Siyasət
MSK sədri: "Bütün maraqlanan tərəflər preident seçkiləri ilə bağlı istənilən sənədlə tanış ola bilər"
Bütün maraqlanan tərəflər, o cümlədən beynəlxalq təşkilatlar Azərbaycan prezident seçkiləri ilə bağlı istənilən sənədlə tanış ola bilər. Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb - YENİLƏNİB
Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyini qeyd alıb. Məlumata görə, bu barədə qərar bu gün MSK-nın iclasında qəbul edilib.
Deputat: "Azərbaycan enerji təhlükəsizliyində yeganə alternativdir”
“Azərbaycan Avropanın enerji təhlükəsizliyində yeganə alternativdir”. Bunu millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, enerji resursları ilə təminatı bir istiqamətdən olunanda ölkələr müəyyən problemlərlə üzləşir: “Amma idxal marşurutları müxtəlif olanda isə artıq idxalçının seçim etmək imkanı meydana gəlir.
Arzu Nağıyev: "BMT-nin sessiyasından ciddi dəyişikliklər gözləmək düzgün olmazdı”
26 fefraldan başlayaraq Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyası keçiriləcək. Sessiyada 30 a yaxın dövlətdə insan hüquq və azadlıqları ilə bağlı vəziyyətə dair çıxşlar olacaq. Bundan başqa əsas diqqətin silahlı münaqişələr vaxtı uşaqların müdafiəsi, rasizmlə mübarizə və əllilərin hüquqlarının təmin edilməsinə yönələcəyi gözlənilir”. Bunu siyasi şərhçi Arzu Nağıyev deyib.
Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı keçirilib
Saakaşvilinin xanımı Bakıda: Evliliyindən, həyatından danışdı
Prezident İlham Əliyev: "Azərbaycan sərmayə qoyuluşu üçün çox əlverişli məkandır"
Azərbaycan sərmayə qoyuluşu üçün çox əlverişli məkandır. Məlumata görə, bunu bu gün Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında iştirak edən Prezident İlham Əliyev müəssisələrin işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.
Əli Həsənov: "Ermənilər xarici havadarlarının dəstəyindən istifadə edərək azərbaycanlıların əzəli torpaqlarında dövlət qururlar"
"Avropa Azərbaycanlıları Konqresinin hər bir qurultayı qarşısında duran mühüm tapşırıqlarla fövqəladə hadisə hesab olunur. Dövlətimizin inkişafını, diasporumuz qarşısında qoyulan vəzifələrin aktuallığı və bugünkü inkişafın əsas mühüm vəzifələrini nəzərə alsaq, bu qurultayın keçirilməsi tam vaxtındadır. Artıq Avropa azərbaycanlıları keçən dövrün fəaliyyətinə yekun vurmaq, qarşıda duran vəzifələri müəyyən etmək anlamında məqbul sayıla bilər”.
Prezident İlham Əliyev Mingəçevir elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışında iştirak edib
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışında iştirak edib.
İlham Əliyev və xanımı Mehriban Əliyeva "ASAN Həyat" kompleksinin açılışında...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər.
İlham Əliyev və xanımı Mehriban Əliyeva daha iki açılışda iştirak ediblər
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında iştirak ediblər.
Ermənilər yeni təxribat planı hazırlayıblar
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra həyata keçirilən düşünülmüş xarici siyasət nəticəsində çoxlu sayda uğurların qazanılmasına nail olunub. Ölkəmizin əldə etdiyi nailiyyətlər onun beynəlxalq aləmdəki nüfuzunu daha da artırıb, dünyanın qüdrətli dövlətləri səviyyəsinə yüksəldib.
“Ermənistan”ın coğrafi termin olması elmi faktdır
Çağdaş dövrdə ermənilər daha səylə Azərbaycana, ümumən Türk Dünyasına qarşı mənəvi terrora keçiblər. Rusiya XIX əsrin sonlarından XX əsrin ortalarına kimi müxtəlif ölkələrdən erməniləri Azərbaycan torpaqlarına gətirib məskunlaşdırmaqla Ermənistan adlı “dövlət” qurmasaydı, hal-hazırda ermənilər yəqin ki, Dəclə və Fərat çayları sahillərində öz “müqəddaratlarını” təyin etmək üçün mübarizə aparırdılar. Rusiya ermənilərə olan bu qayğını canıyanarlıqdan etmirdi.
BMT-nin atəşkəs çağırışı Türkiyənin antiterror əməliyyatını önləməyə hesablanıb
“BMT-nin fevralın 24-də Suriyanın bütün ərazilərində atəşkəs elan etməsi və bunun humanitar yardımların çatdırılması ilə əsaslandırılmasını, Suriyada yeni terrorçu qrupların fəaliyyətə keçməsinə zəmin hazırlamaq kimi dəyərləndirmək olar. Çünki, hazırda BMT-də həlledici qərara malik olan ABŞ, Suriyada Türkiyənin şimali Suriyada apardığı hərbi əməliyyatlardan narahatdır”.
Səfir: "Xocalıda insanlar azərbaycanlı olduqlarına görə öldürülüb"
Moskvada Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu barədə “Vestnik Kavkaza”ya istinadən xəbər verir. Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) tərəfindən təşkil olunan tədbirdə tanınmış ictimai-siyasi xadimlər, Moskvada diplomatik nümayəndəliklər tərəfindən akkreditə olunmuş nümayəndələr, Azərbaycan diasporunun nümayəndələri iştirak edib.














