Siyasət
Nazir: “Ermənistan azərbaycanlı qaçqın və məcburi köçkünlərin əsas insan hüquqlarını pozmaqda davam edir”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında çıxış edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazir çıxışında qeyd edib ki, Ermənistanın silahlı təcavüzünün nəticəsi olaraq Azərbaycan ərazisinin 20 faizi 25 ildən çoxdur ki işğal altındadır.
Qarabağda bu tarixdə MÜHARİBƏ BAŞLAYACAQ
“Ermənistan və Azərbaycan arasında silahlı konfliktin yenilənməsi təhlükəsi artır”. Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç "Jamanak” qəzetinin müxbirinə açıqlamasında deyib.
Azərbaycanın yeraltı və yerüstü sərvətləri vəhşicəsinə talan edilir
Azərbaycan XX əsrin əvvəllərindən bu günə qədər keçən tarixi dövr ərzində bir çox müsibətlər, soyqırım və terrorlar, kütləvi qətllərlə üzləşib. Çox təəssüflər olsun ki, sivil dünyanın gözü qarşısında da azərbaycanlılara qarşı müasir dövrümüzdə soyqırımı həyata keçirilib. Tam 26 il əvvəl Xocalıda həyata keçirilən soyqırımı bunun bariz nümunəsidir. Araşdırmaçı ekspert, Nazirlər Kabineti Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun aparıcı mütəxəssisi Rövşən Məmmədov isə qeyd edir ki, hələ XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğal edilməsindən və ermənilərin zaman-zaman Şimali Azərbaycan ərazilərinə köçürülməsindən sonra azərbaycanlıların deportasiyası və soyqırımı faciələri başlayıb.
Tarixin ən dəhşətli soyqırımlarından biri
Bu günlər Azərbaycan xalqı daha bir ağrı-acılı, faciəli gününü, Xocalıda azərbaycanlılara qarşı həyata keçirilən soyqırımın ildönümünü qeyd edir. 26 il əvvəl ermənilər tərəfindən vəhşicəsinə həyata keçirilən bu faciənin, soyqırımın hazırlıqları hələ XX əsrin 80-ci illərindən başlamışdı desək yanılmarıq. Hər halda Xocalıdakı qətliamda iştirak edən 366-cı alayın illər öncə Dağlıq Qarabağa dislokasiya olunması belə deməyə əsas verirdi.
Elmar Məmmədyarov Cenevrəyə gedib
Xarici işlər naziri Elmar Məmmədyarov Cenevrəyə işgüzar səfərə yola düşüb. XİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, səfər çərçivəsində E. Məmmmədyarovun BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 37-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxışı, BMT-nin baş katibinin müavini, eyni zamanda BMT-nin Cenevrə bölməsinin Baş direktoru və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
İlham Əliyev Mingəçevirin içməli su təchizatı sisteminin istismara verilməsində iştirak edib
Fevralın 27-də Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsi mərasimində iştirak edib.
İlham Əliyev Mingəçevir SES-in istismara verilməsi mərasimində iştirak edib
Fevralın 27-də Azərbaycan Prezidenti İlham Əliyev 424 MVt gücündə Mingəçevir Su Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak edib.
Avropa azərbaycanlıları Amsterdama toplandı: səbəbi qurultay
Əli Həsənov: "Sülh danışıqları nəticə verməsə..."
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin TRT WORLD kanalına geniş müsahibə verib. Prezidentin köməkçisi TRT WORLD-ün müxbirinin "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, azərbaycanlı əsir və girovların azad edilməsi məsələsində Ermənistanın Azərbaycanla və beynəlxalq təşkilatlarla danışıqlar aparmaq və işləmək niyyəti varmı" sualının cavabında bildirib ki, Ermənistan artıq 30 ilə yaxındır Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır: "İşğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşayır.
Azərbaycan prezidenti Mingəçevirə səfər edib
Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın Mingəçevir şəhərinə səfər ediblər. Məlumata görə, dövlət başçısı və xanımı Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyublar.
Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı
Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyində Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə diplomatik korpus nümayəndələri, o cümlədən İordaniya, İndoneziya, Gürcüstan, Nigeriya, Banqladeş səfirləri, Türkiyə, Qazaxıstan, Pakistan, Malayziya və İordaniyanın yüksək vəzifəli diplomatları, Meksika KİV nümayəndələri, Mexiko şəhəri rus pravoslav kilsəsinin başçısı, həmçinin Meksikada yaşayan həmvətənlərimiz iştirak edib. Xocalı Soyqırımı və Azərbaycanın müstəqilliyi və suverenliyi naminə həyatlarını qurban vermiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Bu ölkələrin vətəndaşları Azərbaycanda sığınacaq axtarır - STATİSTİKA
İrəvanın son seçimi, Bakının avantajı, Ağ Evin planı...
İzmitdə Xocalı soyqırımının 26-cı ildönümü anılıb
Koceli vilayətinin İzmit şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım tədbiri təşkil olunub. Xocalı faciəsi ilə bağlı təşkil olunan tədbirdə İzmit bələdiyyəsinin sədri Nevzat Doğan, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov və Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev iştirak ediblər. Tədbirdə həmçinin Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə yanaşı digər türk dilli dövlətlərin gəncləri də iştirak edib.
Ötən gün 116 dəfə atəşkəs rejimi pozulub
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.














