Siyasət
Türkiyənin diplomatik jurnalı Qarabağdan yazıb
Türkiyədə diplomatik dairələr üçün türk və ingilis dillərində nəşr olunan “Diplomatic Observer” jurnalının 2017-ci il noyabr sayında Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə dərc edilib. “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, yazının müəllifi Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Əhməd Gəncəxan Babişdir.
Prezident İlham Əliyev Gəncə şəhərinə səfərə gəlib
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncə şəhərinə səfərə gəlib. Əvvəlcə dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu.
Ərdoğan-Putin görüşündən GÖZLƏNTİLƏR
"Sevindirici haldır ki, Türkiyə hər zaman yüksək səviyyəli görüşlərdə Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirir və problemin müzakirəsini həyata keçirir. Bildiyiniz kimi bu günlərdə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə görüşündə müzakirə ediləcək məsələlərdən birincisi elə məhz Dağlıq Qarabağ münaqişəsi olacaq”. Bunu Milli Məclisin deputatı Asim Mollazadə Rusiya və Türkiyə prezidentlərinin görüşünün DQ münaqişəsinin həllinə təsirini şərh edərkən deyib.
"Türkiyə bunu istəyir"- MÜNASİBƏT
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin vaxtı dəqiqləşib. O, noyabrın 13-də Vladimir Putinlə görüşəcək. Bu sözləri millət vəkili Sahib Alıyev deyib.
Dağlıq Qarabağ münaqişəsi ATƏT Daimi Şurasının iclasında müzakirə olundu
Dağlıq Qarabağ münaqişəsi ATƏT Daimi Şurasının iclasında müzakirə olunub. ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefano Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) noyabrın 9-da Vyanada keçirilən ATƏT-in Daimi Şurasının iclasında iştirak ediblər.
“Ona görə öldürdüm ki...” - Qardaşını edam edən İŞİD-çidən ŞOK İFADƏ - FOTO
İraq ordusu 200 azərbaycanlı qadını həbs etdi
Bayraq Günü Kaliforniyanın Monterey şəhərində qeyd olunub
ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar geniş tədbir keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun Monterey Şəhər Şurası ilə birlikdə şəhər meriyasının qarşısında keçirdiyi tədbirdə şəhər rəhbərliyi, iş adamları, KİV təmsilçiləri, mədəniyyət xadimləri, eləcə də ABŞ Müdafiə Nazirliyinin Montereydə yerləşən nüfuzlu ali təhsil ocaqlarının professor və tələbə heyəti iştirak edib. Konsulluqdan Olaylar.az - a bildirilib ki, tədbiri giriş nitqilə açan Monterey şəhərinin meri Klayd Roberson (Clyde Roberson) qonaqları salamlayaraq, Montereyin bu cür mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluq duyduğunu bildirib.
Azərbaycan can bayrağım!
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bayraq qürür mənbəyimiz, and yerimizdir
Bayraq, himn və gerb bütün ölkələrin rəsmi dövlət atributudur. Azərbaycan Respublikasının üçrəngli bayrağı müstəqilliyimizi və suverenliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərməli, bunu özünün müqəddəs borcu kimi qəbul etməlidir. Bayraq hər bir xalq üçün müqəddəs hesab edildiyinə görə həmişə ehtiramla yanaşılıb.





.jpg)








