Siyasət

Daha bir nəfər prezidentliyə iddialı oldu

9 Fevral 2018 13:25

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev prezidentliyə namizədliyini rəsmiləşdirir. Bu barədə partiyanın mətbuat ximətindən məlumat verilib. H.Hacıyev namizədliyini sabah Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirəcəyi mətbuat konfransında elan edəcək. 

Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi Azərbaycana rəsmi səfər edəcək

9 Fevral 2018 13:10

Müqəddəs Taxt-Tacın Xarici dövlətlərlə əlaqələr üzrə Katibi Arxiyepiskop Paul Riçard Gallagher 9-12 fevral tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır. XİN-dən “Olaylar”a verilən məlumata görə, səfər çərçivəsində Arxiyepiskop Paul Riçard Gallagherin xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü, Fəxri Xiyaban və Şəhidlər Xiyabanına, Müqəddəs Məryəm Katolik kilsəsi, Təzəpir Məscidinə ziyarəti və başqa tədbirlərin təşkil edilməsi planlaşdırılır. Xarici İşlər Nazirliyində görüşdən sonra mətbuat konfransı nəzərdə tutulmayıb.

Vüqar Rəhimzadə: "Yeni Azərbaycan Partiyasının qurultayının qərarı Azərbaycan dövlətinin gələcək inkişafına mühüm töhfələr verəcək"

9 Fevral 2018 12:43

“Yeni Azərbaycan Partiyasının namizədi Azərbaycan xalqının mütləq əksəriyyətinin dəstəklədiyi namizəddir. Hesab edirəm ki, 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində YAP-ın Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə Yeni Azərbaycan Partiyasının VI qurultayının qərarı xalqımızın iradəsinə, arzu və istəyinə söykənərək Azərbaycan dövlətinin gələcək illərdəki inkişafına mühüm töhfələr verəcək”.

Əli Həsənov “Vətən” İctimai Birliyinin nümayəndələri ilə görüşdü

9 Fevral 2018 12:29

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin nümayəndələri ilə görüşüb.

Sumqayıt hadisələrinədək Ermənistan SSR-dən azərbaycanlılar qovulmuşdu, ermənilər Qarabağda ilk qanı tökmüşdülər

9 Fevral 2018 11:18

Fevral ayı ermənilərin genetikasında olan və psixoloji durumlarına təsir edən aydır. Bunun səbəbləri barədə danışmaq fikrimiz yoxdur. Amma Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hər il ermənilər fevral ayını “Sumqayıt qırğınları” kimi təqdim etmək istəyirlər. Bu istiqamətdə külli miqdarda siyasi resurs xərcləyirlər.

Bəhruz Quliyev: "YAP-ın VI Qurultayının qərarı Azərbaycan xalqının mövqeyinin ifadəsidir"

8 Fevral 2018 18:25

"Yeni Azərbaycan Partiyasının VI Qurultayında aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyevin namizədliyi rəsmi şəkildə irəli sürüldü. Qurultayın qəbul etdiyi bu qərar Azərbaycan xalqının fikrinin, mövqeyinin ifadəsidir". Bu fikirləri yap.org.az saytına "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

Əfv Komissiyasının növbəti iclası keçirilib

8 Fevral 2018 17:47

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda əfvlə bağlı 100-ə yaxın müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.

“Rusiyanın enerji sektoru xarici proqram təminatçılarından asılıdır”

8 Fevral 2018 17:25

“Rusiyanın bütün kütləvi informasiya vasitələri “Kreml hesabatı”nın ölkəyə təsir etməyəcəyini sübuta yetirmək üçün dəridən-qabıqdan çıxırlar. Bir neçə gündür araşdırma aparıram, amma “Kreml hesabatı” ilə bağlı ehtimal edilən sanksiyaların Rusiyaya təsiri ilə bağlı hətta yarıobyektiv təhlilə rast gələ bilmirəm. Kremlin nəzarətində olan bütün resurlar təbliğat xarakterli məlumatlar, “təhlil”lər yayır. Həm də əsaslandırılmamış, bəsit arqumentlərdən ibarət...Qismən obyektiv məlumat yayan, təbii ki “ru” domeni ilə yayımlanmayan rusdilli və hətta ingilisdilli resurslar isə kompyuterimdəki “Karpersky” anti-virus və internet təhlükəsizliyi proqramı tərəfindən bloklanır və yaxud “virus yayan təhlükəli resurs” kimi təqdim olunur”. Məlumata görə, bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli özünün “facebook” səhifəsində yazıb.

Prezident İlham Əliyev xalqın ən etibarlı namizədidir

8 Fevral 2018 17:23

“Ölkə Prezidenti cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi olduqca təbii və qanunauyğun haldır”. Bu sözləri millət vəkili Tahir Rzayev deyib. Onun sözlərinə görə, İlham Əliyevin hakimiyyətdə olduğu illərdə gördüyü işlər, həyata keçirilən irimiqyaslı layihələr ona bilavasitə haqq verir ki, yenidən Azərbaycan Respublikasına Prezidentliyinə namizəd olsun. Çünki bu 15 ildə ölkənin inkişafında çox mühüm hadisələr baş verib.