Rus diplomatlarını geri göndərən ölkələrin sayı 18-ə çatdı

ABŞ, Kanada, Avropa Birliyinin 14 ölkəsi, Ukrayna və Albaniya rus diplomatlarını geri göndərir.Trend-in məlumatına görə, söhbət ümumilikdə 100 diplomatdan gedir.Rusiya Xarici İşlər Nazirliyi bu addımı qeyri-məhsuldar adlandıraraq onun fəsadsız ötüşməyəcəyini bəyan edib.Qərarın martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqəli olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31