"Exit-poll" keçiriləcək dairələrin sayı açıqlandı

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar "exit-poll" keçiriləcək dairələrin sayı məlum olub. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiya sədrinin müavini Natiq Məmmədov bildirib ki, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın "Opinion Way" təşkilatı ilə birlikdə 118, "Els" Müstəqil Araşdırmalar Mərkəzi 118, "RƏY" Monitorinq Mərkəzi 48 və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "Artur Finkelşteyn və Assosiasiya" şirkəti ilə birlikdə 40 seçki dairəsində monitorinq keçirəcək.

Qeyd edək ki, Azərbaycanda aprelin 11-də prezident seçkiləri keçiriləcək. Ölkədə 5 309 434 nəfər seçici var. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31