üçün Ukraynanın paytaxtı Kiyevdə səfərdə olub. Milli Məclisdən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputatlardan Məlahət İbrahimqızı, Rövşən Rzayev, Ağalar Vəliyev, Rauf Əliyev və Fərəc Quliyev daxil olublar.
Azərbaycan Brüsseldə NATO toplantısında iştirak edəcək
Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində noyabrın 9-da keçiriləcək görüşündə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşəcək.
“Əsas faktor azərbaycanlılar olacaq, ermənilər isə əlavə faktora çevriləcək”
“Kim Bakı-Tbilisi-Qars layihəsinə tək iqtisadi, geosiyasi layihə kimi yanaşırsa onu ucuzlaşdırır. Çünki bu layihənin Azərbaycan prizmasından bir neçə üstünlükləri var”. Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, BTQ prezidentin reallaşdırdığı ilk beynəlxalq layihədir ki, onu digər layihələrdən fərqləndirən spesifik xüsusiyyətləri var.
“ABŞ-da Türkiyə ilə münasibətlərə zərər gətirmək istəyən qüvvələr kifayət qədər çoxdur”
“ABŞ-ın ştatlarının qanunverici orqanlarında qanun layihələri və qərarların qəbul edilməsi sahəsində islahatlara ehtiyac var. Bu haqda 90-cı illərdə prezident Bill Klinton da çıxış edirdi”.
Azərbaycanla İsveç parlamenti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Parlamentinin Birinci vitse-spikeri xanım Eva Thalen Finne ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycanla İsveç parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları haqqında fikir mübadiləsi aparıldı.
Elmar Məmmədyarov isveçli həmkarı ilə Qarabağdan danışıb
Xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri xanım Marqot Vallström ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə olan məsələlərə nəzər salındı və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulandı. Bu il Azərbaycanla İsveç arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edilməsi məmnuniyyətlə vurğulandı.
Karapetyan hara, Əliyevlə danışıqlar aparmaq hara?
Ermənistanda gələn ilin aprelində baş nazirin kim olacağı barədə intriqalar qızışır. Əvvəllər prezident Serj Sərkisyan həyata keçirdiyi Konstitusiya dəyişikliklərindən və parlament üsul-idarəçiliyinə keçiddən sonra baş nazir postunu tutmayacağını desə də indi belə görünür ki, onun hakimiyyətdən əl çəkmək niyyəti yoxdur. Buna görə də gələn ilin aprelində-konstitusiya dəyişikliklərinin qüvvəyə minməsindən sonra Sərkisyanın baş nazir qismində hakimiyyət başında qalacağına şübhə azdır.
Novruz Məmmədov: “Gənclər YAP-a üzv olmağı özlərinə qürur hesab edirlər"
“Ümumiyyətlə Yeni Azərbaycan Partiyası (YAP) haqqında danışarkən birinci növbədə qeyd etmək lazımdır ki, bu Cənubi Qafqazın ən böyük partiyasıdır. YAP XX və XXI əsr miqyasında götürsək dünyanın ən böyük siyasi və dövlət xadimlərindən biri Heydər Əliyevin təşəbbüsü, iştirakı və xeyir-duası ilə yaradılmış bir partiyadır”. Bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri Novruz Məmmədov deyib.
Ərdoğan-Putin görüşü Qarabağ danışıqlarında dinamikliyi artıracaq
Son günlər Dağlıq Qarabağ probleminin yaxın vaxtlarda həll ediləcəyinə dair müxtəlif fikirlər, proqnozlar səslənməkdədir. Xüsusilə. bu kimi fikir və proqnozlar Rusiya ilə Türkiyə arasında münasibətlərin bir qədər də istiləşməsi və qarşılıqlı faydalı əməkdaşlığın artması fonunda müşahidə edilir. Məlumat üçün qeyd edək ki, hələ məlumn təyyarə krizindən sonra baş tutan Putin-Ərdoğan görüşü ərəfəsində Qarabağ probleminin Ankara və Moskvanın birgə səyi nəticəsində həll ediləcəyinə dair fikirlər dövriyyəyə gəlmişdi. O zaman bu kimi ehtimallar ciddiyə alınmasa da, lakin zaman-zaman iki ölkə arasında artan xoş münasibətlər mövzunun aktuallığını daha da artırır.
Serj Sərkisyan təxribat fəaliyyəti ilə məşğuldur
Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) oktyabr ayında regionda cərəyan edən proseslərin təhlilini aparıb. İlkin olaraq Avropa İttifaqı ilə Ermənistan arasında baş tutması gözlənilən sazişlə bağlı fikirlərini bölüşən SİTM rəhbəri Mübariz Əhmədoğlunun bildirdiyinə görə, prezident S.Sərkisyan Aİ ilə Ermənistan arasında paraflanmış sazişə qarşı təxribat fəaliyyəti ilə məşğuldur: “S.Sərkisyanın və onun komandasının uzun müddətli danışıq zamanı AES-in fəaliyyətinin dayandırılmasından məlumatlı olması fonunda RF-dən AES-in bərpası üçün 300 milyon dollar kredit cəlb etməsi onun ikiüzlü mahiyyətinin bariz nümunələrindəndir.
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir
Noyabrın 7-dən 9-dək Çexiyanın paytaxtı Praqa şəhərində Kiber müdafiə sahəsi, gələcək ikitərəfli münasibətlərin qurulmasına dair təcrübə mübadiləsi keçirilir. Noyabrın 7-dən 10-dək İsveçin Kunqsangen şəhərində Təcrübələrin öyrənilməsi üzrə NATO qərargah zabiti kursu təşkil olunur.
Təmas xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 8-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Əli Kərimli II Yelizaveta barədə niyə susdu? TƏRS BAXIŞ
Demək olar ki, bütün çıxışlarında Azərbaycan hakimiyyətinə qarşı qarayaxma kampaniyaları apararaq, dövlət rəsmilərinə böhtan atan AXCP sədri Əli Kərimliyə bu dəfə Avropadan sarsıdıcı zərbə gəldi. Daha dəqiq desək, hazırda qoca qitənin siyasi çevrələrini silkələyən ofşor qalmaqalı üzə çıxıb həmin qalmaqallı siyahıda prezidentlərin, baş nazirlərin, kral və kraliçaların adları hallanmaqdadır.
Şəmsəddin Hacıyev: “BTQ vasitəsilə Afrika ölkələrinə də çıxış yaranır”
“Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsinin reallaşması Azərbaycanın müstəqil tarixində ən mühüm hadisələrdən biri kimi qiymətləndirilə bilər. Biz bunu əhəmiyyətinə görə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Boru Kəməri ilə müqayisə edə bilərik. Eləcə də, "Əsrin müqaviləsi"nin 2050-ci ilə qədər uzadılmasının verəcəyi fayda kimi qiymətləndirirəm”. Bunu millət vəkili Şəmsəddin Hacıyev deyib.
Ərdoğan-Putin görüşü nə vəd edir?- ŞƏRH
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə rusiyalı həmkarı Vladimir Putinlə görüşü çox mühüm hesab olunmalıdır. Çünki, ilk dəfə olaraq onların görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı rəsmi şəkildə açıqlanıb və təsdiqlənib”. Bunu siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.




.jpg)









