Erməni əsilli qadın 30 il sonra yenidən Gəncədə
4 Dekabr 2017 15:11 Siyasət1989-cu ilin sentyabr ayında Azərbaycanı tərk etmiş erməni əsilli Rima Sarkisovaya yenidən Gəncəyə gedərək,köhnə qonşuları ilə görüşmək fürsəti verilib.
Sarkisova əvvəlkitək Azərbaycanı sevdiyini və Azərbaycan dilini hələdə unutmadığını bildirib.Həmçinin o,əlavə edib ki, Gəncədə yaşadığı müddətcə azərbaycanlılar tərəfindən heç vaxt sıxışdırılmayıb.
Sarkisova o vaxtı Azərbaycanı tərk edəndə Ermənistan dövləti tərəfindən rədd edilmişdir və Azərbaycanda yaşayan ermənilərin Ermənistan tərəfindən sevilmədiyini açıq etiraf edib.Bu səbəbdən də,o,Ukraynaya getməlii olub və hazırda da orada yaşayır.
Dağlıq Qarabağ mövzüsuna gəlincə isə Sarkisova konfliktin yaranmasında erməni separatistlərini günahlandırıb.Onlar olmasa idi,hər şey evvəlkitək olardı deyə əlavə edib.