Siyasət

Putin-Ərdoğan görüşündə hansı mövzular müzakirə olunacaq?

10 Noyabr 2017 18:03

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Soçidə görüşəcəklər. Kremlin mətbuat xidməti iki liderin terrorçuluğa qarşı mübarizə və Suriyadakı vəziyyəti müzakirə edəcəkləri barədə məlumat yayıb.

Azərbaycan şərab istehsalçıları Çin bazarına maraq göstərir

10 Noyabr 2017 18:02

Azərbaycan şərabları ilk dəfə olaraq “Made in Azerbaijan” vahid ölkə stendi ilə Çinin Honqkonq Xüsusi İnzibati Ərazisində keçirilən 10-cu Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində nümayiş olunur.

Azay Quliyev: Dağlıq Qarabağ məsələsi Tramp, Putin və Makronun gündəliyində olmalıdır

10 Noyabr 2017 17:31

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ABŞ-ın prezidenti Donald Trampın, Rusiya prezidenti Vladimir Putinin və Fransa prezidenti Emmanuel Makronun gündəliyində olmalıdır. Bunu Azərbaycan Milli Məclisinin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib.

Ermənistan işğal olunan ərazilərdə mədəni və fiziki dəyişikliklər aparır

10 Noyabr 2017 15:49

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bir sıra beynəlxalq təşkilatlar, eləcə də aparıcı dövlətlərin maraqlarına uyğun olmaması zaman-zaman özünü büruzə verməkdədir. Çox təəssüf ki, məlum mövqeyi sərgiləyənlər sırasında sözügedən münaqişənin dinc yolla həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupunda təmsil olan dövlətlər də var.

Azərbaycan Prezidenti "Yeni Gəncə" yarımstansiyasının açılışında iştirak edib

10 Noyabr 2017 15:35

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncəyə səfəri çərçivəsində 2x40 meqavat-amper (mVA) gücündə 110/35/10 kilovoltluq (kV) “Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak edib.

Prezident Gəncəyə səfər edib

10 Noyabr 2017 15:32

Noyabrın 10-da Prezident İlham Əliyev Gəncə şəhərinə səfər edib. Əvvəlcə dövlət başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Milli atributlarımıza qarşı hər kəs ən ciddi şəkildə bütün etiketləri gözləməlidir

10 Noyabr 2017 14:21

Ötən gün Azərbaycan öz milli atributlarından biri olan Bayraq Gününü qeyd etdi. Paytaxtdan tutmuş bölgələrə, hətta ucqar dağ kəndlərinə qədər hər bir yerdə, məkanda qürur mənbəyimiz sayılan Bayraq Günü qeyd olundu.

Azərbaycan Prezidenti Gəncədə “Grand Qafqaz” Ticarət Kompleksinin açılışında iştirak edib

10 Noyabr 2017 14:05

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncədə “Grand Qafqaz” Ticarət Kompleksinin açılışında iştirak edib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə “Grand Qafqaz” Ticarət Kompleksi barədə məlumat verdi.

Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni inşa olunan yataqxana kompleksinin açılışını edib

10 Noyabr 2017 14:04

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin açılışında iştirak edib.

Prezident İlham Əliyev Gəncə şəhər 1 saylı tam orta məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

10 Noyabr 2017 14:03

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyev “Gəncə Mall” Ticarət Mərkəzində yaradılan şəraitlə tanış olub

10 Noyabr 2017 13:31

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da “Gəncə Mall” Ticarət Mərkəzində yaradılan şəraitlə tanış oldu. Dövlətimizin başçısına ticarət mərkəzində yaradılan şəraitlə bağlı məlumat verildi. Bildirildi ki, Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən “Gəncə Mall”un inşasına 2014-cü ilin avqust ayında başlanılıb və 2017-ci ilin oktyabr ayında tikinti işləri başa çatdırılıb.

Azərbaycan Prezidenti Gəncədə hotel tikintisi ilə tanış olub

10 Noyabr 2017 13:28

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncəyə səfəri çərçivəsində “Majestic Palace” hotelinin tikintisi ilə tanış olub. Dövlətimizin başçısına tikinti işlərinin gedişi ilə bağlı məlumat verildi.

Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib

10 Noyabr 2017 13:25

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib. Bu mədəniyyət ocağının təməli Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə qoyulub. Burada inşaat işləri 2017-ci ilin noyabrında başa çatdırılıb. Dövlətimizin başçısı filarmoniyanın rəmzi açılışını bildirən lenti kəsdi və bina ilə tanış oldu.

Elmar Məmmədyarov Afrika İttifaqının Sülh və Təhlükəsizlik məsələləri üzrə komissarı ilə görüşüb

10 Noyabr 2017 13:15

Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya səfəri çərçivəsində Afrika İttifaqının Sülh və Təhlükəsizlik məsələləri üzrə komissarı cənab Smail Şərqi ilə görüşüb. Xİn-dən “Olaylar”a verilən məlumata görə, görüş zamanı Azərbaycanın Afrika İttifaqı yanında müşahidəçi statusu qismində təşkilatla əlaqələrinin genişlənməsi və yüksək səviyyəli qarşılıqlı səfərlərin mübadiləsi ilə əlaqədar məmnunluq ifadə olundu.