Prezident seçkilərini 300-dən çox beynəlxalq müşahidəçi izləyəcək
24 Mart 2018 16:30 SiyasətAzərbaycanda prezident seçkilərini 300-dən çox beynəlxalq müşahidəçi izləyəcək. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib. O bildirib ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 312 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
M.Pənahov qeyd edib ki, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 280 qısamüddətli müşahidəçisi, eləcə də MDB-nin qısamüddətli müşahidəçiləri bu siyahıya daxil deyil:
"Ümumilikdə, prezident seçkilərini müşahidə etmək üçün 47 ölkənin vətəndaşları müraciət edib". Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31