Siyasət

Rusiyadan Bakının 11 aprel seçki qərarına – Münasibət

8 Fevral 2018 17:21

Azərbaycanda prezident seçkiləri bu suveren ölkənin daxili işidir. Məlumata görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə erməni jurnalistin sualını cavablandırarkən deyib.

Deputat: "İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi xalqın istəyini reallaşdırdı"

8 Fevral 2018 17:14

Yeni Azərbaycan Partiyasının (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürməsi xalqın istəyini reallaşdırdı. Bunu YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib. Millət vəkili qeyd edib ki, "Yeni Azərbaycan Partiyasının VI qurultayı möhtəşəm şəkildə baş tutdu. Bu tarixi tədbirdə 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edildi. Məhz cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə xalqın istəyi rəsmiləşdi. İlham Əliyev təkcə 700 mindən çox üzvü olan YAP-ın deyil, ümumilikdə xalqın mütləq əksəriyyətinin dəstəklədiyi namizəddir. Eyni zamanda, Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi sosial sifariş idi".

Zaxarova: "Rusiya və Azərbaycan arasında humanitar dialoq inkişaf etdirilir"

8 Fevral 2018 17:04

"Rusiya və Azərbaycan arasında humanitar dialoq mükəmməl şəkildə inkişaf etdirilir". Məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

MSK sosial şəbəkələrin monitorinqi mexanizmini hazırlayacaq

8 Fevral 2018 17:03

"Sabahdan İctimai Televiziyada Mərkəzi Seçki Komissiyalarının üzvləri çıxış edəcək. İctimai Televiziyadakı çıxışlar eyni zamanda İctimai Radioda yayımlanacaq". Məlumata görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

Rusiyadan gətirilən hərbi texnikanın bir hissəsi silahlanmaya daxil edilib

8 Fevral 2018 17:01

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən müasir hərbi texnikanın bir hissəsi Ordumuzun bölmələrinin silahlanmasına daxil edilib.

YAP İlham Əliyevin namizədliyini irəli sürdü

8 Fevral 2018 16:33

Fevralın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı keçirilib. YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələrin iştirak etdiyi qurultayda partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyib. Dövlət başçısı YAP-ın yaranmasından və keçdiyi yoldan, partiyanın banisi ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, təşkilatın ölkəmizin və cəmiyyətimizin həyatındakı rolundan bəhs edib.

Dostluq “nəğməsi” və arxada gizlədilən bıçaq

8 Fevral 2018 16:29

Azərbaycanın “qara siyahısı”nda olan “ünlü” isimlərdən biri də rusiyalı bədnam siyasətçi Konstantin Zatulindir - deputat, Rusiya parlamentinin MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitə sədrinin 1-ci müavini, Təhlükəsizlik Şurası yanında Elmi Şuranın üzvü. Necə deyərlər, titulları saymaqla bitməz. Birini də bizim XİN ona verib – siyahıya salmaqla.  

İlham Əliyev: “1992-ci ildə hakimiyyəti qanunsuz zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi uçuruma aparırdı”

8 Fevral 2018 16:28

“Bu gün partiyamızın qurultayı keçirilir. Qurultay ölkəmizin iqtisadi-siyasi həyatında əlamətdar hadisədir. Çünki Yeni Azərbaycan Partiyası ölkəmizdə aparıcı siyasi qüvvədir. Partiyamızın ideyaları, siyasəti xalq tərəfindən dəstəklənir. Partiyamızın sıraları genişlənir, 700 mindən çox üzvümüz var və çox sevindirici hal ondan ibarətdir ki, gənclər partiyaya üz tuturlar. Gənclərin axını partiyamızın gələcək inkişafı üçün də əsas şərtlərdən biridir”. Məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.  

Ali Baş Komandan: "Növbəti illərdə hərbi potensialın gücləndirilməsi, ordu quruculuğu üçün nə lazımdır, ediləcək"

8 Fevral 2018 16:25

"Hərbi sahədə apardığımız siyasət özünü tam doğrultdu. Biz bu siyasəti uzun illərdir ki, aparırıq. Bu məsələ ilə də bağlı bəzən bizə iradlar ünvanlanır ki, nə üçün Azərbaycan silahlanır, nə üçün hərbi quruculuğuna, ordu quruculuğuna vəsait ayırır. Biz isə Ermənistandan fərqli olaraq, bu işləri öz imkanlarımız daxilində, öz vəsaitimiz hesabına, öz hesabımıza görürük. Həyat göstərdi ki, biz nə qədər düzgün siyasət aparırıq".

İlham Əliyev: “Açıq dənizlərə çıxışı olmayan Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərinin birinə çevriləcək”

8 Fevral 2018 16:24

“Növbəti illərdə önəmli, tarixi qaz-nəqliyyat layihələrini yenə də icra etməklə Azərbaycan - açıq dənizlərə çıxışı olmayan bir ölkə Avrasiyada nəqliyyat mərkəzlərinin birinə çevriləcək. Biz siyasətimiz, qətiyyətimiz, düzgün xarici siyasətimiz nəticəsində bunu da edəcəyik. Çünki xarici siyasət, ilk növbədə, daxili problemlərin həllinə yönəlib”. Məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.  

Prezident: “Bütün hökumət qurumları elə işləməlidir ki, sanki bizdə neft amili yoxdur”

8 Fevral 2018 16:22

“Bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımızı gücləndirməliyik. Növbəti illərdə bu istiqamətdə əlavə addımlar atılacaq”. Məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.  

Dövlət başçısı: “Bu il 20 minə yaxın, bəlkə də daha çox məcburi köçkünü yeni evlərlə təmin edəcəyik”

8 Fevral 2018 16:17

“Məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması və mənzillərlə, evlərlə təmin edilməsi istiqamətində bundan sonra da uğurlu siyasət aparılacaq”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.

Prezident İlham Əliyev: “Avropa ilə əməkdaşlıq bizim üçün çox önəmlidir”

8 Fevral 2018 16:16

“Avropa ölkələri ilə yaxın münasibətlərimiz var. Keçən ilAvropa İttifaqı ilə yeni saziş üzərində danışıqlar başlanıb.Avropa İttifaqına üzv ölkələr bizim əsas ticarət tərəfdaşlarımızdır, əsas investorlardır. Bizim siyasi, iqtisadi, enerji sahələrində əlaqələrimiz çox yüksək səviyyədədir. Bizim üçün də bu əməkdaşlıq çox önəmlidir”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham ƏliyevYeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.

Dövlət başçısı: “Multikulturalizm bizim üçün həyat tərzidir”

8 Fevral 2018 16:15

“Multikulturalizm bizim üçün həyat tərzidir. Ancaq yenə də əgər biz ətrafda gedən hadisələrə, Avropada, Yaxın Şərqdə, digər bölgələrdə ayrı-seçkiliyə, ksenofobiyaya rəvac verən, güclənən amillərə nəzər salsaq görərik ki, bizim bu sahədəki siyasətimiz təkcə ölkə daxili üçün deyil, dünya üçün də çox önəmlidir”.