Siyasət

Robert Sekuta: "Prezidentlərin Cenevrə görüşünün davamı gəlməlidir"

7 Noyabr 2017 12:24

“Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü müsbət addımdır. Ancaq bu istiqamətdə addımların davamı gəlməli, əlavə işlər görülməlidir”. Məlumata görə, bu sözləri Qubada səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, hazırda ATƏT-in Minsk qrupu həmsədrləri hər iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün iş aparırlar: “Həlli uzanan bu münaqişənin dinc yolla həlli və prosesin irəli aparılması üçün işlər davam etdirilir”. 

Prezident qəbul keçirdi

7 Noyabr 2017 11:52

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Metro işçiləri mükafatlandırılıb -  SİYAHI

6 Noyabr 2017 18:20

Prezident İlham Əliyev Bakı Metropoliteninin bir qrup işçisinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Şəmkirin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 10,1 milyon manat ayrıldı

6 Noyabr 2017 18:17

Prezident İlham Əliyev Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Əli Kərimlinin malaçısı yenə “quş buraxdı”- TƏRS BAXIŞ

6 Noyabr 2017 18:06

AXCP-nin ali məclisinin sədri, müxalif kuluarlarda ayağısürüşkən siyasətçi kimi tanınan Nurəddin Məmmədlini nədənsə partiya sədri Əli Kərimlinin varidatı qayğılandırmağa başlayıb. Daha dəqiq desək, o cəbhə sədrinin real var-dövlətini ictimai rəydən gizlətmək qərarına gələrək, guya Kərimlinin ümumiyyətlə, bir həsir, bir də Məmmədnəsir olduğunu “sübut” etməyə çalışıb. Misal üçün, Ə.Kərimlinin gəlir mənbəyini Avropa Məhkəməsinin Azərbaycan dövlətinə qarşı çıxardığı qərarları ilə “əsaslandırmağa” çalışan N.Məmmədli üstəlik iddia edib ki, sən demə AXCP sədrinin şəhərdə və rayonda yaşadığı mülklərindən başqa heç bir mülkü yoxdur və s (?-R.N.) Halbuki...

Denis Sammut: "Dağlıq Qarabağda baş verə biləcək müharibə əvvəlki kimi olmayacaq"

6 Noyabr 2017 17:36

"Hər kəsin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə töhfə vermək öhdəliyi var”. Məlumata görə, bu sözləri Bakıda səfərdə olan Londondakı LİNKS Araşdırmalar Mərkəzinin icraçı direktoru Denis Sammut deyib. D. Sammut bildirib ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır: “Biz 2016-cı ilin aprelində olanlardan gördük ki, münaqişələrin çox ağır nəticələri olur. İnsanlar bir şeyi anlamalıdır ki, 2017-ci ildə baş verə biləcək müharibə 1989-ci ildəki kimi olmayacaq. Hər iki tərəfdə olan silahlar böyük dağıdıcı gücə malikdir. Sülh yolu ilə həll ilk növbədə münaqişədən birbaşa əziyyət çəkmiş insanların ehtiyaclarına uyğundur. Bu baxımdan qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmalıdır. Biz bunların baş verməsi üçün şərait yaradılmasına çalışmalıyıq. Münaqişənin necə həll oluna biləcəyi ilə bağlı bir sıra təkliflər, ideyalar var. Vətəndaş cəmiyyəti kimi bizim rolumuz bu müzakirələrin uğurlu aparılması üçün düzgün şəraitin yaradılmasına töhfə verməkdir”.

Prezident İlham Əliyev Bakı Metropoliteninin retro vaqonları ilə tanış olub

6 Noyabr 2017 16:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Bakı Metropoliteninin 50 illik yubileyi münasibətilə bərpa edilmiş retro vaqonlarla tanış olub. 

Deputatımız Rouz-Rout seminarına qatılacaq

6 Noyabr 2017 16:20

Milli Məclisin deputatı Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının 96-cı Rouz-Rout seminarında iştirak etmək üçün noyabrın 6-da Sloveniyanın paytaxtı Lyublyana şəhərinə səfər edəcək. MM-dən “Olaylar”a verilən məlumata görə, tədbirdə Qərbi Balkanlarda təhlükəsizliyin təmin olunması, strateji kommunikasiyanın formalaşması, bölgədə hazırki iqtisadi durum, habelə Bosniya və Herseqovinanın inkişaf perspektivləri, Serbiyada iqtisadi islahatlar və demokratiyanın inkişafı, digər aktual mövzular ətrafında müzakirələr aparılacaq.

Milli Məclisə əlavə seçkilərin keçirilmə qaydası dəyişir

6 Noyabr 2017 16:18

Milli Məclisə əlavə seçkilərin keçirilməsi qaydasında dəyişikliklər edilir. Məlumata görə, bununla bağlı Seçki Məcəlləsinin 176-cı maddəsinə (Milli Məclisə seçkilər zamanı seçki dairəsi üzrə əlavə seçkilərin keçirilməsi) dəyişikliklər təklif olunur.

"The Jerusalem Post": İlham Əliyevin strategiyası sayəsində Azərbaycan qitələrin tranzit və logistika habına çevrilib

6 Noyabr 2017 16:15

Müasir mərhələdə Cənubi Qafqaz regionunda bir-birinin ardınca qlobal miqyaslı geosiyasi və geoiqtisadi layihələr həyata keçirilir. Hamıya məlumdur ki, həm İsrail, həm də Avropa ölkələri üçün strateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri bu regiondan keçir. Bir neçə gün bundan əvvəl isə daha bir mühüm layihənin açılışı olub - transxəzər beynəlxalq nəqliyyat marşrutunun və daha qlobal miqyaslı "Yeni İpək Yolu" layihəsinin çox mühüm tərkib hissəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı olub.

“Azərbaycan heç vaxt buna imkan verməz”

6 Noyabr 2017 16:13

“Ermənistan vaxtilə Bakı-Tbilisi-Qars (BTQ) layihəsinə böyük şübhəylə yanaşırdı. Ermənilər hesab edirdi ki, bu layihə heç vaxt reallaşa bilməz. Onlar çox mürəkkəb problemlərin olduğunu və bu problemləri həll etməyin elə də asan olmadığını iddia edirdilər. Lakin bu layihə gerçəkləşdi”.

“Ermənistan işğalçılıq siyasətindən əl çəkərsə, BTQ-nin imkanlarından istifadə edə bilər”

6 Noyabr 2017 16:09

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xəzər Televiziyasında yayımlanan “Gündəm” proqramında ötən həftə açılışı həyata keçirilən Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyətindən danışıb. 

Rusiya-Türkiyə əlaqələrinin dərinləşməsi Qarabağ probleminin həllini yaxınlaşdırır

6 Noyabr 2017 14:26

Son günlər Azərbaycan gündəmini zəbt edən məsələlərdən, mövzulardan biri də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında baş tutacaq növbəti görüşdür. Daha doğrusu həmin görüş zamanı müzakirə ediləcək məsələ. Yayılan xəbərlərə görə, Ərdoğan-Putin görüşündə Qarabağ probleminin həlli məsələsi əsas müzakirə mövzusu olacaq və görüşün nəticəsi olaraq Azərbaycanın işğal altında olan 5 rayonu işğaldan azad ediləcək.

Asim Mollazadə: “ABŞ-da silah satışı məhdudlaşdırılmalıdır”

6 Noyabr 2017 13:27

“Ümumiyyətlə dünyada baş verən terror hadisələri ən böyük cinayətlərdən sayılır. Azərbaycanda terrordan əziyyət çəkmiş və xeyli vətəndaşını itirmiş bir ölkədir”. Bunu  açıqlamasında millət vəkili Asim Mollazadə deyib.