Siyasət

Azərbaycan Parlament diplomatiyasının uğuru

27 Fevral 2018 11:12

Avropa Parlamentində yenicə yaranmış “Azərbaycanın Dostları Klubunun” üzvləri tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul edilib. Bəyənatın qəbul edilməsi təşəbbüsü Avropa Parlamentinin Latviyadan olan deputatı, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü və “Azərbaycanın Dostları Klubu”nun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb. Bunu  millət vəkili Rauf Əliyev deyib.

Səməd Seyidov Türkiyənin Baş naziri və parlament sədri ilə görüşəcək

27 Fevral 2018 11:10

Türkiyənin Baş naziri Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri İsmayıl Kahraman Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşəcək.  Türkiyə parlamentindən verilən məlumata görə, görüşlər bu gün baş tutacaq. Bundan başqa, bu gün TBMM-in Xarici işlər komissiyasının sədri Volkan Bozkırla Səməd Seyidovun görüşü də nəzərdə tutulur.

Xocalı faciəsi Hyuston Universitetində yad edildi

27 Fevral 2018 10:04

Xocalı soyqırımının 26-cı il dönümü ilə əlaqədar ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən Hyuston Universitetində Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyası, “Azərbaycan Mərkəzi”nin və Azərbaycan-İsrail Dostluq Cəmiyyətinin təşkilatlığı və Azərbaycanın ABŞ-dakı Səfirliyinin dəstəyi ilə tədbir keçirilmişdir. Sözügedən tədbir “Xocalıya ədalət” kompaniyası çərçivəsində baş tutmuşdur. Tədbirdə universitetin müəllim və tələbə heyəti, Hyustonda yaşayan Azərbaycan icmasının və yerli ictimayyətin nümayəndələri iştirak etmişlər. Həmçinin tədbirdə iştirak etmək üçün “Qara qar damcıları” (“Black Snowdrops”) kitabının müəllifləri Efim Abramov (İsrail) və Leyla Begim (Çexiya Respublikasi) gəlmişlər.

Xocalı qətliamından bəhs edən “Sonsuz dəhliz” filmi AZTV-də nümayiş olunacaq

26 Fevral 2018 19:34

Fevralın 26-da Azərbaycan Dövlət Televiziyasında (AZTV) saat 20:00-da efirə gedəcək “Xəbərlər” proqramından sonra Litva kinematoqrafçılarının istehsalı olan "Endless Corridor" ("Sonsuz dəhliz") adlı sənədli filmin Azərbaycan dilinə tərcümə edilmiş versiyası nümayiş olunacaq. Filmin ingilis dilində olan versiyasında kadrarxası mətni məşhur britaniyalı aktyor, “OSKAR” mükafatçısı Ceremi Ayrons oxuyur. Azərbaycan dilində olan versiyada mətni Azərbaycanın xalq artisti Rafiq Hüseynov tərəfindən səsləndirilib.

Kastamonuda Xocalı soyqırımı abidəsi açılacaq

26 Fevral 2018 18:50

Millət vəkili Qənirə Paşayeva Kastamonu bələdiyyə başqanı Tahsin Babaş ilə görüşüb. Millət vəkili görüş zamanı Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb və yaxın zamanlarda Kastamonunun mərkəzi küçələrindən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə, eyni zamanda, orada Xocalı soyqırımı abidəsinin ucaldılacağına inandığını deyib.

Əli Həsənov TRT WORLD kanalına eksklüziv müsahibə verib – VİDEO

26 Fevral 2018 17:55

Xocalı soyqırımının ildönümündə Türkiyənin TRT WORLD kanalı Azərbaycanın haqq davasına dair silsilə verilişlər hazırlayıb. Təqdim edilən verilişlər arasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, prezidentin köməkçisi Əli Həsənovun TRT WORLD kanalına eksklüziv müsahibəsi də var. 

Avstraliyanın Melburn şəhərində Xocalı soyqırımının qurbanları anılıb

26 Fevral 2018 17:43

Avstraliyanın Melburn şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Azərbaycanın Avstraliyadakı fəxri konsulluğundan verilən məlumata görə, konsulluq tərəfindən təşkil edilən tədbirdə Melburnda yaşayan həmyerlilərimiz, ictimai xadimlər, media təmsilçiləri, şəhər sakinləri iştirak ediblər.

Ermənilər xocalılılara qarşı etdikləri qanlı cinayətlərə görə cavab verəcəklər

26 Fevral 2018 17:26

“Xocalı soyqırımının törədilməsi ilə ermənilər bəşəriyyətə qarşı cinayət törədiblər”. “OLAYLAR” yap.org.az-a istinadən xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Elman Məmmədov səsləndirib. O, bildirib ki, ötən əsrdə Xocalı üç dəfə - 1905-1906, 1918-1920 və 1992-ci ilin fevralında ermənilər tərəfindən yandırılıb. 

"Xocalı soyqırımı müasir dünyada qəddarlığın, amansızlığın və cəzasızlığın nümunəsidir"

26 Fevral 2018 17:18

"Xocalı soyqırımı müasir dünyada qəddarlığın, amansızlığın və cəzasızlığın bir nümunəsidir". Bunu millət vəkili Elman Nəsirov deyib. Onun sözlərinə görə, ermənilər bu cür qəddarcasına törətdikləri vəhşiliklərə görə hələ də cəzasız qalıb: "Eyni zamanda, Xocalı faciəsi onu göstərdi ki, XX əsrin sonunda erməni cəlladları dinc azərbaycanlı əhaliyə qarşı planlı, məqsədyönlü şəkildə məhz azərbaycanlı, məhz xocalılı olduqlarına görə bu bəşəri cinayəti həyata keçiriblər. Buna görə də bu soyqırım cinayətidir.